Vasitəsiz və vasitəli nitq

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: a) vasitəsiz; b) vasitəli.
Vasitəsiz. Başqasının nitqi dəqiq şəkildə dəyişiklik edilmədən verilir. Məsələn: M. Qorki demişdir: məndə olan yaxşı cəhətlər üçün kitaba minnətdaram.
Vasitəli. Başqasının nitqinin məzmununu çatdırır. Məsələn: M. Qorki demişdir ki, onda olan yaxşı cəhətlər üçün o, kitaba minnətdardır.

Vasitəsiz nitq

Başqasının eynilə işlətdiyimiz sözlərə vasitəsiz nitq deyilir.
Bəzən ünsiyyət prosesində başqasının nitqini, onun bütün leksik və qrammatik formalarını olunduğu kimi saxlamaqla işlətmək lazımdır. Yalnız başqasının deyil, özümüzün də əvvəllər söyləmiş olduğumuz fikri eynilə işlətmə mümkündür. Bu cür cümlələr iki hissədən – müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarətdir. Məsələn:

Müəllifin sözü

Vasitəsiz nitq

Loğman dedi:

Həyatın hər anı şirin olur

Müəllifin sözü

Vasitəsiz nitq

O vaxt mən demişdim

Biz yenə gələcəyik

Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu və s. kimi sözlərlə – nitq felləri ilə bir, daha çox müəyyən şəxsi cümlə şəklində formalaşır. Vasitəsiz nitq isə bir, iki və daha çox cümlədən ibarət olub, müəllif nitqinə intonasiyanın köməyi ilə qoşulur.
Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və ya tiredən istifadə edilir.
Vasitəsiz nitq beş vəziyyətdən işlənə bilir:
1) Müəllimin sözlərindən sonra; məsələn: M. Qorki demişdir: “Gələcək uşaqlara məxsusdur”.
2) Müəllifin sözlərindən əvvəl; məsələn: “Sadə cümlənin təhlil qaydası necədi? – deyə müəllim sual verdi”.
3) Müəllifin sözlərinin arasında; məsələn: O, dəstəyi yerə qoyub: “əmim sizi gözləyir” – dedi.
4) Müəllif sözlərindən əvvəl və sonra; məsələn: “Vağzala sür – dedi – pulunu verəcəyəm”.
5) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl olaraq növləşə də  bilər; məsələn: Paltarını geyinib: “Mən gec gələcəyəm” – dedi – “gəlsəm də sabah gələcəyəm”, deyə, Yusif əlini yellədi.

Vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Başqasının nitqini eynilə deyil, öz sözümüzlə – dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu cür cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmununundan ibarət olur. Məsələn: Südabə sevinclə dedi: “bu mənim üçün çox qiymətlidir” – cümləsində Südabənin sözləri eynilə - vasitəsiz nitq şəklində verilmişdir. Südabə sevinclə dedi ki, bu onun üçün çox qiymətlidir – cümləsində isə Südabənin nitqi eynilə verilməmişdir, yalnız məzmunu saxlanılmışdır.
Vasitəli nitq budaq cümlə şəklində formalaşır və nitqindən sonra işlənir.
Vasitəsiz nitqin vasitəli nitqə çevrilərkən ki bağlayıcısı istifadə olunur, dırnaqlar və tire qoyulmur. Məsələn:

Vasitəsiz

Vasitəli

Müəllim dedi: “Sabah sifətin dərəcələrini soruşacağam.

Müəllim dedi ki, o, sabah sifətin dərəcələrini soruşacaq.

Sitatlar

Öz fikrini əsaslandırmaq və aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarşlara sitat deyilir.
Sitat iki və daha çox sözlərdən, sadə və mürəkkəb cümlələrdən yarana bilir. Sərbəst şəkildə olur. Sitatlar müəllifin nitqinin tərkibinə də daxil ola bilir. Məsələn: H. Əliyev demişdir: “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Top