1. Gözəl danışıq qabiliyyəti - Həyat yoldaşı onunla gözəl və
mülayim rəftar etdikdə kişidə gözəl, mükəmməl danışıq qabiliyyəti əmələ gəlir. Belə ki, kişi qadınının ona olan münasibətini özündə əks etdiri
r və gözəl rəftarı mənimsəyir.
2. Ərin yüksək iş qabiliyyəti- Ailədə sakit atmosfer olduqda və ər evdə dincəlib rahatlıq tapdıqda onun yaddaşı, məntiqi, psixi funksiyaları yaxşılaşır və cəmiyyətdəki statusu yaxşılığa doğru dəyişir.
3. Tədbirlilik- Qadın ərinə tabe olduqda, kişi daha tədbirli və məntiqli insana çevrilir.
4. Məqsədyönlülük- Qadın ərinin həyatındakı maraqları qəbul etdikdə o inanılmaz dərəcədə məqsədyönlü insana çevrilir və məqsədlərinə nail olmaq üçün onda əlavə imkanlar yaranır. Yox əgər qadın ərinin maraqlarını mənasız və boş hesab etdikdə onun məqsədinı nail olmaq imkanalrını da blok edir.
5. Səbr- Qadın ərinin nöqsanlarına göz yumduqda, kişi də kaprizlərə və emosiyalara bir o qədər səbr edən birinə çevrilir.