Felin sadə şəkilləri

Felin sadə şəkilləri

Fellər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür:
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Felin şəxsə və kəmiyyətə görə dəyişən formalarına felin təsriflənən formaları deyilir. Felin təsriflənən formalarına felin sadə və mürəkkəb şəkilləri daxildir.

Felin sadə şəkilləri



Felin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini büdirir. felin altı sadə şəkli var:
  1. Əmr şəkli
  2. Xəbər şəkli
  3. Arzu səkli
  4. Vacib şəkii
  5. Lazım şəkli
  6. Şərt şəkli

Əmr səkli


Felin əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. fel kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir:
I şəxs tək: -ım4 (-yım4), cəm: -aq2 (-yaq2)
II şəxs tək: -   , cəm: -ın4 (-yın4)
III şəxs tək: -sın4, cəm -sın4 +lar2
Məsələn:
Mən yaz-ım, gəl-im, oxu-yum, gör-üm və s.
Sən yaz, gəl, oxu, gör və s.
O yaz-sın, gəl-sın, oxu-sun, gor-sun və s.
Biz yaz-aq, gəl-ək, oxu-yaq, gör-ək və s.
Siz yaz~ın, gəl-in, oxu-yun, gör-ün və s.
Onlar yaz-sın-lar, gəl-sin-lər, oxu-sun-lar, gör-sün-lər və s.
Felin əmr şəkli məzmunca indiki, yaxud gələcək zamanı bildirir.

Xəbər şəkli


Felin xəbər şəkli işin nə zaman və kim tərəfindən gorüldüyünü bildirir. Xəbər şəklinin də xüsusi şəkilçisi yoxdur.Zaman və şəxs şəkilçiləri ilə düzəlir: al-dı-m, al-dı-n, al-dı, al-ır-am, al-ır-san, al-ır və s. Fel xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara və şəxsə görə dəyişir.

Keçmiş zaman

İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü van şühudi keçmiş zaman və nəqli keçmişzaman.
Şühudi keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığını qəti şəkildə (şahidlik yolu ilə)bildirir. Fel kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-dı-m, yaz-dı-n, yaz-dı, yaz-dı-q, yaz-dı-nız, yaz-dı-lar və s.
Nəqli keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığının nəticəsini nəql-nağıl etmə yolu iləbildirir.
Nəqli keçmış zaman -mış şəkilçisi ilə düzəlir: gəl-miş-əm, gəl-rniş-sən, gəl-miş-dir, gəl-miş-ik, gəl-miş-siniz, gəl-miş-lər. Nəqlı keçmiş zaman II və III şəxslərdə -ıb4 şəkilçisi ilə də düzəlir: al-ıb-san, al-ıb-sınız, gəl-ib-sən, gəl-ib-lər və s. II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san = al-mı-san, al-mış-sınız = al-mı-sınız və s.

İndiki zaman

İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Fel kökünə və ya felin başlanğıc formasına -ır4 (-yır4) şəkilçisıni və şəxs şəkilçilərini artırmaqla düzəlır: yaz-ır-am, yaz-ır-san, yaz-ır. yaz-ır-ıq, yaz-ır-sınız, yaz-ır-lar, oxu-yur-am, oxu-yur-san, oxu-yur, oxu-yur-uq, oxu-yur-sunuz, oxu-yur-lar və s.

