İsimlər kəmiyyət baxımından tək və cəm olur. İsmin ifadə etdiyi əşya iki və ya daha artıq olsa, o zaman –lar2 şəkilçisi qəbul edir. İsimlərin tək və ya cəm olması: şəhər-şəhərlər, odun-odunlar, maşın-maşınlar və s.
Xüsusi isimlər cəm şəkilçisi qəbul etdiyi zaman böyük hərflə yazılır. Yadda saxla!
İsmi başqa nitq hissələrindən fərqləndirən əlamətlərdən biri mənsubiyyət kateqoriyasıdır. Mənsubiyyətə görə dəyişmə şəxslərlə şəxslər, şəxslərlə əşyalar, əşyalarla əşyalar arasında ola bilər. I və II şəxslərə aid mənsubuyyət şəkilçisi yalnız insana mənsubluğunu bildirir. Məs:mənim evim, sənin dərdin və s.III şəxsə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isim isə həm insana, həm də cansıza aid ola bilər. Məs:evin pəncərəsi, atın ayağı və s. Qeyd:
Cəmlənmək daha çox ümumi isimlərə aiddir.İsimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir.
Bəzən xüsusi isimlər də cəm şəkilçisi qəbul edir:
Öldü Balaşları öldürən əsgər,
Öldü Gülüşləri güldürən əsgər. (M.Müşfiq)
Qeyd: Cəm şəkilçisi qəbul etmiş isimlər son şəkilçinin tələbi ilə fərqli tələffüz olunur. Bu daha çox sonu n, m, z, və r samitləri ilə bitən sözlərdə özünü göstərir: canlar [cannar], qızlar [qızdar], şairlər [şairrər]
Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq, topluluq bildirir. Məs: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, şüəra, əhali, alay və s.
Topluluq bildirən isimlər qrammatik cəhətdən tək isimlərdir.
Toplu isimlər cəm şəkilçisi qəbul edə bilir. İstisna olaraq camaat, şüəra, əhali sözləri cəm şəkilçisi qəbul etmir.Ismin mənsubiyyətə görə dəyişməsi
Əksər hallarda mənsubiyyət şəkilçisi qəbul etmiş ismin əvvəlində yiyəlik hal şəkilçisini qəbul etmiş şəxs əvəzliyi, isim və ya isimləşmiş digər nitq hissələri gəlir: Onun maşını qəşəngdir. Bəzi hallarda yiyəlik hallı şəxs əvəzliyi cümlədə ixtisar olunur: Maşını qəşəngdir.
Qeyd: Mənsubiyyət şəkilçili söz yiyəlik hallı sözdən sonra gəldiyi zaman hər ikisi cümlənin bir üzvü olur.
Mənsubiyyət şəkilçilərini göstərən cədvəl
Şəxslər
Şəkilçilər
Nümunələr
I şəxs cəm
-ımız,-imiz, -umuz,-ümüz, -mız,-miz,-muz,-müz.
qardaşımız, dərsimiz, anamız
I şəxs tək
-ım, -im, -um, -üm, -m
qardaşım, dərsim, anam
II şəxs tək
-in,-in,-un,-ün,-n
qardaşın, dərsin, anan
II şəxs cəm
-ınız,-iniz,-unuz,-ünüz,-nız,-niz,-nuz,-nüz.
qardaşın, dərsin, anan
III şəxs tək və cəm
-ı,-i,-u,-ü; -sı,-si, su,-sü
qardaşı, dərsi, anası
1.III şəxsin təkinin və cəminin şəkilçiləri eynidir.
2. Heç də isimlərin hamısı bütün şəxsə görə dəyişə bilmir: kitabdır, qələmdir.