Vurğu

Vurğu

Danışıq  prosesində  nitq  axınl  parçaları müxtəlif  fonetik  çalarlıqda  tələffüz  olunur  və  buna  görə  də nitq  axını  dalğalı  axına  bənzəyir.Ümumiyyətlə, bir  hecanın   tərkibində  o  qədər  də  güclü  və  aydın   tələffuz  olunmayan,hecadüzəltməyən  səslərə  nisbətən , hecadüzəldən  bir  səs  aydın  və  güclü   tələffüz  olunanaraq   fərqləndiyi  kimi ,çoxhecalı  ayrı-ayrı  sözlərdə  bir  heca  ,cümlədə  isə  bir  söz digərlərindən  uca  və  ya  güclü  bir  tərzdə   tələffüz  olunması  ilə  də  fərqlənir.Digər  hecalar  və  ya  sözlər  isə  ucadan  və  güclü  tələffüz  olunan  heca  və  yaxud  söz  ətrafına  toplanır. Məsələn
 Hecalarda-kəl-mə,  söy-lə-mə  ,a- ğac-lar  və s.
 Sözlərdə,Bu  kitabı  kim  yazdı?Mən  yazdım.Bu  gün  məktəbə  getdim, kitab  oxudum, yazı  yazdım  .Sözlərdəki   hecalardan  və  cümlələrdəki  sözlərdən  birinin daha  güclü  və  daha  ucadan   tələffüz   edilməsinə  vurğu  deyilir .
 Nitq  axınındakı  müxtəlif  fonetik  boyaların  məqamından, istiqamətindən,  məqsəd  və  şəraitindən  asılı  olaraq  vurğunun  müxtəlif  növləri  yaranır ki,  bunlardan  xüsusın  aşağıdakı  növləri  ədəbi  dildə  daha  geniş  dairədə  işlənir.  Heca  vurğusu,məntiqi  vutğu,  həyacanlı vurğu.

  Heca vurğusu.


 Tonun artması və ya gücünün çoxalması ilə sözdə heca düzəldən hissənin  fonetik  boyasındakı  dəyişiklik   heca vurğusu adlanır.Heca vurğusu  ilə tələffüz  olunan hecaya  isə  vurğulu  heca deyilir.
 Heca vurğusu əsasən  sözündə  ölcüsüdür,çünki  hər bir sözdə ancaq  bir əsas heca vurğusu  olur.Buna  görə  də nitq  axınında neçə əsas heca vurğusu  varsa,o qədər də əsas nitq hissəsi  halında  işlənilən söz  vardır demək  olar.
 Vurğulu hecanı  müxtəlif  çalarlıqda  tələffüz  etmək  olur.Elə buna görə də  heca vurğusu müxtəlif  təzahürlərə malikdir.
 Bəzən  bir  hecanı  təşkil  edən  sait  digər  hecaları  təşkil  edən  saitlərdən daha  güclü   və  daha  gərgin  məxrəcdə  tələffüz  edildiyinə  görə  həmin  sait  ilə  formalaşan  heca  da bütövlükdə  güclü  tələffüz  olunur   ki,belə  vurğu  güclü  vurğu  (dinamik  vurğu) adlanır.
 Bəzən isə  avazın –tonun  yuxarı  dərəcəyə  qaldırılması  nəticəsində  bir  heca  digərinə  nisbətən  yüksək  avazla  tələffüz  olunur  ki,belə  vurğu  avazlı  vurğu (tonik  vurğu)  adlanır.
 Azərbaycan  dilində  ən  çox güclü  vurğu  işlənir.Lakin  bəzi  hallarda,xüsusən  hiss –həyacan  ifadəsi  üçün  avazlı  vurğudan  da  istifadə  olunur.
 
 Ümumiyyətlə, vurğulu  hecanın yerinı  və xüsusiyyətinə  görə  dünya  dillərinin  əksəriyyətində  heca  vurğularının  iki  əsas  növdə  olduğu  müəyyənləşdirilmişdir: sərbəst  vurğu, sabit  vurğu.

