Ümumiyyətlə, iltisaqi dillərdə,xüsusən türk dillərində və o cümlədən Azərbaycan dilində ahəng, həmahəngləşir. Elə buna görə də son zamanlara qədərki dilçilik ədəbiyyatında sinharmonizm istilahı ilə bu hadisə ancaq “saitlər ahəngi”(rus dilində yazılmış ədəbiyyatda qarmoniya qlasnıx) kimi izah edilmiş və beləliklə də,”ahəng qanunu” təkcə sait səslərin həmcinsləşməsi kimi birtərəfli anlaşılmışdır.
Əslində isə türk dillərində başlanğıcdan,hətta ,söz köklərində səslərin uyuşması -həmcinsləşməsi hadisəsi təkcə saitlərdə,deyil s amitlərində bir çoxunda ,eləcədə sait və samitlərin münasibətində müəyyən şəkildə təzahür etmişdir və bunların izi indi də türk dillərində,o cümlədən Azərbaycanda qalmaqdadır.
Bütün bunların nümunələrini Orxon -Yenisey kitabələrində, uyğur dilində yazılmış ilk mənbələrdə müşahidə etmək mümkün olduğu kimi, indiki türk dillərinin bir çoxunun orfoqrafiya qaydalarında da görmək mümkündür. Belə bir cəhəti də qeyd etməliyik ki ,XI əsrin böyük türkoloq-dilçisi Mahmud Kaşqari bu hadisəni müşahidə etmiş və ahəng qanununun həm samitlərə,həm də saitlərlə samitlər əlaqəsinə aid olduğunu təsbit edən misallarla yanaşı bu qanun haqqında ağla batan izahat da vermişdir.Hətta M. Kaşqari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı (yəni tərkibində q olanlar və tərkibində k olanlar) deyə iki qurupa bölmüş,məsdər şəkilçisinin qaflı kəlmələrdə -maq, kaflı kəlmələrdə isə -mək, olduğunu xüsusi qeyd etmişdir .
Bütün bunları nəzərə aldıqda ahəng qanununu dar mənada ,yəni təkcə saitlər ahəngi mənasında deyil ,ki ,həmdə saitlərlə samitlər ahəngi kimi başlıca üç növdə geniş dairəli bir qanun kimi başa düşmək lazımdır .
Burada belə bir cəhəti də yada salar ki ,Azərbaycan dilinin müxtəlif şivələrində bu və ya digər dildə bu qanun müəyyən dərəcədə yaşayır və öz hökmünü saxlayır.Azərbaycan ədəbi dilində ahəng qanunu yalnız söz köklərində deyil, daha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir .Ahəng qanunu ,hər zaman sonra gələn hecadakı səsin, ondan əvvəl gələn hecadakı səslə ,cinsinə görə uyğunlaşması şəklində təzahür edir. Burada dilarxası səslərindın sonra dilarxası səslərin ,dilönü səslərindən sonra dilönü səslərinin, eləcə də karlardan sonra kar, cingiltilərdən sonra cingiltili səslərin sıralanması bu qanunun əsasını təşkil edir.Buna görə də ahəng qanunu əsasən irəli uyuşmanın qanuniləşmiş bir növüdür.
Beləliklə, demək oiar ki, ahəng qanunu sözdəki səslərin həmcinsləşmə,həmahəngləşmə yolu ilə uyuşmasıdır .
Müasir Azərbaycan ədəbi dilində ahəng qanununun başlıca üç növü vardır.
- Saitlərahəngi (uyuşması).
- Saitlərlə samitlərin ahəngi (uyuşmas).
- Samitlər ahəngi ( uyuşmas).
Saitlər ahəngi (uyuşması).
Saitlərin təsnifi bəhsindən bizə məlumdur ki,fəal üzvlərin iştirakına görə saitlər,əsasən dilarxası ,dilönü qruplarına bölünür və bunların hər biri də dodaqlanmayan,dodaqlanan olmaq üzrə daha iki növə ayrılır. Həmin təsnifə müvafiq halda saitlər ahəngi də dilə və dodağa görə iki növ olur:
- Dil ahəngi -dilə görə fərqlənən saitlərin uyuşması .
- Dodaq ahəngi -dodağa görə fərqlənən saitlərin uyuşması .
Dilə görə fərqlənən saitlərin ahəngi də iki cür olur .
- Arxa sıra ahəngi (qalın saitlər ahəngi).
- Ön sıra ahəngi (incə saitlər ahəngi).