Fonetik təhlilə nümunə

Fonetik təhlilə nümunə

Fonetik təhlil zamanı sözün səs və hərf tərkibi, heca, vurğu, ahəng qanunu və s göstərilir.
Təhlilin aparılma qaydası:
1.Sözün səs və hərf tərkibi
2.Sait səslər(qalın, incə, dodaqlanan, dodaqlanmayan, açıq və qapalı olması)
3.Samit səslər (kar və cingiltili olması)
4.Ahəng qanununa tabe olub-olmaması.
5.Sözün hecaları və vurğusu

Sözün fonetik təhlilində səs və hərf tərkibi (1.2.3-cü variant) tələffüzə əsasən, ahəng qanunu, vurğu və heca isə sözün yazılışına görə aparılmalıdır.
Nümunə:

Qoruq [qorux]
5 səs, 5 hərfdən ibarətdir
[o]-qalın, açıq, dodaqlanan
[u]-qalın, qapalı, dodaqlanan
[q]-cingiltili samit, kar qarşılığı [k] samiti
[r]-cingiltili samit, kar qarşılığı yoxdur, sonor
[x]-kar samit, cingiltili qarşılığı [ğ] samitidir
Ahəng qanununa tabedir. Vurğusu son hecaya düşür.
Qo-ruq şəklində hecaya bölünür.
Həmçinin bax:
Fonetik təhlil
Top