Musiqi hisslərin stenoqrafiyasıdır
-
L. Tolstoy
Musiqinin təbiətə təsirindən danışmazdan əvvəl, musiqi ritmlərinin nizamlayıcısı sayılan metronomdan danışaq. Çünki metronomsuz heç bir musiqi mümkün deyildir. Metronom sabit bir ritm verə bilən alətdir. Təbiətdə metronom var mı? Əlimizi nəbzimizə qoysaq, görərik ki var. Nəzərə alsaq ki, insan ətrafında olan bütün reallıq təbiət adlanır və biz də digər insanların ətrafında olan reallıq sayılırıq, demək biz də təbiətin bir hissəsiyik və metronom da elə bizim qəlbimizdir. Demək biz təbiətin musiqisində ən önəmli alətlərdənik. Musiqinin kakofoniya yox, unison olması üçünsə metronom aritmiya verməməlidir. Bununçünsə biz sadəcə “qəlbimizin səsini duymalıyıq”.
[1]
İnsanın təbiətə, ətraf mühitə münasibəti ekologiya sahəsini təşkil etdiyindən, ilk öncə ekologiyanın nə olduğunu bilməyə çalışmalıyıq. Etimologiyaya baxsaq ekologoya “Logos” – elm və “oykos” – ev, mülkiyyət sözlərindən yaranıb. Alman bioloqu Ernest Hekkel tərəfindən təklif olunan bu terminin müasir izahı canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmi bildirir. Təbiət anlayışının isə izahları çox geniş olduğundan, onları toparlayaraq, deyə bilərik ki, hiss üzvlərimizin qavraya biləcəyi insan tərəfindən yaradılmamış nə varsa hər şey təbiətdir. Bir sözlə ekologiya bizim evimiz olan Dünyamıza münasibətimizi bildirir. Biz öz planetimizə isə xüsusi qayğılı yanaşmalıylq. Axı möhkəm bir qayda var: səhər yuxudan oyandın, əl-üzünü yuyub, özünü qaydaya saldın – dərhal planetini də qaydaya sal.
[2]
Musiqinin təbiətə təsiri dedikdə nə başa düşürük? Ümumiyyətlə musiqi nədi? Əsasən hündürlük və zaman meyyarı ilə təşkil olunmuş səslərin incəsənəti sayılan musiqi etimoloji olaraq Zevsin qızları Muzalardan yaranıb ki, tərcümədə “düşünən” deməkdir. Başqa sözlə musiqini anlamaq üçün biz düşünən insan olmalıyıq. Təsir isə hər hansı bir hərəkətə reaksiya, və ya hər hansı bir hərəkətin nəticəsini bildirir ki, musiqinin təbiətə təsiri dedikdə, ilk öncə təbiətin canlı və cansız olduğunu nəzərə almalıylq. Musiqinin cansız təbiətə təsiri su, daş və sair obyeklərə musiqinin təsiridir. Canlı təbiətə gəldikdə isə burada musiqinin bitkilərə, heyvanlara və nəhayət insanlara təsirindən danışmaq lazımdır. Musiqinin insanlara təsiri geniş bir mövzu olduğundan, bugün biz bu təsir barədə danışmayacağıq.
İlk öncə onu deməliyik ki, musiqinin təsiri musiqinin üslubundan və səs yüksəkliyindən asılı olaraq dəyişir. Musiqinin cansız təbiətə təsirindən danışanda maraqlı faktlar siyahısında bunu deyə bilərik ki İsveçrəli alim Hans Yenni səsin suya təsirini araşdırmışdır. Səsin təsiri altında su damlaları müxtəlif formalar alırdılar ki, bu formalarda səsin tezliyinin yüksəlməsi ilə mürəkkəbləşirdi. Lakin musiqi səsi kəsilən kimi damlalar yaratdığı formaları dərhal itirirdilər. Yapon alim Emoto Masaru isə suya müxtəlif musiqilərin necə təsir etməsini araşdırmışdır. Onun təcrübələri onu göstərmişdir ki, gözəl mətni olan özündə müsbət energetika daşıyan klassik musiqilər suda gözəl qar dənələri formasının yaranmasına səbəb olurdu. Əksinə ağır musiqi və ya mənfi energetikalı sözləri olan musiqi olanda suda nəinki heç qəşəng fiqur yaranmırdı, əvvəl yaranan qəşəng fiqurlar da dərhal dağılırdılar. Digər bir bibliya hadisəsində isə Həzrəti Yoşa (İsus Navvin) və onun tərəfdarlarının Kənan (İyerixon) şəhərinin divarlarını sadəcə musiqi və alqış səsləri ilə dağıtdıqları deyilir.
