Cümlə üzvlərindən danışarkən qeyd etdiyimiz kimi, bir sıra sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə mənaca əlaqələndiyi halda, qrammatik (sintaktik) əlaqədə olmur. Ona görə də belə sözlər və birləşmələr cümlə üzvü sayılmır. Məsələm: – Vaqif! Ey sərvərim, ey tacıdarım! – Nə var, nə deyirsən, vəfalı yarım?
Cümlədə müraciət olunanı bildirən sözlərə və birləşmələrə xitab deyilir. Məsələn: Ara sözlər danışanın etdiyi fikrə münasibətini bildirir. Nəhayət, əl-ayaq yığışdırılanda kişi içəri girdi.
Beləliklə, cümlə üzvləri kimi, xitablar və ara sözlər də ifadə olunur. Lakin onlardan fərqli olaraq, sintaktik əlaqədə olmadıqları üçün cümlə üzvü olmurlar. Cümlə üzvü olmasalar da, fikrin dəqiq şəkildə ifadəsində və müraciət obyektini bildirməsində onların rolu böyükdür.Xitab
Durma, ey Nizami, iş zamanıdır,
Fələk etibarsız, dünya fanidir.
Xitab adətən insana aid sözlərlə ifadə olunur, insana müraciətlə işlədilir. Adamları çağırmaq, oyatmaq kimi ifadə olunur. Məsələn: Ey insanlar, sülhə gəlin. Xanımlar və cənablar.
Başqa canlılara, hətta cansızlara da müraciət işlənilir. Belə xitablar, bir qayda olaraq, bədii dildə, xüsusən şerdə işlənir. Məsələn:
Keçən dövran, belə qalmaz,
Şad ol, könül, nə məlulsan?!Ara sözlər
Ara sözlər söz, söz birləşməsi və ya cümlə şəklində olur.