Gələcək zaman

lş və hərəkətin danışılan zamandan sonra icra olunacağını bildirir.Gələcək zamanın iki növüvar:qəti gələcək zaman və qeyri-qəti gələcək zaman.
Qəti gələcək zamaniş və hərəkətin gələcəkdə icra olunub-olunmayacağını qəti şəkildə bildirir, -acaq2 şəkilçisi ilə düzəlir: al-acağ-am, al-acaq-san, al-acaq-dır, al-acağ-ıq, al-acaq-sınız, al-acaq-lar; gəl-əcəy-əm, gəl-əcək-sən, gəl-əcək-dir, gəl-əcəy-ik, gəl-əcək-siniz, gəl-əcək-lər və s.
Qeyri-qəti gələcək zamandaiş və hərəkətin gələcəkdə icrası qəti şəkildo bildirilmir. Fellərə -arJ (-yar1) şəkilçisini artırmaqla düzəlir: yaz-ar-am, yaz-ar-san, yaz-ar, yaz-ar-ıq, yaz-ar-sınız, yaz-ar-lar; oxu-yar-am, oxu-yar-san, oxu-yar, oxu-yar-ıq, oxu-yar-sımz, oxu-yar-lar və s.
Qeyd 1: -la2 şəkilçisi ilə bitən fellətin qeyri-qəti gələcək zamanında bəzən -ar1 şəkilçisinin saiti düşür:bas-la-r-am, göz-lə-r-sən, işlə-r-ik və s.
Qeyd 2: Yuxarıda qeyd olunduğu kimi, qeyri-qəti gələcək zaman II və III səxsin təkində və cəmində inkarda işlənərkən -ar3 şəkilçisinin tərkibindəki r samiti z samitınə keçir. Məşələn:alar-almaz. gələr — gəlməz, oxuyarsan — oxumazsan və s.

Arzu şəkli


Felin arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir.
Arzu şəklinin özünəməxsus şəklçisi vardır: -a2. Bu şəkilçi fel köklərinə (və ya fellərin başlanğıc formasına) artınlır: vaz+a+m. yaz+a+san, yaz+a, yaz+a+q, yaz+a+sınız, yaz+a+lar; oxu+ya+m, oxu+ya+san, oxu+ya, işlə+yə+k, işh+yə+lər və s. Oxu, islə kımi saitlə bitən fellərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: gərək (kaş) bil+ə+m. gərək (kaş) ged+ə+siniz və s.

Vacib şəkil


Felin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildınr, -malı2 şəkilçisi ilə düzəlir: al+malı+yam, al+malı+san, al+malı+yıq, al+malı+sınız, al+malı+dır+lar; gəl+məli+yəm, gəl+məli+sən, gəl+məli+dir, gəl+məli+yik, gəl+məli+siniz, gəh-məli+dır+lər və s:

Lazım şəkli


Felin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım oiduğunu bildirir, fellərə -ası2 şəkilçisini artırmaqla düzəlir: yaz+ası+yam, yaz+ası+san, yaz+ası+dır, yaz+ası+yıq, yaz+ası+sınız, yaz+ası+dır+ lar; gəl+əsi+yəm, gəl+əsi+sən, gəl+əsi+dir, gəl+əsi+yik, gəl+əsi+siniz, gəl+əsi+dir+lər və s.
Yuxarıda qeyd olunduğu kimi, felin lazım şəklinin inkarı deyilsözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.

Şərt şəkli


Felin şərt şəkli gələcəkdə icra olunacaq iş, hərəkətin müəyyən şərtlə bağlılığını bildirir, -sa2 şəkilçisi ilə düzəlir: al+sa+m, al+sa+n, al+sa, al+sa+q, al+sa+mz, al+sa+Iar; gəl+sə+m, gəl+sə+n, gəl+sə, gəl+sə+k, gəl+sə+niz, gəl+sə+lər və s.
Felin bu şəklində bəzən əgər bağlayıcısı da işlənır: əgər oxu+sa+m, əgər gəl+sə+n və s.
Felin təsriflənən sadə şəkillərinə yekun olaraq yadda saxlamaq lazımdır ki, yuxarıdakı fel şəkillərindən yalnız ikisinin: əmr və xəbər şəklinin özunəməxsus şəkilçisi yoxdur. Bunlardan birincisi yalnız şəxs şəkilçilərinin, ikincisi isə (xəbər) zaman və şəxs şəkilçilərinin köməyi ilə düzəlir. Felin qalan dörd şəklinin (arzu, vacib, lazım, şərt) hər birinin özünəməxsus şəkilçiləri vardır. -a1 (arzuşəklinin), -malr (vacibşəklinin), -ası (lazımşəklinin) və -sa (sərt şəklinin).
Fel köklərinə, eləcə də fellərin başlanğıc formalarına artırılan bu şəkilçilər şəxs şəkilçiləri ilə birgə işlənir; Ümumiyyətlə, şəxs şəkilçilərimüəyyən fərqli forrnalarda (bunuyuxarıdakı nümanələrdə görmək olar) felin bütün şəkillərində işlənir. Çünki felin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.
Qeyd: Fel şəkillərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.


Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı.
Top