Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:
| Tək | Cəm |
| Şəkilçilər və nümunələr | Şəkilçilər və nümunələr |
I-şəxs | -m, -ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün | -mız, -ımız4; ata+mız, ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz |
II-şəxs | -n, -ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün | -nız4, -ınız4; ata+nız, ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz |
III-şəxs | -ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü | -ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i, top+u, üzüm+ü |
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edənlər əşyanın yalnız insana mənsubluğunu bildirir. Məsələn: mənim arzum, sevincim; sənin arzun, sevincin; bizim arzumuz, sevincimiz; sizin arzunuz, sevinciniz və s.
III şəxsə aid bu şəkilçini qəbul edən isim isə əşyanın həm ana, həm də başqa əşyalara (istər canlı, istərsə də cansız olsun) mənsubluğunu bildirir. Məsələn: Onun bağı, qonşunun bağı, məktəbin bağı: Onların qapısı, qonşunun qapısı, evin qapısı və s. III-şəxsin təki və cəminin qəbul etdiyi mənsubiyyət şəkilçilər eynidir.
Mənsubiyyət şəkilçili isimlər özündən əvvəl gələn və yiyəlik da işlənən əvəzliklərlə (I və II şəxslərdə), eləcə də isimlərlə (I şəxsdə) bağlı olur və birlikdə cümlənin bir üzvü olur. Mənsubiyyət şəkilçili isimlərdən qabaq çox vaxt yiyəlik halda işlənən əvəzlik və ya isimlər yığcamlıq xatirinə buraxılır. Məsələn: Atam kənddədir. Kitabın məndədir. Evi uzaqdadır və s. Lakin belə isimlərin əvvəlinə əvəzlik (və ya isim) artırmaq olar. Məsələn: Mənim atam kənddədir. Sənin kitabın məndədir. Onun (Əlinin, qonşunun, müəllimin) evi uzaqdadır və s.
Bəzi alınma sözlərin mənsubiyyətə görə dəyişməsi
Dilimizdə saitlə bitən bir neçə alınma sözün qəbul etdiyı mənsubiyyət şəkilçilərinin əvvəlində y samiti işlənir. Məsələn: tale-yim, tale-yin, tale-yimiz, taleyi (taleləri). Mövqe, mənşə, mənafe, mənbə sözlərinin də mənsubiyyətə görə dəyişməsi belədir. Saitlə bitən başqa sözlər isə cədvəldə göstərildıyi kimi, — m, — n, -si ,-mız,4- sı4 şəkilçilərini qəbul edir. Məsələn: ailə-m, ailə-n, ailə-si, ailə-niz, ailə-si (ailə-lər-i) və s.
İsmin şəxsə görə dəyişməsiİsimlər şəxsə görə də dəyişir. İsimlərin şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs (xəbərlik) şəkilçiləri adlanır. Həmin şəkilçilər bunlardır:
I şəxsin təki – am2, cəmi -ıq4
II şəxsin təki –san2, cəmi — sınız4
III şəxsin təki — dır4, cəmi — dır4, +lar2
Məsələn:
TƏK | CƏM |
Mən insan+am (sagird+əm). | Biz insan+ıq (şagird+ik). |
Sən insan+san (sagird+sən). | Siz insan+sınız (şagird+siniz) |
O, insan+dır(şagird+ dir). | Onlar insan+dır+lar (şagird+ dir+ lər). |
Saitlə bitən isimlərdə I şəxsə aid şəxs şəkilçilərinın (təkdə və cəmdə) əvvəlinə y bitişdirici samiti artırılır. Məsələn: Mən balıqçı-yam. Biz dənizçi-yik və s.
İsimlərdə həm mənsubiyyət şəkilçiləri, həm də şəxs şəkilçiləri şəxslə bağlı olsalar da, onlar bir-birindən tamamilə fərqlənirlər. Mənsubiyyət şəkilçiləri, qeyd olunduğu kimi, mənsubluğu (aidliyi) bildirir: Şəxs şəkilçiləri isə xəbərlik anlayışını ifadə edir. Buna görə də həmin şəkilçilər xəbərlik şəkilçiləri kimi də tanınır.
Qeyd: Üçüncü şəxsin xəbərlik şəkilçisi -dır4 tələffüz olunduqda sonrakı samit deyilmir. Məsələn:müəllimdir — [məllimdi], ıışaqdır — [uşaxdı]. körpüdür — [körpüdü], borudur — [borudu]və s