Hər birimiz uşaqlarımızın sadecə xoşbəxt olmağını arzulayırıq. Onların yaxşı qidalanmağını,istədikləri kimi oyun oynaya bilmələrini,həmçinində böyüklərlə rahat ünsiyyət qurmaqlarını istəyirik. Çalışırıq ki,pis zamanlarında hər zaman yanlarında olduğumuzu hiss etdirək. Onlarla vaxt keçirtmək, günü-gündən gözümüzün önündə necə böyüdüklərini görmək üçün hər şeyi edirik.
Digər tərəfdən isə uşaqlarımızın bu günü və gələcəyi üçün bir çox valideyn daha çox işləmək məcburiyyətindədir. Vaxtımızın böyük bir qismini işə ayırmaq, eyni zamanda gün ərzində yaşadığımız yorğunluq enerji itkisinə gətirib çıxarır.
Uşaqlarımıza axşamlar ayırdığımız kiçik vaxt və həmçinin həftə sonları birlikdə keçirtdiyimiz zamanlar onların heçdə bu vəziyyətdən razı qalmasına səbəb olmur. Təəssüf ki, biz gün ərzində keçirtdiyimiz stressi və həyatın çətinliklərini onlara başa sala bilmirik.
Bu yaşadığımız çətinliyin həllini əksəriyyətimiz yalnız bir yolda görür. Çox vaxt biz uşaqlarımızın sevgiyə olan tələbatını onlara geyimlər,müxtəlif oyunlar, oyuncaqlar alaraq ödəməyə çalışırıq. Eyni zamanda onları fərqli musiqi və idman kurslarına qoyuruq. Hətta məktəbdə oxuyan bir uşaq tetil vaxtlarını bele səriştəli keçirdə bilmir. Həftə onlar üçün bazar ertəsi başlayar və bazar axşamına kimi müxtəlif tədbirlərlə bitər. Həftə sonları çıxdığımız alış-verişlər uşağımızın ehtiyacı oladığı şeyləri belə almaqla bitər.
Bu vəziyyətdə əvvəlcə uşaqlarımız özlərini çox xoşbəxt hiss edirlər. Biz valideynlər isə onlara vaxt ayıra bilmədiyimiz üçün keçirdiyimiz narahatçılıqları bir qədər azalmış olur. Lakin uşaqlarımızın bu sevinci çox qısa müddət çəkəcəkdir. Artıq hər yeni aldığımız oyuncaq “köhnə “oyuncaqların arasına atılacaq,yenidən alış-verişə getdikdə isə onlar bizdən nə istəyəcəklərini bilməyəcəklər.
Günümüzdə bu problem getdikcə artmaqdadır. Əksər valideynlərin tez-tez konsultasiyalarda dilə gətirdikləri problemlərdən biridə uşağım nə istəyirsə alıram,istədiyi bütün kurslara qoyuram,nə istəyirsə etməsinə icazə verirəm,ancaq etdiyimiz heç nə onları xoşbəxt etmir.
Bəs bu vəziyyətdən necə düzəldə bilərik?
İlk əvvəl bir valideyn kimi sakit və səbirli şəkildə onlara “Yox”deməyi bacarmalıyıq. Bu heçdə asan bir iş olmuyacaq. Bu günə kimi istədikləri hər şeyi əldə edən uşaqlar yox sözünü eşidən kimi ağlıyacaq, narazılıq edəcəklər. Təbii ki biz bu anlarda onların yanında olmalı, onlara nəyin gərək olub olmadığını izah etməliyik. Bəyənmədikləri, hər gün alınan və axşama kimi artıq kənara tulladıqları oyuncaqları azaltçalıyıq. Nə qədər az oyuncaq olarsa uşaqlarımız daha çox oyuncaqlarını sevəcəkdir. Daha az şeylə daha çox böyük nəticələr yarandığını görən uşaqlar, kiçik şeylərlədə xoşbəxt olmağı öyrənirlər. Uşaqlarımız həyatlarındakı bir çox addımı bizlərlə atır.Xoşbəxtlikdə bunlardan biridir.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu