Ümumi qrammatik mənasına görə hərəkət bildirir. Sualları: nə etdi?, nə edir?, nə edəcək?...
Fellər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.
SADƏ FELLƏR
Sadə fellər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: bax, bax+maq.
DÜZƏLTMƏ FELLƏR
Düzəltmə fellər tərkibində leksik şəkilçilər olan fellərdir.
1) Başqa nitq hissələrindən fel düzəldən şəkilçilər:
2) Feldən fel düzəldən şəkilçilər:
Bunlardan əlavə:ala2 (qov+ala), -a2, -aş2, -sa2, -ı4, -ik, -ıx, -imsə, -ılda4, -ırğa, -ən, -qun
3. MÜRƏKKƏB FELLƏR
Mürəkkəb fellər iki sözün birləşməsindən düzəlir: deyib-gülmək, çalışıb-vuruşmaq, oturub-durmaq, yazıb-yaratmaq, gedib-gəlmək, atılıb-düşmək.
Mürəkkəb felləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir: çalışır-vuruşur, atıldı-düşdü.
Mürəkkəb fellərin bir qismi də tərkibi fel adlanır: sahib olmaq, həll etmək, ala bilmək.
Hərəkətin icra edilib-edilməməsi baxımından fellər iki cür olur: təsdiq və inkar.
YADDAŞ: -ma2inkar şəkilçisi isim və sifət düzəldən -ma2leksik şəkilçisi ilə omonimdir.
Fellər ismin təsirlik halını tələb edib-etməməsinə görə iki yerə bölünür: təsirli və təsirsiz.
Təsirli fellər — idarə etdiyi sözün ismin təsirlik halında işlənməsini tələb edən fellərdir. Belə fellərlə əlaqəyə girən sözlər ismin təsirlik halının suallarına cavab verir: yazdı (nəyi?).
Təsirli felləri təsirsiz felə çevirmək üçün -ıl4,-ın4 şəkilçilərindən istifadə olunur: yaz+ıl+dı (nəyə?)
Təsirsiz fellər — özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən fellərdir: baxdı (nəyə?).
Təsirsiz felləri təsirli felə çevirmək üçün -dır4, -ır4, -ar2 şəkilçilərindən istifadə olunur: bax+dır+dı (nəyi?).
Felin qrammatik məna növləri işi görənlə üzərində iş icra olunan əşya arasındakı qarşılıqlı münasibəti əks etdirir.
Felin aşağıdakı qrammatik məna növləri vardır:
İş görən məlum olur: bax, gör. Bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə edilmir: yazdı.
İş görən qrammatik cəhətdən məlum olmur.
Şəkilçiləri: -ıl4, -ın4, -n (təsirli fellərə artırılır və təsirsiz olur): yaz+ıl+dı
Yaxud: Məktub yazıldı — cümlədə mübtəda var, amma kim tərəfindən yazıldığı məlum deyil.
Burada obyekt, yəni üzərində iş görülən əşya (məktub) mübtədanın yerini tutmuş, icraçı (subyekt) naməlum qalmışdır.
İş görənin işi öz üzərində icra etdiyi bildirilir.
Şəkilçiləri: -ıl4, -ın4, -n (təsirli fellərə artırılır və təsirsiz olur): aç+ıl+dı, çək+il+di, dara+n+dı.
Yaxud: Gül açıldı. Duman çəkildi. Qız darandı.
İş görən məlumdur və cümlənin mübtədasıdır.
Hərəkətin qarşı-qarşıya icra edildiyi bildirilir.
Şəkilçiləri: -iş4 (-ş) (təsirli fellərə artırılır və təsirsiz olur): vur+uş(maq), gör+üş(mək), salam+la+ş(maq) Yaxud: Rəfiqələr qucaqlaşdılar.
Hərəkət qarşılıqlı şəkildə icra edilmişdir.
Hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir.
Şəkilçiləri: -dır4, -t (təsirli fellərə artırılır və təsirli olur): sil+dir(mək), yaz+dır(maq), oxu+t(maq) Yaxud: Ana məktub yazdırdı.
Məktubu yazan danışan və haqqında danışılan da deyil, tamamilə başqasıdır.
Felin üç zamanı var: keçmiş, indiki, gələcək.
KEÇMİŞ ZAMAN
Hərəkətin keçmişdə icra olunub-olunmadığını bildirir.
Keçmiş zaman iki cür olur: şühudi və nəqli.
İNDİKİ ZAMAN
Hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir.
Şəkilçisi: -ır4: bax+ır, oxu+yur.
QEYD: İndiki zaman fellərinə inkar şəkilçisi (-ma, -mə) artırdıqda şəkilçidəki sait (-a, -ə) düşür: al+m+ır, gəl+m+ir.
GƏLƏCƏK ZAMAN
Hərəkətin (işin) gələcəkdə icra ediləcəyi bildirilir.
Gələcək zaman iki cür olur: qəti və qeyri-qəti.
QEYD: Qeyri-qəti gələcək zaman fellərinə inkar şəkilçisi (-ma2) artırdıqda I şəxs şəkilçidəki sait (-a, -ə) düşür, II və III şəxsdə isə r səsi z səsinə keçir:
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0