Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır. felı sifət şəkilçiləri aşağıdakılardır:
1. –an2 İkivariantlı bu şəkilçi vasitəsi ilə indiki zaman mənalı feli sifətlər düzəlir:
qaç-an (at), açıl-an (səhər), gəl-ən (uşaqlar), gör-ül-ən (işlər). Fel kökü saitlə bitdikdə bitişdirici
y samiti əlavə olunur:
oxu-yan (şagird), mələ-yən (qıızıı) və s.
2. –mış2 Dördvariantlı bu şəkilçi ilə keçmiş zaman mənalı feli sifətlər düzəlir:
yat-mış (körpə), dəril-miş (meyvə), yuyul-muş (paltar), bükül-müş (qəzet) və s.
3. Mənsubiyyət şəkilçisi ilə işlənən -dıq4 şəkilçisi vasitəsilə də keçmiş zaman mənalı feli sifətlər düzəlir:
yaz-dığ-ım (mək-tub), çək-diy-in (şəkil), oxu-duğ-umuz (kitab), gör-düy-ü (iş) və s.
4. -acaq3: gələcək zaman mənalı feli sifətlər düzəldir:
yazıl-acaq (əsər). görül-əcək (iş), gəl-əcək (gün) və s.
5. –ası2 şəkilçisi vasitəsilə də gələcək zaman mənalı feli sifətlər düzəlir:
yazıl-ası (inşa), görül-əsi (iş), deyil-əsi (söz) və s.
6. –malı2 şəkilçisi ilə də gələcək zaman mənalı feli sifətlər düzəlir:
oxu-malı (kitab), gəz-məli (yer), çəkil-məli (mənzərə) və s.
Bu şəkilçilərdən –mış2 –acaq2 –ası2 və -malı2 omonim şəkilçilərdir. məlum olduğu kimi, -mış2 həm də nəqli keçmiş zaman şəkilçisi; -acaq2 qəti gələcək zaman şəkilçisi; -ası2 felin lazmı şəklinin; malı2 isə vacib şəklinin şəkilçisidir.
Qeyd: Feli sifət şəkilçiləri qrammatik şəkilçi sayılır.
Feli sifətin felə aid xüsusiyyətləri aşağıdakılardır:
1. Zaman mənası bildirir:
açılmış (gül) — keçmiş zaman, uçan (quş) — indiki zaman, yazılacaq (əsər) — gələcək zaman.
2. Təsdiq və inkarda işlənir:
oxuyan (şagird) — oxumayan (şagird).
3. Təsirli və təsirsiz ola bilir.
yazan (uşaq) — təsirli, qaçan (uşaq) — təsirsiz.
4. Felin qrammatik məna növlərini bildirir:
yazan (uşaq)-məlum növ, yazılan (kitab) — məchul növ və s.
5. Ətrafına söz toplaya bilir:
dərslərindən əla qiymətlər alan (sagird), səliqə ilə sıraya düzülmüş (uşaqlar) və s.
Feli sifətin sifətə aid xüsusiyyətləri isə bunlardır:
1. Həm sifət, həm də feli sifət əşyanın əlamətini bildirir. Məsələn:
ağlağan (uşaq) — sifət; ağlayan (uşaq) — feli sifət
2. Həm sifət, həm də feli sifət isimlə bağlı olur və aid olduğu ismin əvvəlində işlənir.
3. Həm sifət, həm də feli sifət cümlədə, əsasən, təyin olur.
4. Həm sifət, həm də feli sifət cümlədə xəbərlik şəkilçisini qəbul edərək, ismi xəbər ola bilir. Məsələn:
yaxşıdır, ağlağandır-sifət; çalışandır, ağlayandır — feli sifət
5. Həm sifət, həm də feli sifət isimləşə bilir. Məsələn:
Gənclərimizlə fəxr edirik (sifət). Ötənləri yada salmağa dəyməz (feli sifət).
Qeyd 1: Sonu saitlə bitən fel köklərindən düzələn –an2 şəkilçili indiki zaman fell sifətləri formaca feldən düzələn –ağan2 və -qan2 şəkilçili düzəltmə sifətlərə oxşayır:
ağla-yan (uşaq) —
feli sifət, ağlağan (uşaq) — sifət; büdrə-yan (at) — feli sifət, gül-əyən (körpə) — sifət və s. Bunları qarışdırmamaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır.
