Fellər şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib-bilməməsi baxımından iki böyük qrupa ayrılır: təsriflənən və təsriflənməyən formalar.
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilir. Bunlara felin şəkilləri deyilir.
Felin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Danışan şəxsin münasibətinə görə işin icrası tələb oluna bilər, arzu oluna bilər, vacib sayıla bilər, müəyyən şərtlə bağlı olar, müəyyən bir vaxtda müəyyən şəxs tərəfindən yerinə yetirilə bilər.
Dilimizdə felin aşağıdakı şəkilləri vardır: əmr, xəbər, arzu, lazım, vacib, şərt.
Əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir.
Xüsusi şəkilçisi yoxdur. Felin kökünə və ya başlanğıc formasına şəxs şəkilçiləri artırmaqla düzəlir: bax+ım, bax+sın.
Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.
Xüsusi şəkilçisi yoxdur. Zaman şəkilçiləri və şəxs sonluqları qəbul edir. Zaman şəkilçiləri xəbər şəklini nişan verir:
Bax+ır+am, bax+ır+san, bax+ır
İşin gələcək icrasının arzu edildiyini bildirir.
Şəkilçisi: -a2: kaş bax+a, gərək gəl+ə Şəxs sonluqları qəbul edir.
Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.
-Kaş, gərək sözləri arzu şəklinin formalaşmasında iştirak edir və feldən əvvəl işlədilir.
İcra ediləcək işin zəruri olduğunu bildirir.
Şəkilçisi: — malı2: bax+malı+yam, gör+məli+yəm Şəxs sonluqları qəbul edir.
Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.
İcra ediləcək işin lazım olduğunu bildirir.
Şəkilçisi: -ası (yası)2: bax+ası+yam, gör+əsi+yəm Şəxs sonluqları qəbul edir.
Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.
QEYD: İnkarı deyil sözü ilə düzəlir.
Hərəkətin icracmm müəyyən şərtə bağlı olduğunu bildirir.
Şəkilçisi: -sa2: yaz+sa+m, gəl+sə+m Şəxs sonluqları qəbul edir.
Əgər bağlayıcısı şərt şəklinin formalaşmasında iştirak edir və feldən əvvəl işlədilir.
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilmir. Felin təsriflənməyən formaları üçdür: məsdər, feli sifət, feli bağlama.
Həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır.
Şəkilçisi: -maq2: ağla+maq, gül+mək
Lüğətlərdə bütün fellər məsdər formasında qeyd olunur.
a) Məsdərin felə aid xüsusiyyətləri:
Həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyır.
Şəkilçiləri:
Keçmiş: -mış4: yazıl+mış (məktub) -dığı4: yaz+dığım (məktub)
İndiki: -an2: yazıl+an (məktub)
Gələcək: -acaq2: yazıl+acaq (məktub) -ası2: yazıl+ası (məktub) -malı2: yazıl+malı (məktub)
a) Feli sifətin felə aid xüsusiyyətlər:
QEYD: Feli sifətlərlə feldən düzələn sifətləri qarışdırmaq olmaz. Feldən düzələn sifətlər felin heç bir xüsusiyyətini daşıya bilmir, yalnız sifətin əlamətlərini daşıyır.
Həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.
Şəkilçiləri: -ıb4,-araq2,-a2 — -a2 -madan2 -anda2; -dıqda4; -arkən2; -inca4; -dıqca4; -ar, -maz2 a
Feli bağlamanın felə aid xüsusiyyətləri:
Feli bağlamanın zərfə aid xüsusiyyətləri:
Feli bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül işarəsi qoymaq lazımdır: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.
Onlar aid olduqları sözləri keçmiş zamana bağlayır. İdi, imiş hissəcikləri həm fellərlə, həm də adlarla — isim, sifət, say, əvəzlik, eləcə də zərflə işlənir.
İdi, imiş hissəcikləri feldən başqa digər nitq hissələri ilə işləndikdə bütöv halda yazılır: Əli idi (Əliydi), Əli imiş (Əliymiş).
İdi, imiş hissəcikləri felin bütün zamanları ilə işlənir.
İdi, imiş hissəcikləri felin vacib, lazım, arzu və şərt şəkilləri ilə də işlənə bilir və bütöv halda yazılır.
QEYD:İsə hissəciyi felin əmr, arzu və şərt şəkillərinə artırıla bilməz.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0