Artıq üçüncü qızını dünyaya gətirən qonşumuza həyat yoldaşı hələ hamilə olarkən "kaşki övladımız oğlan olaydı" demişdi. Lakin ailədən növbəti qız övladının sədası gəlirdi. Həyat yoldaşının bir-iki aylıq soyuq münasibətdən sonra ailə "Allahın verdiyi paydır" deyib hər şeyin öz axarı ilə getməsinə qərar verdi. Düzgün seçim bir ailədə üç qız övladının sağlam və xoşbəxt şəkildə böyüməsi ilə nəticələnir.
Lakin yaşananlar bununla bitmir - Qız övladları dünyaya gətirdikləri üçün durmadan döyülən, boşanan, həyat yoldaşını oğlan övladı dünyaya gətirməyə sövq edən, bətnindəki dölün qız olduğunu bilərkən iki əlini, bir başını tutan kişilərə bu gündə rast gəlmək olur. Beləcə sabahın anaları olan qız uşaqları doğma analarının bətnində məhv olurlar. Yeni dünyaya gələn oğlan övladının səsi-sorağı isə bir müddət aləmi bürüyür.Sağlamlığını təhlükəyə ataraq, sonradan yarana biləcək problemləri göz önünə alaraq, qız övladını tez bir zamanda məhv etməyə çalışan analar isə bunun günahını tibii baxımdan özlərində görürdülər. Amma tibb bunun əksini göstərdi. XX əsrə qədər bir çox ölkələrdə, bir çox xalqlar arasında yayılan inanc belə yalnış olur. Yəni uşağın cinsiyyətini, yəni körpənin qız yaxud oğlan olmasını qadın müəyyən etmir. Bu asılılıq aradan qalxsa da qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması kimi yanlış təsəvvürlər davam edir. Bir sözlə, övladın cinsinin müəyyən olmasına cavabdeh kişilər olsa da yenə də qadınların dili uzun olmur.Müxtəlif sahələrdə qadınlara qarşı olan ayrı-seçkilik, övlad dünyaya gətirməkdə də özünü biruzə verir. Hətta məhşur "Əhməd haradadır?" filmində belə baba və nənənin xəyallarındakı nəvələrinin qız yoxsa oğlan olması barədə fikirləri onları seçim qarşısında qoyur. Təzadlı fikirlər və yalnış qərarlar içərisində neçə-neçə dünyaya gələcək yeni qız övladları məhv olur, təzyiqə məruz qalan ana isə vicdan əzabı ilə qovrulur.
Kişilərin sayı artır - Dünya ailələrində 1-2 uşağa meyllik artsa da ölkəmizdə bu halla yanaşı "qız yoxsa oğlan seçimi " sifarişə bənzəyən arzular bitib-tükənmir. Nəticədə qadınların qız övladları dünyaya gətirməkdən imtina etməsi, oğlan uşaqlarının sayının artması ilə bizi yeni stiuasiya ilə üz-üzə qoydu.Belə ki, bu günə kimi ölkəmizdə qadınların sayının çox olması, hətta bir kişiyə dörd qadın düşməsi ilə razılaşırdıq. Amma son göstəricilər bunu demir. Sən demə Azərbaycan cəmiyyətində kişilərin sayı kəskin surətdə artmaqdadır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb. İnsan hüquqları üzrə müvəkkil qadınların sayının azalmasının əsas səbəblərindən birinin məişət zorakılığı olduğunu vurğulayır. Məişət zorakılıqlarının kökündə dayanan cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmaması, cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub. Hər halda güclü cinsin nümayəndlərinin sayının artması müsbət haldır. Amma qadın hüquqlarını pozmadan, onları seçim qarşısında qoymadan artan kəmiyyətin əsl keyfiyyətinin bərabər olması şərti ilə
Artıq üçüncü qızını dünyaya gətirən qonşumuza həyat yoldaşı hələ hamilə olarkən "kaşki övladımız oğlan olaydı" demişdi. Lakin ailədən növbəti qız övladının sədası gəlirdi. Həyat yoldaşının bir-iki aylıq soyuq münasibətdən sonra ailə "Allahın verdiyi paydır" deyib hər şeyin öz axarı ilə getməsinə qərar verdi. Düzgün seçim bir ailədə üç qız övladının sağlam və xoşbəxt şəkildə böyüməsi ilə nəticələnir.Lakin yaşananlar bununla bitmir - Qız övladları dünyaya gətirdikləri üçün durmadan döyülən, boşanan, həyat yoldaşını oğlan övladı dünyaya gətirməyə sövq edən, bətnindəki dölün qız olduğunu bilərkən iki əlini, bir başını tutan kişilərə bu gündə rast gəlmək olur. Beləcə sabahın anaları olan qız uşaqları doğma analarının bətnində məhv olurlar. Yeni dünyaya gələn oğlan övladının səsi-sorağı isə bir müddət aləmi bürüyür.Sağlamlığını təhlükəyə ataraq, sonradan yarana biləcək problemləri göz önünə alaraq, qız övladını tez bir zamanda məhv etməyə çalışan analar isə bunun günahını tibii baxımdan özlərində görürdülər. Amma tibb bunun əksini göstərdi. XX əsrə qədər bir çox ölkələrdə, bir çox xalqlar arasında yayılan inanc belə yalnış olur. Yəni uşağın cinsiyyətini, yəni körpənin qız yaxud oğlan olmasını qadın müəyyən etmir. Bu asılılıq aradan qalxsa da qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması kimi yanlış təsəvvürlər davam edir. Bir sözlə, övladın cinsinin müəyyən olmasına cavabdeh kişilər olsa da yenə də qadınların dili uzun olmur.Müxtəlif sahələrdə qadınlara qarşı olan ayrı-seçkilik, övlad dünyaya gətirməkdə də özünü biruzə verir. Hətta məhşur "Əhməd haradadır?" filmində belə baba və nənənin xəyallarındakı nəvələrinin qız yoxsa oğlan olması barədə fikirləri onları seçim qarşısında qoyur. Təzadlı fikirlər və yalnış qərarlar içərisində neçə-neçə dünyaya gələcək yeni qız övladları məhv olur, təzyiqə məruz qalan ana isə vicdan əzabı ilə qovrulur.
Kişilərin sayı artır - Dünya ailələrində 1-2 uşağa meyllik artsa da ölkəmizdə bu halla yanaşı "qız yoxsa oğlan seçimi " sifarişə bənzəyən arzular bitib-tükənmir. Nəticədə qadınların qız övladları dünyaya gətirməkdən imtina etməsi, oğlan uşaqlarının sayının artması ilə bizi yeni stiuasiya ilə üz-üzə qoydu.Belə ki, bu günə kimi ölkəmizdə qadınların sayının çox olması, hətta bir kişiyə dörd qadın düşməsi ilə razılaşırdıq. Amma son göstəricilər bunu demir. Sən demə Azərbaycan cəmiyyətində kişilərin sayı kəskin surətdə artmaqdadır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb. İnsan hüquqları üzrə müvəkkil qadınların sayının azalmasının əsas səbəblərindən birinin məişət zorakılığı olduğunu vurğulayır. Məişət zorakılıqlarının kökündə dayanan cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmaması, cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub. Hər halda güclü cinsin nümayəndlərinin sayının artması müsbət haldır. Amma qadın hüquqlarını pozmadan, onları seçim qarşısında qoymadan artan kəmiyyətin əsl keyfiyyətinin bərabər olması şərti ilə
Mənbə: Vüsalə Seyidova, Qadın radiosu