Bildiyimiz kimi, cümlənin müxtəlif üzvləri arasında (xəbərlə mübtəda, zərfliklə xəbər, təyinlə təyinlənən arasında) tabelilik əlaqələri (uzlaşma, idarə və ya yanaşma) olur. Lakin cümlədə elə üzvlər də işlənir ki, onlardan biri digərinə tabe olmur. Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir. Məsələn: Yayda alma, armud, gilas və s. meyvələr yetişir.
Həmcins üzvləri əlaqələndirən tabesizlik bağlayıcıları mənaca beş qrupa bölünür: Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır. Məsələn: Hər tərəfdə: suda, quruda, uzaqda, yaxında zenit topları səs-səsə verirdi. Sonuncusu saxlanılmaqla, həmcins üzvlərdə təkrar olunan bəzi sözdəyişdirici şəkilçilər və hissəciklər ixtisar oluna bilir. Əsasən hal və cəm şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, idi, imiş hissəcikləri, ilə qoşması ixtisar olunur. Həmcins mübtədalar həm müxtəlif şəxs əvəzlikləri həmdə isimlərlə ifadə oluna bilir. Xəbərin onlarla uzlaşması belə olur: 2. Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olmazsa, həmcins mübtədalar II və III şəxslərdə olarsa, xəbər II şəxsin cəmində olur. Məsələn: 3. Həmcins mübtədalar III şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdən xəbər də III şəxsdə olur. Belə mübtədaların insanı, başqa canlıları və cansız varlıqları bildirməsindən asılı olaraq, xəbər cəmdə də ola bilir, təkdə də. Məsələn: Sonra Nərgiz və Aybəniz tarlaya getdilər.
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir.
Tərifdən göründüyü kimi, həmcins üzvlər eyni bir üzvə aid olur, eyni suala cavab verir. Məsələn: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik.
Həmcins üzvlər ya təkcə sadalama intonasiyası ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.Həmcins üzvlər arasında bağlayıcılar
1. Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə); Məsələn: Bir azdan Əhməd ilə Məhəmməd gələcək.
2. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud da, gah, gah da; məsələn: Havalar gah isti, gah da sərin keçirdi.
3. İştirak bağlayıcılar: həm, həm də, həm də ki, hətta, da, də; məsələn: Silah da, məşəl də, güc də bilikdir.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki; məsələn: Cabbar nə narahat, nə də acıqlı idi.
5. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin; məsələn: Səlim gəldi amma kitabları gətirmədi.Həmcins üzvlərdə ümumiləşdirici sözlər
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə (:) qoyulur. Məsələn: Burada hər cür adam: fəhlə, kəndli, tacir, ruhani tapmaq olardı.
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur. Məsələn: Qadın, kişi, qoca, cavan – hamı tarlada idi.Həmcins üzvlərdə şəkilçilərin və hissəciklərin ixtisarı
1. Sonuncusu saxlanmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar oluna bilir.
2. Sonuncusu saxlanmaqla, həmcins tamamlıqların hal şəkilçisi ixtisar oluna bilər.
3. Sonuncusu saxlanmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar oluna bilir.
4. Həmcins xəbərlər tək olarsa, idi, imiş hissəcikləri, cəm olarsa, hissəcik və cəm şəkilçisi ixtisar edilir.
5. Sonuncusu saxlanmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar edilir.Xəbərin həmcins mübtədalarla uzlaşması
1. Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri I şəxsdə olduqda xəbər I şəxsin cəmində olur. Məsələn: