"İnsanlar körpü qurmaq yerinə divar hördükləri üçün yalnız qaldılar«biz isə bu divarları sökə bilmədiyimizdən xoşbəxtliydən uzaq qaldıq.Yaxşılığın sevincinin dadından uzaq qaldığımız üçün.Yaxşılıq uzaqda deyil,yaxşılıq etmək istədiyimiz insanlar isə yaxında laaap yaxınımızdadırlar.Daha gözəl olmazmı dostlarımızı güldürdüyümüz vaxtların bir hissəsində bir yetimi güldürməyə ayırsaq?Hər gün dinlədiyimiz mahnıların arasında vaxt tapıb ürəyimizin səsin dinləsək?
Daha gözəl olmazmı geyimlərimizin qiymətin biləcəyimizə sevdiylərimizin dəyərini bilək?Daha gözəl olmazmı bir ananın gözlərindəki gülüşləri seyr etmək?Uzun illər xoşbəxtliyin dadın bilməyən bir ümidsizi hər gün günəşin daha gözəl çıxmasına inandırmaq?Daha gözəl olmazmı qəlbləri qıracağımıza daha bir insanı həyata qaytarmaq?Gözəl olar,olar da amma gərək xoşbəxtliyin dadını biləsən.Xoşbəxtlik könüldən qəlbdən verə bilmək duyğusudur.Yaxın zamanlarda mövzuma uyğun kiçik bir hekayə oxumuşdum isterdim paylaşım:»Bir gün bir yolçu yol gedərkən çox yorulur,çayın qırağında oturar,bu zaman gözü qiymətli bir daşa sataşar.Yolçu daşı götürər və yoluna davam edər yolda bir adamla rastlar və adam ona ac olduğunu söylər.Yolçu torbasın açıb ona yeməy verəndə adamın gözü həmin qiymətli daşa sataşar və yolçudan daşı ona verməsin istər.Yolçu heç düşünmədən daşı adama verər adam,təşəkkür edər,qiymətli daşı götürüb evinə gedər.Adam çox sevinmişdi.Çünki indi bütün həyatını təmin edə biləcək qiymətli daşın sahibidir.Yolçu isə yoluna davam edər.Sabahısı gün yolçu arxadan kiminsə onu çağırdığını eşıdər.Bu dünənki adam idi.Adam daşı yolçuya uzadar və deyər«mən bu daşın nə qədər qiymətli olduğunu bilirəm.Amma bu daşı sənə verməy və səndən bu daşı mənə heç düşünmədən verməni təmin edən içindəki o nəysə onu istəyirəm»Bu xoşbəxtliyin yaxşlığın ən gğzəl hissidir.DÜNYAYAYA SAHİB OLDUĞUNUN ƏN GÖZƏLİNİ VER.ƏN GÖZƏL OLAN SƏNƏ GERİ DÖNƏCƏK SEVDİKLƏRİNƏ DƏYƏR VER.YAŞAMAN DAHA GÖZƏL OLACAQ.YAXŞILIĞ ƏLİNDƏ VƏ ÇALIŞDIĞINCA ONU PAYLA.XOŞBƏXTLİYİ İSƏ RƏBBİNDƏN İSTƏ.VERƏRSƏ UCALIĞINDAN VERMƏZSƏ İMTAHANINDANDIR.UNUTMA BƏZƏN XOŞBƏXTLİK İNSANA LAP YAXIN OLAR AMA ELƏ YAXINDA DA QALAR ONU ÜRƏYİNƏ SEVDİKLƏRİNƏ ƏBƏDİ QONAĞ ET!!! P.S.bu dəfə daha səliqəli yazmağa çalışdım.həm də özümnən yazdım ki heç harda təkrarı olmasın bəyənsəniz sevinərəm bəyənmərsəz də üzlməm əsas olan fikrimi çatdırmm idi.çox sağ olun