Bir dəfə əlli nəfər maraqlıı bir seminara qatılmışdılar. Məruzə zamanı məruzəçi qəflətən söhbəti saxlayıb hər kəsə bir şar verir və bildirir ki,
hər kəs qələmlə öz adını şarın üzərində qeyd etsin. Hər kəs öz adını qeyd etdikdən sonra məruzəçi şarları yığıb bir otağa yerləşdirir. Daha sonra məruzəçi qeyd edir ki, hər kəs otağa daxil olub 5 dəqiqə ərzində öz adı qeyd olunmuş şarı tapsın.
İştirakçılar bir-birini itələyərək, yıxaraq öz adı qeyd olunmuş şarı axtarırdılar. 5 dəqiqə bitdi amma nəticədə heç kim öz şarını tapa bilmədi.
Bundan sonra məruzəçi bildirdi ki, hər kəs bir şar götürüb üzərində adı qeyd olunmuş şəxsə versin. Beləliklə, 1 dəqiqədən sonra hər kəs əlində adı qeyd olumuş şarı saxlayırdı.
Və məruzəçi söylədi: baxın həyatda əsil xoşbəxtlik budur. Hər kəs ətrafda xoşbəxtliyini axtarır, amma onun dəqiq harda olduğundan xəbərsizdi. Amma siz bunu bilməlisiz ki, əslində bizim xoşbəxtliymiz başqalarnın xoşbəxtliyidir. Siz başqalarına xoşbəxtlik bəxş etməklə özünüz də xoşbəxt olacaqsınız.
Həyat paylaşınca daha gözəl olur. Xoşbəxt edin ki, özünüz də xoşbəxt olun.