Sərbəst   vurğu


Sərbəst  vurğu   dildə  olan  çox  hecalı  sözlərin  tərkibində  müxtəlif  mövqedıki  bu və ya digər  heca  üzərinə  düşən  vurğuya  deyilir.
 Bu  baxımdan  rus  dili  nümunəvi  bir  dil  sayılır .
 “Rus  dilində  vurğu  müxtəlif  məkanlı  ,yaxud  sərbəstdir,yəni  vurğunun yeri  sabitləşdirilməmiş,sözün  müəyyən  bir  hecasına (baş  və  ya son  hecasına),yaxud  sözün  müəyyən  hissəsinə(əsasa və  ya  şəkilçiyə)təhkim  olunmamışdır: o  sözün  hər  hansı  bir  hecasına vı  ya  müxtəlif   morfoloji  hissəsi  üzərinə  düşə  bilər.Bunu  aşağıdakı  misallarda  müşahidə  etmək  olar:
 Stolik,devoçka ,vıvel,morojenoe  berza, spala ,delami ,belovatıy ,moloko...”
 Rus  dilində vurğunun  müxtılif  məkanlı  olmas  mühüm  fono-  semantik  və  morfoloji  vasitədir.Buna  görə  də  vurğu  sözlərin  sövti  qabığına  görə  ,mənaca  formaca  fərqləndirməyə  xidmət  edir:  zamok-zamok,  muka-muka  ,,plaçu-plaçu, moy-moy  və  s.
 Bir  nçə  söz  ,xüsusənalınma  sözlə ,müstəsna  oimaq   şərti ilə  ,demək  olar  ki Azərbaycan  dilində   belə  sərbəst  vurğu  yoxdur.

Sabit vurğu


Dildəki  sözlərin  tərkibində  müəyyən  mövqedə  olan  hecalara   daimi  təhkim  edilmiş  vurğuya  sabit  vurğu  deyilir  .Belə  vurğu  dünya  dillərininçoxunda  vardır .Bəzisində  vurğu  sözlərin  bir  hecasında  olur(fin,eston ,latış  dillərində),bəzisində  vurğu  sözlərin   sonuncu  hecasından  əvvəlki  yanaşı   hecada  olur(gürcü, polyak  dilində),bəzisində  isə  vurğu  sözlərin  son  hecasında  olur  (fransıp  dilində,türk  dilləriailəsinə  mənsub  dillərdə.)
 Türk  dilləri  ailəsindən  olan  Azərbaycan  dilində  də  heca  vurğusu  sabitdir  ,çünkü  heca  vurğusunun  əsaə  mövqeyi,  yəni  təhkim  olunduğu  məqam  sözün  sonuncu hecasdır .Bunu  aşağıdakı  misallarda  müşahidə  etmək  olar:  ata, oğul  ,yaşayış,  tələbə,kolxozçuiar,tələbələrin və s
 Müasir  Azərbaycan  ədəbi  dilindəki  vurğu  qəbul  etməyən  şəkilçilər,əsasən ,aşağıdakılardır:
1)İnkar  şəkilçiləri -m,-mə,-ma,  məsələn  ,sil-mə  ,oxutdur-ma,  çalış-mır və s.
2) Sual  şəkilçiləri -mı,-mu,-mi,-mü:  məsələn:  alacaq-mı,işləyəcək-mi, gördün-mü və s.
3) Birgəlik  bildirən –la,-lə  şəkilçiləri: məsələn:qardaşım-la,atam-la,gül-lə  və s.
4) Zaman  şəkilçilərindən  sonra  bitişdirilən  şərt  şəkli  şəkilçisi -sa ,-sə;  məsələn:  almış-sa,qalar-sa, biləcək-sə, görür-sə   və s.
5)Seçilmə  bildirən  zərfləri  əmələ  gətirən -ca-cə  şəkilçisi:  məsələn:  məzmun-ca, ağıi-ca  ,mən-cə, siz-cə   fikrim-cə   və s.
6)Tərkibində  inkar  şəkilçisi  olan  feli  bağlama  şəkilçiləri:
a)-madan,-mədən:mə sələn;  oxu-madan,(danışmazlar),bil-mədən(söyləmə), və s.
b)-mamış,-məmiş; məsələn:  salamlaş-mamış(keçmə).Məni  gör-məmiş(getməz) və s.
7)Feli  bağlama  düzəldən  -kən  şəkilçisi ; məsələn;olar-kən, ge-dər-kən ,bilmiş-kən bə s
Top