Samit səslər

Samit səslər

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar samitlər
2. Cingiltili samitlər
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili  samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir: 

Cingiltili samitlər:

b

q

v

ğ

d

j

z

y

g

c

l

m

n

r

 

Kar samitlər:

p

k’

f

x

t

ş

s

x’

k

ç

-

-

-

-

h


[l],[m],[n],[r]  cingiltili samitlərinin kar qarşılığı,[h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
[n]və[m] səslərinin əmələ gəlməsində hava əsasən burun boşluğundan çıxır. buna görə həmin samitlərə burun samitləri deyilir
Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] samitinin kar qarşılığını) və ipək, çiçək, məktəb sözlərindəki [x'] samitini (cingiltili [y] samitinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini (cingiltili [g] samitinin kar qarşılığını) ifadə edən "k" hərfi ilə göstərilir. Buna görə də dilimizdəki səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.

Qoşasamitli sözlərin yazılışı və  tələffüzü

1. Eynicinslı qoşa kk, pptt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsələn: səkkiz - [səkgiz, mürəkkəb - [mürəkgəb], tappıltı -[tapbıltı], hoppanmaq - [hopbammax], əlbəttə - [əlbətdə], Səttar -[Sətdar] və s.
2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət - [dikqət], doqquz - [dokquz], toqqa - [tok'qa] və s.
3. Eynicinsli qoşa cc, dd, zz, ll, ss, ff, vv samitlərinin deyilişində heç bir fərq olmur. Məsələn: təəccüb - [tə:ccüb], yeddi - [yeddi], ləzzət - [ləzzət], əlli - [əlli], rəssam – [rəssam], tənəffüs - [tənəffüs], əvvəl - [əvvəl] və s.
4. Eynicinsli qoşa yy ilə yazılan sözlərin çoxu bir y ilə deyilir. Məsələn: vəziyyət - [vəziyət], ədəbiyyat - [ədəbiyat], şəxsiyyət - [şəxsiyət] və s. Hədiyyə, təyyarə, səyyar, səyyah və s. kimi sözlərdə isə qoşa yy samitlərinin hər ikisi tələffüz olunur.
Söz ortasında bəzi samitlərin fərqli tələffüzü:
1. Söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: tüstü - [tüsdü], dəftər [dəfdər], təşkil - [təşgil], kəşfiyyat - [kəşviyat], şaftalı – [şafdalı] və s.
2. Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur. Məsələn: zənbil - [zəmbil], sünbül -[sümbül], tənbəl - [təmbəl], dinməz – [dimməz], qonmaq -[qommax] və s.
3. Söz ortasında kar samitdən əvvəl gələn q samiti [k] kimi tələffüz olunur. Məsələn: nöqsan - [nöksan], təqsir -təksir, iqtisadiyyat - [iqtisadiyyat], nöqtə - [nöktə] və s.
Bu samit cingitili samitdən əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. Məsələn: istiqlal - [istiqlal], miqyas - [miqyas], maqnit - [maqnit] və s.
4. Söz ortasında samitdən əvvəl gələn k samiti əsasən [x] kimi tələffüz olunur. Məsələn: təklif – [təylif], ürəkdən -[ürəydən] s. belə sözlərdəki k hərfinin [y] kimi tələffüzü də düzgün sayılır.
5. Sözün ilk c samitindən sonra d, z, l, s samitləri gəldikdə c samiti [j] kimi tələffüz olunur. Məsələn: vicdan - [vijdan], səcdə - [səjdə], gücsüz - [güjsüz] və s.
6. Söz ortasında ç samitindən sonra d, t, s samitləri gəldikdə ç samiti [ş] kimi tələffüz olunur. Məsələn: keçdi - [keşdi], qaçsan –[ qaşsan] və s.

Sonu eynicinsli qoşa samitlə bitən söz köklərinin
yazılışı
Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər var ki, qoşa samitlə bitir. Məsələn: sirr, xətt, hədd, fənn, sədd, həqq və s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəki samitlərdən biri yazılır. Məsələn: sirdaş, xətdə, fənlər və s. (Bu qayda yalnız hiss sözünə aid deyil, çünki dilimizdə bu sözlə yanaşı, his (çırağın hisi) sözü də vardır). Rəsmxət,hüsnxət kimi mürəkkəb sözlərdə söz kökündəki samit səsin biri yazılır.

Sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü

Dilimizdə sonu b, d, gc ilə bitən çoxhecalı və bəzi təkhecalı sözlərdə bu hərflər bir sıralarda cingiltili [b], [d], [g] [c] kimi, başqalarda isə onların kar qarşılıqları - [p], [t], [k] [ç] kimi tələffüz olunur.
Məsələn, kitaba, palıda, tüfəngə, qılıncı sözlərində b, d, g, c hərfləri cingiltili [b], [d], [g], [c] səsləri kimi; kitablar, palıdda, tüfəngdən, qılıncdan sözlərində isə kar [p],[t],[k] ,[ç] kimi tələffüz olunur. Nümunələrdən göründüyü kimi, sözün sonundakı samitin kar, yoxsa cingiltili olduğunu (yəni [b], yoxsa [p]; [d] yoxsa [t]; [g] yoxsa [k]; [c] yoxsa [ç] olduğunu) müəyyən etmək üçün həmin sözlərə saitlə başlanan şəkilçiartırmaq lazımdır. Belə sözlərə saitlə başlanan şəkilçiqoşulduqda söz kökündəki son samit cingiltili, samitləbaşlanan şəkilçi qoşulduqda isə kar tələffüz olunur. Məsələn: corab - corabı [b]- corabda [p],  bulud - buluda [d] - buludlar [t], pələng - pələngi [g] – pələngdə [g], gənc - gəncə [c] - gənclik [ç] və s. Bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, bu cür sözlərdən sonra gələn ikinci tərəf saitlə başlanırsa, onda söz kökündəki samit cingiltili, samitlə başlanırsa, kartələffüz olunur. Məsələn: kitab evi - kitab  mağazası, kənd [d] adamı - kənd [t] camaatı, gülünc [c] iş - gülünc [ç] hərəkət, nəhəng [g] adam - nəhəng [k] pəhləvan və s. Bu samitlərlə bitən sözlər ayrılıqda və heç bır şəkilçisiz işləndikdə son samit kartələffüz olunur. Məsələn: palıd [t], doşab [p], ağac [ç], qəşəng [k] və s.
Qeyd: Sonu c samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda işləndikdə [ç] kimi tələffüz olunur: gənc [c], ülgüc [c] və s. Bu sözlərdən sonra g, l, n, t, s, z samitləri ilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. Məsələn: ağacdan - [ağaşdan], çəkicsiz - [çəkişsiz], ülgüc [ş] yarası  çəkic [ş] səsi və s.

Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü

Dilimizdəki çoxhecalı sözlərin sonundakı q hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Məsələn: otaq - [otax], yanacaq - [yanacax], oynamaq - [oynamax] və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q - ğ əvəzlənməsibaş verir. Məsələn: bulaq - bulağın - bulağa və s.
Dilimizdəki ərəb mənşəli üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s. sözlər isə bu qaydaya tabe olmur. Həmin sözlərin sonundakı samit [k']kimi tələffüz olunur: üfüq – [üfük], şəfəq - [şəfək] və s. Belə sözlərə saitlə başlanan səkilçi qoşulduqda söz kökündəki samit [q] kimi tələffüz olunur. Məsələn: şəfəqi - [şəfəqi].
Son səşi [y] cingiltili samitinin kar qarşılılığı [x'] kimi tələffüz olunan çoxhecalı sözlər ke hərfi ilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k-y əvəzlənməsi baş verir. Məsələn: köynək - köynəyi, köynəyə və s.
Deyilişi yazılışından fərqlənən sözlərelə sözlər sayılır ki, onlarda hərf tərkibi ilə səs tərkibi arasında fərq olsun. Bu hal iki şəkildə özünü göstərə bilər:
1. Sözdə hərf və səslərin sayında fərq olur. Məsələn: maaş –[ma:ş] - 4 hərf, 3 səs; bünövrə [bünö:rə]- 7 hərf 6 səs; fəaliyyat[ faliyət] - 9 hərf, 7 səs və. (Bu hala səsdüşümü deyilir).Və ya əksinə: ailə[ ayilə] - 4 hərf 5 səs; məişət [məyişət] - 6 hərf 7səs və s.(Bu hala da səsartımı deyilir).
2. Sözdə bir (və ya bir neçə) hərf adi qaydada ifadə etdiyi səsdən fərqli olan səsi bildirir. Məsələn: "de" hərfi adətən d səsini ifadə edir: dədə – [dədə]. Lakin bu səs söz sonunda t kimi də tələffüz olunur: qanad - [qanat], armud - [armut] və s. (belə hərflərə orfoqram deyilir).
Yazılışı ilə deyilişi fərqlənən bu tipli sözlərə aid daha bir neçə nümunə: ağac - ağaç, ürək - [ürəx], avtomat - [aftamat], əgər – [əyər], ixtira - [ixdira], nəhəng - [nəhənk], taxta –[taxda], şənbə - [şəmbə], doşab – [doşap], döyüşkən - [döyüşgən], itki –[itgi] və s.
Dilimizdə elə sözlər də var ki, onların tərkibində uzun tələffüz olunan səslər var. lakin bu həmin sözlərdə hərf - səs fərqinə gətirib çıxarmır.Məsələn: alim - [a:lim], həkim - [hə:kim], Sabir - [Sa:bir], həqiqət - [həqi:qət], məna - [mə:na], şölə - [şö:lə], etibar - [e:tibar], surət - [su:rət], sufı - [sufı] və s. Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.
Top