1. Feli sifət, yuxarıda qeyd olunduğu kimi, felin əsas xüsusiyyətlərini daşıyır. Məsələn: mələyən (quzu) — indiki zaman mənasını bildirir.
2. Feli sifət təsdiqdə işləndiyi kimi, inkarda da işlənə bilir. Məsələn:
mələyən (quzu) — mələ-mə-yən (quzu). Feldən düzələn sifətdə isə bu əlamət olmur: küsəyən (uşaq) sifətinin küs-mə-əyən şəkli yoxdur.
3. Feli sifət təsirli və təsirsiz olur. Məsələn:
mələyən (quzu) feli sifəti təsirsiz,
yazan (uşaq) feli sifəti isə təsirlidir. Feldən düzəldən sifətlərdə isə bu əlamət yoxdur.
Qeyd 2: Yuxarıda qeyd olunduğu kimi -mış4, -acaq4, malı və -ası2 şəkilçiləri omonim şəkilçilərdir, yəni həm nəqli keçmiş və qəti gələcək zamanların, həm də feli sifətin şəkilçilərdir. Nəzərə almaq lazımdır ki, fel nəqli keçmiş və qəti gələcək zamanlarda, elacə də vacib və lazım şəkillərində III şəxsin təkində -dır4 şəkilçisini qəbul edir:
yazmışdır, yazacaqdır, yazmalıdır, yaza-sıdır. Bu şəkilçilərin köməyi ilə duzəlmiş feli sifətlər isə -dır4 şəkilçisini qəbul etmir. Deməli, -mış4, -acaq2, -malı4, -ası şəkilçili sözlər şəxs (xəbərlik) şəkilçisini qəbul etdikdə fel olur. Bu şəkilçini qəbul edə bilmədikdə isə həmin sözlər feli sifət olur.
Feli sifət də məsdər kimi ətrafına söz toplayır və özünə tabe etdiyi sözlərlə birlikdə tərkib əmələ gətirir. Feli sifət tərkibi adlanan belə sözlər bütövlükdə cümlədə bir sintaktik suala cavab verir və cümlənin bir üzvü olur.
Məsələn:
Gündəlik dərslərini yaxşı oxuyan şagirdlər imtahanda çətinlik çəkmirlər. Vətən torpağını qoyuran əsgərlər bizim övladlarımızdır. Hər iki cümlədəki feli sifət tərkibi cümlənin mürəkkəb təyinidir.
Feli sifətin isim kimi işlənməsi (isimləşməsi)
Feli sifət də sifət və say kimi bəzən ismin yerində işlənir, yəni isimləşir. İsimləşmiş feli sifət ismin xüsusiyyətlərini daşryır:
hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və bəzi qoşmalarla işlənə bilir. Məsələn:
Qaçanı qovmazlar. Ytxılana balta vııran çox olar. Yatmışları razı deyiləm kimsə oyatsın. Gələcəyimiz parlaqdır. Yazdıqlarını unutmuşam və s. Bu cümlələrdəki
qaçanı, yıxalana balta vuran, yatmışları, gələcəyimiz, yazdıqlarını feli sifətləri isimsiz işlənmiş, yəni onu əvəz etmişdir. Buna görə də həmin feli sifətlər
(«balta vuran» feli sifətindən başqa) cəm və mənsubiyyət şəkilçiləri qəbul etmişdir. İsimləşmiş feli sifət necə? nə cür? suallarına deyil, ismin suallarına cavab olur və cümlədə təyin yox, mübtəda və tamamlıq (bəzən də xəbər) olur. Qeyd olunduğu kimi, feli sifət isimləşdikdə qoşmalarla da işlənə bilir. Məsələn:
Oxuyan üçün, qaçanlara görə, yatmışlardan başqa və s.
Feli sifət isimləşdikdə də tərkib əmələ gətirir. Bu halda da o, ismin xüsusiyyətlərini daşıyır və deməli, cümlədə tərkib kimi təyin deyil, mübtəda, tamamlıq və xəbər olur. Məsələn:
Vətən torpağını qoruyanlara (kimə?) eşq olsun. Səhər tezdən oyananlar (kim?) gümrah olur. Bunlar birinci dərsə gecikənlərdir. Birinci cümlədəki isimləşmiş feli sifət tərkibi tamamlıq, ikinci cümlədəki mübtəda, üçüncü cümlədəki isə xəbərdir.