Xoşbəxtliyin Sirri

Xoşbəxtliyin Sirri

Dünyadakı bütün insanlar xoşbəxt olmağa çalışır. Ancaq insanların ümid etdikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə müvəqqəti xoşbəxtlikdir. Davamlı olan həqiqi xoşbəxtliyi isə tam olaraq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin bir sirri var; o da coşğulu Allah sevgisi və Allaha olan təvəkküldür.
İman edən bir insan bu dünyanın həqiqi mahiyyətindən, öz yaradılış məqsədindən, Uca Allahın özünü sınadığından və Ona qulluq etməklə məsul olduğundan xəbərdardır. Bu səbəblə, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi məskəni olan cənnətə girmək üçün səy göstərər. 

Xoşbəxtlik isə Uca Allahın əməlisaleh qullarına səmimi iman və sədaqətlərinə görə, həm dünyada həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq olaraq, onların qəlblərinə xoşbəxtlik və rahatlıq verir. Möminlərin maddiyyata bağlı xoşbəxtlik yaşamırlar, Allaha və axirətə imanın gətirdiyi mənəvi xoşbəxtliyi yaşayırlar. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman etmədikcə gerçək xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamalarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bir Quran ayəsində belə bildirmişdir:
"Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar." (Ənam Surəsi, 125)
Top