Heç kimə sirr deyil ki, ağıl çox dəyərli keyfiyyətdir. Yeni bir araşdırma göstərib ki, əgər kişi uzun və sağlam həyat sürmək istəyirsə, ağıllı qadınla evlənməlidir.
Ağıllı qadınla nikah bağlamaq həm də demansın qarşısını almağa kömək edəcək, çünki ağıllı qadınla yaşamaq kişinin daim inkişaf etməsinə kömək edəcək.
Şotlandiyanın Aberden Universitetinin apardığı araşdırmada degenerativ xəstəlikdən qorunmağın vacib bir faktor olduğu tapılıb.
Alimlər ağıllı qadınlarla evlənən kişilərin daha uzun və xoşbəxt yaşadıqlarını, Alzheymer xəstəliyi və demansdan əziyyət çəkmə ehtimalının az olduğunu müəyyən edib. Məsələn, intellektual cəhətdən çətin oyunlar beyini stimullaşdıraraq bu xəstəliklərin qarşısını almağa kömək edə bilər. Odur ki, daim intellektini inkişaf etdirən qadınların ərinin zehni qabiliyyətlərinə də təsir göstərə biləcəyini düşünmək məntiqlidir.
Maraqlıdır ki, ağıllı xanımlarla evlənən bəzi kişilərin beynində “zəiflik” rast gəlinsə də, xəstəliyin heç bir əlamətindən əziyyət çəkməyiblər. Onlar tam əmin olub ki, son dərəcə intellektual və işləkdirlər.
Aberdin Universitetinin ruhi sağlamlıq üzrə görkəmli professoru Lourens Uolli deyib ki, kişi uzun ömür sürmək istəyirsə, etməli olduğu işlərdən biri də ağıllı qadınla evlənməkdir. Demansa qarşı zəkadan daha yaxşı müdafiə (demansa qarşı) yoxdur.
Zəkası ilə fəxr edən qızlar daha məsuliyyətli və müstəqil olurlar. Bu düşüncə tərzinə sahib olan kişilər qadınlarla daha yaxşı münasibət qurur, həyat yoldaşı və qızları üçün daha əlverişli bir atmosfer yaradırlar.
Ancaq zəka xoşbəxt ailə həyatının yeganə meyarı deyil. Cütlüklərin uyğunluğu da əhəmiyyətli bir rol oynayır. Sadəcə gözəlliyinə aldanmayın, insanın xarakterini, güclü və zəif tərəflərini kəşf etməyə çalışın. Əlbəttə ki, qadın ağlının gözəllikdən üstün olması fikrini insanlara çatdırmaq asan deyil. Hər halda bu araşdırma göstərir ki, zəkaya əhəmiyyət verən kişi ağıllı həyat yoldaşı seçməklə həm özünü qocalıqda baş verəcək demans xəstəliyindən sığortalayır, həm də bütövlükdə cəmiyyəti.
Alzheymer xəstəliyi və demansın qarşısı alına bilər:
- etibarlı bank balansı;
- düzgün qidalanma;
- daimi beyin stimullaşdırılması.
Krasvord və oxumaq zehni inkişaf üçün yaxşı bir stimul olsa da, bununla dayanmamalısınız. Fərqli yerlərə səyahət etmək, digər insanlarla görüşmək və ünsiyyət qurmaq, yeni bir şey öyrənmək — bütün bunlar zehnin itiliyini qorumağa kömək edir. Odur ki, problemlərin həllində maraqlı olan ağıllı bir həyat yoldaşı kişi üçün üstünlükdür. Axı, dəstək istənilən vəzifənin öhdəsindən gəlməyə kömək edir.
Mənbə: publika.az