Evinizdən, ağlınızdan, həyatınızdan- artıqları atmağı unutmayın!
Həyatda ən yaxşı müəllim- təcrübə. Həyatı mükəmməl başa salar, amma çox şey alar.
İşləriniz pis gedəndə- onlarla getməyin.
Əgər səhvini düzəldə bilirsənsə, demək- sən hələ də səhv eləməmisən.
O adamlara təşəkkür edirəm ki, həyatıma daxil olub ona rəng qatıblar, o adamlara çox sağol deyirəm ki, həyatımdan çıxmaqla onu daha yaxşı ediblər.
Həmişə sənin işini bəyənməyən olacaq. Bu normaldır.
Əgər kimsə sizi acılayırsa, dalaşır və küsürsə- ona qarşılıq mülayim və pozitiv olun.
Həyat səni öz axarına salana kimi sən həyatını qaydasına sal.
Nə qədər az gözləntin olsa, o qədər çox surprizlərlə qarşılaşarsan.
Özündə müsbət xüsusiyyətlər nə qədər çox olsa, başqalarının mənfisini o qədər az görərsən.
Cavanlığın resepti- sevinc gətirən hər şeyə sevin və hər axmağa görə əsəblərini pozma.
Bu gün ən yaxşı gündür!