Düzəltmə isimlər

Düzəltmə isimlər

İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.
1. Isimdən isim düzəldən şəkilçilər
-çı4: bostançı, dəmirçi, traktorçu, üzümçü və s. Göründüyü kimi, sənət anlayışı bildirən isimlər yaradır.
-lıq4: Bu şəkilçilər mücərrəd və konkret mənalı isimlər yaradır:düzənlik, odunluq, meşəlik, daşlıq; yaxşılıq, pislik, dostluq vəşs
-lı4:Ad sonluiqlarına artırılır: Nəcəfli, Muradlı, Qədimli və s.

2. Kiçiltmə-əzizləmə mənalı isimlər yaradır:
-ça2: meydança, kitabça, döşəkçə və s.
-cıq4: uşaqcıq, oduncuq, evcik və s.
-cığaz4: qızcığaz, gəlinciyəz, quşcuğaz və s.
-gil: həm insan adlarına, həm də mənsubiyyət şəkilçili qohumluq terminlərinə artırılır: Əligil, xalamgil, dayımgil və s.
-i,-vi: Toponomik adlara qoşularaq nisbə bildirir: N.Tusi, Ə.Naxçıvani, Ə.Təbrizi
-ov,-ova,-yev,-yeva: Əliyev, Məmmədov, Səfərov və s.
-zadə: Vəlizadə, Hacızadə, Qafarzadə və s.
-daş: vətəndaş, silahdaş, əməkdaş və s.
-stan (-ıstan4): Türkmənistan, Ərəbistan, gulüstan, Gürcüstan və s.
-xana: məsləhətxana, kababxana və s.
-at2: məlumat, təbliğat, mühacirət, tədqiqat və s.
-dar: əməkdar, havadar, mülkədar,
-dan: güldan, çaydan, qənddan və s
-şünas: Sənət anlayışı bildirir:Füzulişünas, ədəbiyyatşünas və s.
-gər:misgər, kimyagər və s. (hiyləgər sifətdir), (çilingər və dülgər sadədir)
-izm: materializm, realizm və s.
-ist: maşınist, realist, idealist və s.
-baz: kələkbaz, kəndirbaz, hoqqabaz və s.
-saz: saatsaz, rəngsaz və s.
-kar: Həm isim, həm də sifət düzəldir:sənətkar, zülmkar (isim), füsunkar, itaətkar, sehrkar (sifət).

3. Qeyri-məhsuldar şəkilçilər:
-an (dövran),
-er (milyoner),
-yor(boksyor), cək(əlcək), -
-zar(gülzar),-vat(xırdavat),-ey(güney),
-ban (bağban),
-ayə(kinayə) və s.
ön şəkilçilər:
-mə (məxaric, mədaxil),
-re (reform, reaktiv) və s.

4. Feldən isim düzəldən şəkilçilər:
-ış4: anlayış, baxış, çağırış, duruş, göstəriş və s.
-aq2,(-q,-k): yataq, daraq, sarıq, istək, döşək və s.
-ma2: qovurma, qoşma, çəkmə, süzmə və s.
-qı4(ğı4): asqı, pusqu, sürtkü, qurğu, sarğı, bölgü və s.
-tı4 : qışqırtı, çığırtı, döyüntü, böyürtü və s.
-ıntı4: qazıntı, tikinti, tapıntı, ovuntu və s.
-ıcı4: (-yıcı4) alıcı, seçici, bolücü, bağlayıcı, soyuducu və s.
4 : yazı, pozu, çəki, qorxu, örtü, sürü və s.
-ıq4 : asqırıq, barışıq, bilik, danışıq, örtük və s.
-ım4: (-əm,-m) aşırım, deyim, olum, durum, kəsim və s.
-qın4,-ğın4: basqın, qaçqın, uçqun, köçkün, qırğın, yanğın, vurğun və s.
-ın4 ,-n : əkin, səpin, biçin, axın, talan, və s.
-ar2 : açar, çapar, dəyər, kəsər və s.
-acaq2: dolanacaq, qanacaq, yanacaq, gələcək,yatacaq, sığınacaq və s.
-ır –ir : kəsir, yatır (var-dövlət), gəlir və s.
-id, -üd, : keçid, öyüd və s.
-caq2: bürüncək, yelləncək, yığıncaq, oyuncaq, sevincək və s.
-ınc, -inc, -c: sevinc, qaxınc, güvənc, tıxac,inanc və s.
- ğa, gə : süpürgə, döngə, qovurğa, bölgə və s.
-anaq2: boğanaq, sızanaq, süzənək, dəyənək, döyənək, biçənək və s.
-mac2: tutmac, bulamac, yanıltmac, yaxmac və s.
-maca2: atmaca, tapmaca, əsməcə, bilməcə və s.

Həmçinin bax:

Top