Əhvalınız pisdirsə, gəzməyə çıxın

Əhvalınız pisdirsə, gəzməyə çıxın

Ayova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, hətta bir neçə dəqiqə ərzində çöldə gəzmək insanın əhvalını yaxşılaşdırır.

The Daily Mail xəbər verir ki, alimlər tələbələrin iştirakı ilə 3 eksperiment təşkil ediblər. Eksperimentin birində tələbələrin bir qrupu 12 dəqiqə ərzində universitet şəhərçiyində gəzirdi, digər qrup foto və ya videoya baxırdı. Alimlər aşkar ediblər ki, birinci qrup tələbələrin əhvalı daha yaxşı idi.

2-ci eksperiment zamanı tələbələrə gəzməkdən əvvəl elan ediblər ki, onlar qayıtdıqdan sonra 2 səhifədən ibarət esse yazmalıdır. Lakin gəzməyin müsbət effekti bu halda da saxlanılıb.

3-cü eksperiment zamanı tələbələr videoya baxırdı. Bu zaman tələbələrin 1-ci qrupu otururdu, 2-ci qrupu ayaq üstə dururdu, 3-cü qrupu isə gəzişirdi.

Eksperimentin sonunda məlum olub ki, 3-cü qrup tələbələrin əhvalı daha yaxşı idi. Beləliklə, əhvalınız pisdirsə, stres vəziyyətinə düşmüsünüzsə, gəzməyə çıxın. Bu sizə kömək edəcək!
Top