Bu proqramda cəmi altı sadə addım var. Lakin əgər siz adətən qəhvəyə ayırdığınız vaxtdan daha azını, gündə cəmi 10 dəqiqənizi ona həsr etsəniz, bu, sizə əhəmiyyətli dərəcədə xoşbəxtlik gətirə bilər.
Çox güman ki, sizin heç bir psixoloji pozuntunuz yoxdur. Hərçənd gündəlik stress əzib suyunuzu çıxarır və nəticədə sizi həyatdan məmnunluq hissindən məhrum edir.
Ola bilər ki, siz artıq bu barədə eşitmisiniz, lakin biz təkrarlayırıq. Sizə bu bataqlıqdan çıxmaq üçün kömək edəcək çoxlu müxtəlif strategiyalar var. «Müsbət psixologiya» adlanan elmi istiqamət 20 ildir ki mövcuddur və sizin əhvalınızın yaxşılaşması istiqamətində saysız texnika təklif edir. Lakin siz deyəcəksiniz ki, mənim bununla məşğul olmağa vaxtım yoxdur.
Sizə Britaniyanın Mərkəzi Lancassire Universitetinin müəllimi Sandi Mann cavab verir: Bunun bir sadə yolu var.
- Nə qədər yatmaq lazımdır?
- Alimlər: Yuxu gözəlliyin əsası, ünsiyyətin uğurudur
Mann böyük təcrübəsi olan klinika psixoloqudur. Mann-ın təklif etdiyi yol barədə onun «Xoşbəxtlik üçün 10 dəqiqə» adlı kitabında ətraflı yazılıb. Fəaliyyət proqramı altı suala cavab verən gündəlik şəklindədir. Beləliklə, sizin üçün hər ötən günün hadisələri 6 hissədən ibarət olacaqdır. Suallar bunlardır:
- Siz hansı hadisələrdən və şeylərdən (hətta ən sadə olsa belə) məmnun qalmısınız?
- Sizi nəyə görə tərifləyiblər?
- Sizin bu gün nədə bəxtiniz gətirib, hansı hallarda uğur sizinlə olub?
- Bu hətta kiçik nailiyyətlər belə olsa, siz nəyə nail olmusunuz?
- Hansı hallarda və nəyə görə minnətdarlıq hissi keçirmisiniz?
- Siz necə xeyirxahlıq göstərmisiniz?
Bu proqramın böyük hissəsi çoxlu sayda elmi tədqiqatlar əsasında qurulub: siz müntəzəm olaraq ötən günün hadisələrinin belə (altı pilləli) qiymətləndirilməsinə azca vaxt ayırsanız, tədricən sizin həyata münasibətiniz o dərəcədə dəyişəcək ki, özünüzü əvvəlkindən daha çox xoşbəxt hiss edəcəksiniz.
Məsələ ondadır ki, bizim əhvalımız pis olan zaman başımıza gələn yaxşı hadisəni də lazımınca qiymətləndirə bilmirik. Hər gün bu cür sadə gündəliyin tutulması isə sizə baş verən yaxşı hadisəni xatırlamağa, onu vurğulamağa, sizin üçün mühüm hesab etməyə kömək edəcəkdir.
Mann qeyd edir ki, bu üsulun üstünlüyü yalnız gün ərzində baş verən müsbət şeylərin təsvir edilməsi sayəsində sizin əhvalınızın yaxşılaşmasında deyil. Həyatın çətin vaxtlarında həmçinin köhnə qeydlərin təkrar oxunması da çox kömək edə bilər.
Əlaqələndirici yaddaşımız işləmə rejimindən asılı olaraq pis əhval-ruhiyyədə olduğumuz, özümüzü bədbəxt hiss etdiyimiz zaman baş verən hadisələrlə bağlı xatirələri geri gətirir. Bu baş verən zaman gündəliyinizi vərəqləyin, bu sizə ümidsizlik burulğanından çıxmağa köməklik edəcəkdir.
