Əslində...

Əslində...

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: 
- Banka doludu?
- Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür.
O yenidən tələbələrə üz tutur:
- Banka doludu?
Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər.
Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadaki boşluqları doldurur.
Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.
Tələbələr artıq bankanın tam dolduğunu deyir.
- İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdı. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildi. Qum – həyatın xırdalıqlarıdı. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq. Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. Ilk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdu...

düşünməyə dəyər

Top