Fərqli millətlərdən olan alimlərin apardığı 13 araşdırma nəticəsində xoşbəxtliyin 8 sadə formulu tapılıb. «Psychological Bulletin» jurnalında çap olunan araşdırmada tədqiqatçılar “xoşbəxtliyin resepti”ini yazıblar.
Gecə 6 saatdan çox yatın
Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.
Hədəfləriniz olsun
Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata məna qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.
Həyatınıza mavilik qatın
Mavi rəngin insanın özünə inamını artırdığını və stressi azaltdığını bildirən alimlər xoşbəxtlik amilində vacib rol oynadığına diqqət çəkib.
Yeniliklərə açıq olun
Yeni şeylər öyrənmək beyni və maraq hisslərini hərəkətə gətirdiyi üçün insanları
daha xoşbəxt edir.
Səbirli olun
Xoşbəxtliyin səbirli olmaqdan keçdiyini vurğulayan alimlər gözəl anların dəyərini daha yaxşı anlamaq üçün səbirli olmaq lazım gəldiyini bildiriblər.
Başqalarına kömək edin
Hədiyyə alanlar, maliyyə yardımı edənlər və xeyriyyə işləri ilə məşğul olanlar digərlərinə nisbətən daha xoşbəxt imişlər.
Yaxşı dostlar qazanın
Sosial münasibətlərin xoşbəxtlik üçün vacib olduğunu bildirən alimlər sağlam dostluq əlaqələri quranların daha xoşbəxt olduğunu vurğulayıblar.
Sevin
Tədqiqatçılar sevgi, eşq və həyatı başqa biri ilə bölüşməyin də xoşbəxtlikdə böyük rol oynadığını bildiriblər.