Altı bənddən ibarət üsul son dövrlər aparılan xeyrixahlıq gücü araşdırmalarına əsaslanıb. Alimlər təsdiqləyirlər ki, sizin qərəzsiz davranışlarınız təkcə sizi əhatə edənlərə fayda vermir, həmçinin sizin əhvalınızı yüksəldir, ümimiyyətlə həyatdan məmnun qalırsınız.
Məsələn, siz tanımadığınız birinə kömək etmək üçün bir az pul xərcləmisiniz. Bu sizi o qədər xoşbəxt edir ki, siz bu pulu özünüzə xərcləmiş olsaydınız özünüzü bu qədər xoşbəxt hiss etməzdiniz. Bu nəticə təsdiqlənib və 130 ölkədə keçirilən araşdırmalar zamanı təkrarlanıb.
Əgər siz həyatınızdakı bu cür hallara qarşı diqqətli olsanız, əgər günün sonunda onları ətraflı xatırlasanız, o zaman onların yaratdığı xoş hisslər uzun müddət sizinlə qalacaq. Onlar sizin günlərinizi isidəcək və sizi gələcəkdə bu cür davranışlara ruhlandıracaqdır.
Günə kimlər tezdən başlayır?Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
Əlbəttə ki, günün hadisələrinə cəmi 10 dəqiqəlik baxış möcüzələr yaratmır. Mann qeyd edir ki, depressiyanın başlanğıcında olduğunuzdan şübhələnirsinizsə, mütləq peşəkar yardım almaq üçün həkimə müraciət edin. Lakin ciddi kliniki əlamətlər olmayanlar pis əhval-ruhiyyədən şikayətlənirsə, o zaman bu üsul səhv yoldan dönməyə, normal həyata qayıtmağa kömək edəcəkdir. Əgər Mann-ın yanaşması sizin diqqətinizi cəlb etdisə, onda yəqin ki, onun cansıxıcılıq barədə paradoksal araşdırması da sizə maraqlı gələ bilər.
Təcrübələr silsiləsi nəticəsində o, cansıxıcılığın qısa dövrlərinin ciddi üstünlüklərə malik olduğunu müəyyən edib.
Məsələn, tələbələrdən telefon kitabçasını mənasızca yenidən doldurmaları istənilib. Onların sonradan məntiqi məsələlərin həllində darıxmaqdan əziyyət çəkməyənlərlə müqayisədə daha yaxşı yaradacı yanaşma nümayiş etdirdikləri ortaya çıxıb. Mann ehtimal edir ki, cansıxıcı məşğuliyyətlər beyinə hədəfsiz dolaşmaq və arzulamaq imkanı verir və bu da sonradan düşünmək üçün böyük rahatlıq yaradır.
"Əgər siz hansısa problemi həll edərkən küncə sıxışdığınızı hiss etsəniz, özünüzə bir az vaxt verin. Darıxın və siz beyninizdə məsələnin həllinin yarandığını görəcəksiniz",- deyə Mann BBC Reel-ə bildirib.
Bu gün bunu xatırlamaq xüsusilə vacibdir. Çünki biz hər fürsətdə beynimizi nəyləsə məşğul etmək üçün sosial şəbəkələrə daxil olmağa səy göstəririk.
Bəzi qidalar yuxu gətirirmi?
Əqli gücü artırmağın səkkiz yolu
«Biz darıxmağı özümüzdən kənarlaşdırmağa son qoymalıyıq», — o qeyd edib.
Müəyyən vaxtdan sonra ola bilsin ki, siz hətta cansıxıcı dövrlərə qarşı səbrinizin artdığını görəcəksiniz. Belə ki, əvvəllər sizi dəli edən cansıxıntısına sakitləşmək və düşünmək üçün əla imkan kimi baxmağa başlayacaqsınız.
«Paradoks ondan ibarətdir ki, darıxmağın öhdəsindən gəlməyin ən yaxşı yolu, ona həyatınıza sərbəst daxil olmasına imkan verməkdir»,- deyə Sandi Mann yekunlaşdırıb.
Mənbə: bbc.com