Musiqinin bitkilərə təsirini araşdıran alimlər də su ilə olan eksperimentdəki nəticəyə oxşar qənayətə gəliblər. Mendel müşayidə etmişdir ki, klassik musiqi səslənən zaman noxudlar 2 gün daha tez bitirlər. Klassik musiqi həmçinin buğdanın tez yetişməsinə səbəb olur. Bundan başqa “rəqsedən bitki” kimi tanınan “Codariocalyx motorius” da musiqi sədaları altında tərpənməsi dünyanın təbii möcüzələrindən sayılır. Əslində isə bitki musiqiyə bizim qavradığımız anlamda deyil, səs dalğalarına görə reaksiya verir. Bundan başqa elmə çoxdan məlumdur ki, zınqov, hansı ki həm də musiqi aləti sayılır, öz səsi ilə tif çöplərini, sarılıq və qripp oyadıcısını öldürür.
Musiqinin heyvanalra təsiri haqqında danışsaq, onu qeyd edə bilərik ki, bioloq-etoloqların və zoopsixoloqların çoxsaylı müşaidəsi onu göstərir ki, meymunlar, ayılar və digər heyvanlar kifayət qədər şüurku şəkildə özlərini sakitləşdirə bilirlər. Bununçün onlar hər hansı bir çubuğu ağaca vuraraq, ritmik musiqi ifa edirlər. Alimləri heyrətləndirən məqamlardan biri pavianlar, qamadrillər və bş meymunlarda kollektiv şəkildə ağaclarla ritm tutmaları olmuşdur. Bundan başqa hələ XIX əsrdə İngiltərə kilsələrində ev heyvanları üçün xüsusi musiqilər ifa edirdilər.Bu zaman onlar müşaidə etdilər ki, məhz Mosartın serenadalarını “dinlədikdən” sonra inəklər 2 dəfə artıq süd verməyə başladılar. Eyni nəticəyə XX əsrdə Almaniyada da gəldikdən sonra, alman fermerləri öz təsərrüfatlarında məqsədli şəkildə Mosart musiqilərindən istifadə etdilər. Lakin burada da 1 məqam ortaya çıxdı: əgər klassik musiqi sədaları altında inəklərdə süd artırdılar, aqressiv musiqilər altında bunun əksi baş verirdi. Digər maraqlı fakt Finladniyada baş vermişdir. Kiçik şəhərlərin birində qəflətən ətin keyfiyyəti düşməyə başladı. Araşdırmalar sayəsində məlum oldu ki, sallaqxananın yanında rol qrupu məskunlaşıb və onların məşq zamanı ifa etdikləri aqressiv musiqilər heyvanları qorxudur və bu səbəbdən onların bədəni stress zamanı ifraz etdikləri maddədələri ifraz etməyə başladı ki, bu da keyfiyyətin aşağı düşməsinə gətirib çıxartdı. Musiqinin heyvanalra təsirinin öyrənilməsi məqsədi ilə aparılan bir təcrübədə aşkar edilmişdir ki, musiqi dinləyən iblislər və molyusklar musiqi dinləməyənlərə nisbətdə daha sürətlə inkişaf edirdilər və daha çox nəsilartırma potensialı görsədirdilər. Suda yaşayan canlılara gəldikdə isə, delfinlər və köpəlbalıqlarının klassik musiqisini xoşlaması sevindirici məqam olması ilə bərabər, rokun balıqları öldürməsi faktı da o qədər kədərlidir.
Sadaladığımız bir neçə faktdan da göründüyü kimi musiqinin təsiri onun növündən asılıdr. Əgər pozitiv yüklü musiqi yaxşı təsir edirsə, aqressiv yönümlü musiqi isə mənfi təsir edir. Lakin nəzərə alsaq ki, insana musiqi digər təbiət üzvlərinə təsir etdiyindən daha güclü təsir edir və musiqi məxsusi insan yaradıcılığının məhsuludur, o zaman olmazmı öz məhsulumuzla evimiz – dünyamıza ziyan verməyək? Tarixə nəzər salsaq, hərbi marşların daha çox yazıldığı illərdə 2 dünya müharibəsi olmuşdur. Çünki marşlardan təsirlənən insarlarda aqressivləşmə gedirdi. Oxşar hadisə ABŞ-ın Vyetnama hücüm etməsi zamanı da ola bilərdi. Lakin bu zaman mülayim hippi musiqiləri var idi deyə, insanlar müharibə etməkdən imtina edirdilər. Ekologiya barədə yüzlərlə normativ aktlar qəbul olunsa da, bu əslində bir paradoksdan başqa bir şey deyildi. Çünki insanlar ağacları kəsir, onlardan kağız düzəldib, kağıza “ağacları kəsməyin” yazır. Əslində isə hər şey daha sadədir. Bizdən əslində çox şey də tələb olunmur. Biz sadəcə öz metronomuzda aritmiya olmasına yol verməməliyik. Biz sadəcə təbiətin bizim evimiz, və ən əsas BİZİM olduğunu dərk edib, dünyamıza qıymamalıyıq. Ondan, məndən, səndən çox şey istənmir. Sadəcə: Eqoist olma, ekoist ol, təbiətə gülümsə. Təbəssümünü paylaş və o, sənə mütləq geri dönəcək. Axı dostluqlar təbəssümdən başlayır. Bəs sən bugün gülümsəmisən?
Cavidan Hacıyev
[1] Düsseldorf Avroviziyasının sloqanı
[2] Balaca şahzadə-dən