a) A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız
b) Sev-dik-lə-ri-miz-dir, o-dun-çu-lar
c) Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər
d) Na-mə-lum, mü-şa-hi-də
e) Mu-si-qi-şü-nas, mü-ka-li-mə
2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır?
a) Saydır b)Oxdur c) Dərddir d)Bağdır e) Lakin
3. Hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır?
a) Külə…dən b) Çiçə…lər c) Idra…mız d) Mələ…im e) Ürə…siz
4. Hansı fikir doğru deyil?
a) Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir?
b) Səs uzanması sözün ilk hecasında da ola bilər
c) Mürəkkəb sözlərdə ahəng qanunu pozula bilər
d) Simfoniya, ambulans, qumbara, gümbəz sözlərinin yazılışı düzgündür
e) Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər
5. Sözlərdən biri vurğusu əvvələ düşən, milli sadə sözdür
a) Ağdaş b)Tabel c) Bayaq d) Inam e) Elat
6. Hansı sözlərdə vurğu işarəsi düzgün qoyulmayıb?
a) Silahda'ş b)Sici'liya c) se`ntner d)pana'ma e) mona'stır
7. “ Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz.
a) Vurğusu son hecaya düşür
b) Ahəng qanunu pozulub
c) Bir dodaqlanan, üç dodaqlanmayan sait var
d) Bir kar samit var
e) Bir cingiltili samitin kar qarşılığı var.
8. Ahəng qanunu pozulmuş sözlərdən birində səs uzanması birinci hecadadır
a) Cinayət b) Mənəvi c) Kabus d) Məşuq e) ədalət
9. Birində səs uzanması yoxdur
a) Yekun b) Qadir c)Siyasət d) Sitayiş e) Tövbə
10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir?
a) Qoruq b) hüquq c) külək d) kənddən e) şəffaf
11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz?
a) Dilarxası b) dilönü c) gen d) dar e) dodaqlanan
12. Tələffüzü düzgün verilməyən sözü seçin
a) [lentva:ri] b) [rüşeyimsiz] c) [ka:perativ] d) [bərbatcasına] e) [mə:dəniyət]
13. Biri düz yazılmışdır:
a) Kinematoqraf b) kineteatr c) kinerejissor d) kinefilm e) kinekomediya
14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib:
a) Nanə [na:nə b) pansion [pansiyon] c) etinasız [e:tina:sız] d) pıqqıltı [pık'qıltı] e) zooloji [za:loji]
15. Sözlərdən birinin yazılışı səhvdir:
a) Karnaval b) doğramac c) başısoyuq d) arxioloji e) süxur
16. Hansı sözün tələffüz şəkli səhv göstərilib:
a) [o:xalamax] b)[ xoşbaxlıx] c) [si:ma:sız] d) [bosdan] e) [k'lub]
17. Sətirdən sətrə keçmək baxımından biri fərqlidir.
a) 100% b) ilan c) 3 sot d) DQT e) ailə
18. Biri defislə yazılmır
a) Dəymə-düşər b) gündən- günə c) bəzək-düzək d) tör-töküntü e) stəkan-zir
19. Hansı sözdə eynicinsli sait qoşalığı yoxdur?
a) Təəccüb b) nailiyyət c) təəssürat d) təəssüf e)bədii
20. Hansı sözdə yazılışından fərqli tələffüz olunan samit var?
a) Döyüş b)əzgin c) vurhavur d) qulaq e) elan