Həyata təpədən baxsan, insanların yalnız təpəsini görərsən.
Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən.
Mühüm olan yüksəklərə çıxıb həyata təpədən baxmaq deyil, mühüm olan nə qədər yüksəlsən də hər şeyə EYNİ məsafədən baxa bilməkdir.
Həyatda hər şey ola bilərsən… Lakin mühüm olan həyatın içində "İNSAN" ola bilməkdir!
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdləriylə sevə bilməkdir.