Orfoepiya və orfoqrafiya qaydaları

Orfoepiya və orfoqrafiya qaydaları

  • İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
  • Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
  • O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
  • İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
  • Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.
  • Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
  • Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
  • iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
  • bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.
  • –vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari, yüngülvari, üzükvari, qalxanvari, igidvari.
  • Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən mürəkkəb isimlər defislə yazılır.
  • idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı, həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş, gəlmişmiş, gələr ikən, gələrkən.
  • –can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. –mı4 və sana2 ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni atırsan?
  • Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon Təhsil Şöbəsi
  • İxtisarlar (abreviatura) üç cür yazılır:
  • Tam ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT, metr-m, cild-c
  • Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
  • Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)
  • Yeni orfoqrafiyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal, hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü, hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
  • Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə
  • Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır: Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
  • Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey, konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
  • Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan {yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar {ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama}, ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət {dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək {gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
  • Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
  • ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya], dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
  • felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r, otlayır-[otduyu]r, bulayır-[buluyur]
  • felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar], söyləyər-[söylüyər], başlayar-[başdıyar]
  • felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq], atlayacaq-[atlıyacaq]
  • felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə], işləyəsidir-[işdiyəsidir].
  • indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan], söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
  • bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya], saxlayın-[saxlıyın]
  • Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn], bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna: bomba’, Bombe’y, bota’nika.
  • Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur: keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə].
  • Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət].

Həmçinin bax: Azərbaycan dilinin orfoqrafik qaydaları

Top