Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var...

Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var...

Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,

— Həyatının sevgisini qüruruna qurban verdiyini,

— Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.

***

Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,

— Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,

— Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,

— Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.

***

Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,

— Soyuq olduğu üçün çimmədiyin dənizləri,

— İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,

— Televizor qarşısında boş yerə keçirdiyin saatları,

— Yetərincə qucaqlamadığın dostları,

— Öyrənməyə vaxt tapmadığın pianinonu,

— Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,

— Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.

***

— Üzmədiyin okeanları,

— Səyahət etmədiyin ölkələri,

— Yazmadığın kitabı,

— Tanış olmadığın insanları,

— Dadına baxmadığın yeməkləri

— Yazmadığın ad günü kartlarını,

— Nə cür keçdiyini hiss etmədiyin günləri,

— Öyrənmədiyin rəqsləri düşünəcəksən…

***

Bu düşüncələr sənin ürəyini parçalayacaq.
Bunun baş verməsinə imkan vermə!


hellokishi.com 

Top