1.Hamının xoşuna gəlmək cəhdi
Bu ən başlıca səhvdir. Hamının xoşuna gəlmək mümkün deyil. Bu, qətiyyən sizin nə dərəcədə yaxşı insan olmağınızdan asılı deyil. Ətrafdakı insanların hamısında təəssürat oyatmağa çalışaraq, siz öz vaxtınızı əbəs yerə sərf edirsiniz. Qarşınıza çıxan hər bir kəsə öz enerjinizi məsrəf etmək əvəzində, bu enerjini həqiqətən də lazımlı insanlar üçün ehtiyat saxlamaq daha yaxşı olardı.
2. Xəsislik
Pullar bizə yaşamaq üçün gərəklidir. Amma qədəri bilmək lazımdır. Pullar insan üçün ən vacib amilə çevrildikdə, onlar daha heç vaxt insana xoşbəxtlik gətirmir. Onların ən çox verə biləcəyi qısamüddətli həzdir. Sahib olduğunu qiymətləndirmək və minnətdar olmağı bacarmaq vacibdir.
3. Paxıllıq
Bəzi insanlar ətrafda özlərindən daha xoşbəxt insana rast gəldikdə xoşbəxt olmaqda çətinlik çəkirlər. Ortaya paxıllıq hissi çıxır. Bundan yayınmaq üçün başa düşmək lazımdır ki, hərənin öz yolu, öz həyatı vardır. Biz hamımız tamamı ilə fərqli hədəflərin ardınca gedir və onlara doğru fərli yollarla gedirik, ona görə də özünü başqaları ilə müqayisə etməyin əhəmiyyətli (mənası) yoxdur.
4. Bağışlaya bilməmək
Bağışlamaq – xoşbəxtliyin olduqca əhəmiyyətli bir açarıdır. Bağışlamadan siz ürəyinizdə çox ağır bir yük daşıyırsınız. Qeyd etmək lazımdır ki, başqalarını bağışlamağı öyrənmək azdır, ilk növbədə özünü bağışlamağı bacarmalısan. Ola bilsin ki, siz keçmişdə səhvlər etmiş və hələ də buna görə özünüzü günahkar hiss edirsiniz. Amma başa düşün ki, heç kəs ideal deyil, hamı səhv edə bilər. Özünüzü bağışlayın və yenidən başlayın.
5. Öz istəklərini təxirə salmaq
Sizi bu həyatda nə riqqətə gətirə bilər? Hər bir kəsin dərindən sevdiyi, ehtiraslı maraqları, əyləncələri vardır. İnsan onu maraqlandıran, onu həyəcanlandıran, narahat edən bir işlə məşğul olduqda xoşbəxtlik hiss edir. Və əksinə, əgər öz ehtirasına məhəl qoymasan, onda həyatdan ümumiyyətlə məmnunluq, təmin olunma hissini yaşamadan getmək olar.
6. Avantürizm
Əgər siz daima bir avantüradan digərinə hoppanır, daima cəncələ düşürsünüzsə, siz hərəkətlərinizdə məntiq, ardıcıllıq yoxdursa, hədəfə çatmaq sizin üçün daha çətindir. Yalnız emosiyaları rəhbər tutaraq hərəkət etmək olmaz. Öz həyatınıza strateji nöqteyi-nəzərdən baxmağa çalışın.
7. Özün haqqında mühakimə
Bu da həmçinin xoşbəxtlik yolunda təhlükəli bir tələdir. Belə təxmin etmək olar ki, biz öz ehtiyaclarımız, arzularımız haqqında düşünməklə nə qədər çox vaxt keçirsək, o qədər də çox xoşbəxt olarıq, amma bu yanlış fikirdir. Əksinə siz, yalnız özünüz haqqında düşünsəniz, müxtəlif itki və məyusluq ehtimalları bir o qədər çox olacaqdır.
8. Vicdansızlıq
Qəlbinizin dərinliyində siz nə vaxt düz hərəkət, nə vaxt isə səhv etdiyinizi bilirsiniz. Bu sizin vicdanınız, sizin dürüst məsləhətçinizdir. Təəssüf ki, bəzən bizim məntiqi təfəkkürümüz öz vicdanımızın səsini dinləmək üçün çoxlu inandırıcı bəraətlər uydurub tapır. Bu isə düzgün deyil, çünki vicdan xoşbəxtlik yolunda etibarlı silahdaşdır.
9. Hərəkətsizlik
Əgər siz bu və ya digər situasiyada nə etməli olduğunuzu bilir və belə hərəkət etmək istəyirsinizsə, amma faktiki olaraq bunu etmirsinizsə, onda bu, öz mənasını itirir və sizə heç bir faydası toxunmur. Etməli olduğunuzu edin və işlərinizi sonraya təxirə salmayın.
10. Özünü qəbul etməmə
Ola bilsin ki, özünüzdəki bəzi nüanslar xoşunuza gəlmir. Ola bilsin siz daha hündür, daha zəngin olmaq və ya fərqli zahiri görünüşə sahib olmaq istərdiniz. Özümüzü olduğumuz kimi qəbul etməyi öyrənmək lazımdır.
İstənilən halda, qeyri mümkün heç nə yoxdur. İstənilən bir çatışmazlığı siz üstünlüyə çevirməyə qadirsiniz.
Mənbə: Banker.az