İsim | Nitq hissəsi

İsim | Nitq hissəsi

Əşyaların adlarını bildirir, kim?, nə?, hara? suallarından birinə cavab verir.
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar isə iki cür olur:

  1. konkret varlıqlar — onların gözlə görülməsi mümkündür: çörək, qapı, dağ, dəniz, iynə, duman
  2. mücərrəd varlıqlar: xəyal, yuxu, məqsəd, məna, fikir, tarix, uğur, elm

İsimlər cüilədə, əsasən, mübtəda və tamamlıq olur, həmçinin digər cümlə üzvləri də ola bilər.

QURULUŞCA NÖVLƏRİ

İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

1. SADƏ İSİMLƏR

Sadə isimlər köklərdən, yaxud kök və qrammatik şəkilçilərdən ibarət olur: torpaq, torpağın, torpağa, torpaqlar...

2. Düzəltmə isimlər

Дцзялтмя исимляр ися мцхтялиф сюз кюкляриня лексик шякилчиляр артырмагла йараныр.

1) Исимдян (адлардан) исим дцзялдян шякилчиляр:-чы4: балыг+чы, кюмяк+чи, чюряк+чи-лыг4: даь+лыг, эюзял+лик, дярзи+лик

-lıq4 şəkilçisi başqa nitq hissələrindən, xüsusən sifətlərdən, saylardan və əvəzliklərdən də isim düzəldir: yaxşılıq, birlik, mənlik

-daş: əmək+daş, sir+daş, yol+daş -ça2: meydan+ça, dəftər+çə

Bunlardan əlavə:-\ı4, -laq2, -cıq4, -cığaz4, -gil, -iyyat,-iyyət, -iyyə, -at2, -stan, -gər, -şünas, -ov, -yev, -zadə, -xana, -dar, -keş, -i(-vi).

2) Feldən isim düzəldən şəkilçilər:

  • -ış4: bax+ış, gül+üş, yağ+ış
  • -aq2, -q, -k: yat+aq, dara+q, istə+k
  • -ma2: qovur+ma, süz+mə, çək+mə
  • -ıq4, -q: tapşır+ıq, bil+ik, qoru+q
  • -tı4: qışqır+tı, göyər+ti, çığır+tı
  • -qı, -ğı, -qu, -ğu; -ki, -gi, -kü, -gü: çal+ğı, pus+qu, səp+ki
  • -qın, -kin, -qun, -kün (ğın, -gin, -ğun, -gün):
  • bas+qın, qır+ğm, yan+ğın, daş+qm, sür+gün Bunlardan əlavə:
  • -ik4, -ı4, -ım4, -ın4, -ınc4, -ar, -acaq, -ır4, -maca2, -caq2, -c, -cə, -gə, -ıntı4, -ıd4

İSİM DÜZƏLDƏN ŞƏKİLÇİLƏRİN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ

  •  -ğı, -ğu, -gi, -gü sonu cingiltili samitlə bitən fel köklərinə artırılır: çalğı, qurğu, sərgi, bölgü.

  • -qı, -qu; -ki, -kü sonu kar samitlə bitən fel köklərinə artırılır: as-qı, pus-qu, səp-ki, sürt-kü. Belə sözlərin tələffüzündə k = g olur; [seçgi], [bitgi], [sürtgü]

  • -stan şəkilçisi saitlə bitən isimlərə artırılarkən həmişə stan formasında (Gürcü-stan, Qobu-stan), samitlə bitən isim-lərə qoşulduqda həmin şəkilçinin əvvəlinə ı, i, u, ü saitlərindən biri əlavə olunur: gül-ü-stan, Bolqar-ı-stan, Monqol-u-stan.

3.MÜRƏKKƏB İSİMLƏR

  • Müxtəlif mənalı sözlərin birləşməsi ilə:kəklikotu, ayaqqabı, tozsoran
  • Yaxın mənalı sözlərin birləşməsi ilə:dəftər-kitab, söz-söhbət, toyuq-cücə, taxta-şalban, ev-eşik
  • Antonim sözlərin birləşməsi ilə: gəliş-gediş, dost-düşmən, isti-soyuq
  • Biri ayrılıqda heç bir məna verməyən, digəri isə məna verən sözlərin birləşməsi ilə: kağız-kuğuz, uşaq-muşaq, dəmir-dümür, taxta-tuxta, zir-zibil, yır-yığış, çör-çöp
  • «Ha», «a» bitişdiricilərindən istifadə etməklə eyni fel kökünün təkrarı ilə: gəlhagəl, vurhavur, gethaget, çalhaçal, basabas, qaçaqaç
  • Ağa, bəy, xanım, şah tipli sözlərin iştirakı ilə: Ağabəy, Gülxanım, Qədəmşah

QEYD: Həmin sözlər ləqəb, titul, rütbə bildirdikdə, yaxud hörmət mənasında işləndikdə mürəkkəb sözün tərkib hissəsi olmur və ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Şah İsmayıl Xətai, Məhsəti xanım Gəncəvi, Üzeyir bəy Hacıbəyov

Mürəkkəb sözlər bir vurğu altında deyilir, ya bitişik, ya da defislə yazılır.

ÜMUMİ VƏ XÜSUSİ İSİMLƏR

İsimlər iki cür olur: ümumi və xüsusi.

1) Ümumi isimlər eynicinsli bütün varlıq və hadisələrin ümumi adlarıdır.

2) Xüsusi isimlər ayrı-ayrı şəxslərin və tək olması ilə fərqlənən digər varlıqların adlarıdır:

  • ad və soyadları;
  • coğrafi və astronomik adlar;
  • qəzet və jurnallara, müxtəlif əsərlərə, gəmilərə, kafelərə və s. verilən adlar;
  • Heyvanlara verilən xüsusi adlar;

QEYD: Bəzi ümumi isimlər xüsusi isimlərə çevrilə bilir: arzu- Arzu, sevinc — Sevinc, ceyran — Ceyran, durna -Durna («Sevinc» kafesi, «Şəfəq» kinoteatrı və s. bu qəbildəndir).

Vətən sözü ümumi isimdir, lakin ölkəmizin adını bildirəndə böyük hərflə yazılır: Bizim üçün Vətən hər şeydən əzizdir.

Xüsusi isimlər də ümumi ismə keçə bilir:

  • Rentgen — alman alimi (xüsusi isim) — rentgen isə xüsusi şüalarla işıqlandırmadır (ümumi isim);
  • Plombir — Fransanın şəhərlərindən biri (xüsusi isim) -plombir dondurmanın bir növünün adı (ümumi isim);
  • Badamlı-qəsəbə adı (xüsusi isim) — badamlı mineral su növlərindən birinin adı (ümumi isim)...

Günəş, Yer, Ay sözləri yalnız astronomik və coğrafi mənada işlənərkən böyük hərflə yazılır, qalan hallarda ümumi isim kimi kiçik hərflə yazılır: Ay Yerin peykidir. Biz ay doğanda yola düşəcəyik.

TƏK VƏ CƏM İSİMLƏR

İsimlər tək və cəm olur. Cəmdə işlənərkən isimlər-lar2 şəkilçisini qəbul edir: kitab — kitab+lar.  -lar2 şəkilçisi iki və ikidən artıq olan çoxluğu bildirir.

Əşyanın konkret çoxluğunu bildirmək üçün isə ismin əvvəlinə say artırılır: yeddi qardaş, yüz il tənhalıqda.

Xüsusi isimlər -lar(-lər) şəkilçisini qəbul edib cəmdə işlənə bilir və bu zaman onlar böyük hərflə yazılır:

  • qürur, vətənpərvərlik, fərəh hisslərini qabarıq vermək üçün: Koroğlular, Nizamilər, Füzulilər, Babəklər.

  • üslubla bağlı olaraq kinayə, rişxənd mənalarını bildirir: Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi!

Toplu isimlər. Mənaca topluluq bildirir: camaat, xalq, sürü, naxır, ilxı. Toplu isimlər cümlədə mübtəda yerində işlənərkən xəbər cəm şəkilçisi qəbul etmir.

İSMİN MƏNSUBİYYƏTƏ GÖRƏ DƏYİŞMƏSİ

Əşyanın hansı şəxsə mənsubluğunu (aidliyini) bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır.

I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın, əsasən, insana mənsubluğunu bildirir, III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim isə əşyanın təkcə insana deyil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir: Orxanın kitab+ı, kitabın cild+i, cildin rəng+i.

Mənsubiyyət şəkilçili isimlər həmişə özündən əvvəl gələn və yiyəlik halda işlənən əvəzlik və ya isimlə bağlı olur.

QEYD: Bəzi ərəb-fars mənşəli sözlər mənsubiyyət şəkilçisi ilə [-y-] samiti vasitəsilə birləşir: mənbə, mənşə, mövqe, mənafe, tale.

QEYD: Dilimizdə bəzi ikihecalı sözlər mənsubiyyət şəkilçisi qəbul edərkən kökünün sonundakı sait düşür: sinif -sinfin, zehin — zehnin, ətir — ətrin, beyin — beynin, oğul -oğlun.

İSİMLƏRİN ŞƏXSƏ GÖRƏ DƏYİŞMƏSİ

İsimlər şəxsə görə aşağıdakı formada dəyişir:

  • Mən tələbə+yəm Biz tələbə+yik
  • Sən tələbə+sən Siz tələbə+siniz
  • O, tələbə+dir Onlar tələbə+dirlər

Mənsubiyyət və şəxs (xəbərlik) şəkilçiləri şəxslə bağlıdır.

İSMİN HALLANMASI

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən dəyişir və bu dəyişmə ismin hallanması adlanır. İsmin altı halı var. İsmin halları suallara görə müəyyənləşir.

Adlıq hal

Sualları: kim?, nə?, hara? Xüsusi şəkilçisi yoxdur.

Yiyəlik hal

Sualları: kimin?, nəyin?, haranın?, nə?
Şəkilçiləri: -ın4 (-nın4). Şəkilçisiz də ola bilir.
Yiyəlik halda işlənən isimlər yiyəlik, sahiblik, aidlik mənalarını bildirir. Mənsubiyyət şəkilçili isimlə bağlı olur.

Yiyəlik hal iki yerə bölünür:
1) müəyyənlik bildirən: -ın4 (-nın4) şəkilçisi ilə işlənir və kimin?, nəyin?, haranın? suallarına cavab verir.
2) qeyri-müəyyənlik bildirən: şəkilçi qəbul etmir və nə? sualına cavab olur.
QEYD: mən və biz əvəzlikləri hallandıqda isimdən fərqli olaraq, yiyəlik halda -im şəkilçisini qəbul edir: mən+im, biz+im
QEYD: Yiyəlik hal şəkilçisi ilə (-ın4) ikinci şəxs təkin mənsubiyyət şəkilçisi (-ın4) bir-biri ilə omonimdir.

Yönlük hal

Sualları: kimə?, nəyə?, haraya?
Şəkilçiləri: -a2 (-ya2).
Yönlük halda işlənən isimlər hərəkətin yönünü, istiqamətini və ya son nöqtəsini bildirir.
YADDAŞ: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda işlənərkən tələffüz zamanı həmin saitlər qapalı saitlərdən (ı, i, u, ü) birinə keçir: arabaya — [arabıya], dərəyə -[dəriyə], Şuşaya — [Şuşuya], kölgəyə — [kölgüyə].

Təsirlik hal.

Sualları: kimi?, nəyi?, haram?, nə?
Şəkilçiləri: -ı4 (-m4). Şəkilçisiz də ola bilir.
Təsirlik halda işlənən isimlər işin, hərəkətin obyektini, yəni işin, hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir.

Təsirlik hal iki yerə bölünür:
1) müəyyənlik bildirən: -ı4 (-m4) şəkilçisi ilə işlənir və kimi?, nəyi?, haranı? suallarına cavab verir.
2) qeyri-müəyyənlik bildirən: şəkilçi qəbul etmir və nə? sualına cavab olur.

Təsirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək mümkündür:
Qeyri-müəyyən təsirlik halda olan ismi cümlədə feldən uzaqlaşdırdıqda ona şəkilçi artırılır;
Qeyri-müəyyən təsirlik halda olan ismin əvvəlinə o, bu əvəzliklərini artırdıqda həmin isim mütləq şəkilçi qəbul edir.

YADDAŞ: Dilimizdə bəzi ikihecalı sözlər saitlə başlayan hal şəkilçiləri (yiyəlik, yönlük, təsirlik) qəbul edərkən kökünün sonundakı saiti düşür: ömür — ömrün, ömrə, ömrü; şəkil — şəklin, şəklə, şəkli; fikir — fikrin, fikrə, fikri.
İSTİSNA: oğul, beyin, alın, burun, ağız, boyun, çiyin, qoyun, qarın

Yerlik hal

Sualları: kimdə?, nədə?, harada?
Şəkilçiləri: -da2
Yerlik halda işlənən isimlər əşyanın və ya hərəkətin yerini bildirir.

Çıxışlıq hal

Sualları: kimdən?, nədən?, haradan?
Şəkilçiləri: -dan2
Çıxışlıq halda işlənən isimlər hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir. Çıxışlıq hal yönlük halın əksini bildirir.
QEYD: Sonu n, m samitləri ilə bitən sözlərdən sonra işlənən çıxışlıq hal şəkilçisi [-nan2] şəklində tələffüz olunur: vətən+dən [vətən+nən]

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Top