Qədim dövür memarlığının ən əhəmiyyətli mərkəzlərindən biri Mesapatamiya ərazisi olmuşdur (Akad, Şumer, Babilistan, Asuriyadakı tikililər). Mesapatamiyanın (indiki İraqın ərazisi) cənub hissəsində qədim dövlət. Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür.Babilistan ərazisi “Şumer və Akkad” adlanırdı. Mesapatamiyadakı mərkəzləşmiş dövlətlərin inkişafı ilə əlaqədar olan bu dövrün memarlığın hündür səkilər (platforma) üzərində tikilmiş əzəmətli saray kompleksləri (II Sarqonun sarayı, e.ə.712-707), məbədlər (Təll-Uqayrda məbəd, e.ə. 4-cü minilliyin sonu), zikurratlar (Ur şəhərində, e.ə. 22-21 əsrlər) və s. ilə təmsil olunur.
B.e.əvvəl III minilliyin sonuna doğru, demək olar ki, İkiçayın xarakterik memarlıq binalarından birinə çevrilən, məbəd tikililərinin yeni tipi – zikkurat əmələ gəlir. E.ə. IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdi. E.ə. III minillikdə şumer şəhər-dövlətlərinin mərkəzində ibadətə xidmət edən tikintilər (məbəd) dəsti (kompleks) bina edilir, ətrafına da xüsusi divarlar çəkilirdi. Eyni zamanda İkiçayarası memarlığına xas olan zikkuratlar, yəni 3, 5, 7 mərtəbəli pilləli bürclər yaradılırdı. Bunlardan ən məşhuru Urda tikilmiş zikkurat idi. Zikkurat (qülləli məbəd) müxtəlif rənglərə boyanmış üç pillədən ibarət idi. Zikkurat adətən öz möhkəmliyi və əzəmətliliyi ilə fərqlənirdi. Zikkuratın qülləsində kiçik ibadətgah yerləşirdi və
oraya bir neçə ön pilləkən qalxırdı. Zikkuratdan rəsədxana kimi də istifadə edirdilər.
Babilistandakı doxsan metirlik nəhəng Etemenanki zikkuratı heç də az məşhur deyil (memar Aradaxeş). Bu – məşhur Babilistan qülləsidir. O tərəfləri 91,5 m olan kvadrat bünövrəyə malik idi. Aşağı iki yarus kürəklərlə ayrılmışdı. Cənub tərəfə, birinci terrasa aparan üç pilləkən bitişirdi. Babilistan qülləsinin — bu qurğunun memarlığını müxtəlif cür təsəvvür edən çoxlu sayda rekonstruksiya (yenidən yaradılma) layihələri mövcuddur.
Dur-Şarrukində (indiki Xorasabad) II Sarqonun qüllərinin yanında, onun bütün yeddi yarusunu spiralşəkilii pandusla əhatələyən, qırx metrlik pilləli polixrom zikkurat ucalır.
Qədim Assuriyanın incəsənəti e.ə. 3-cü minillikdən e.ə. 7 əsrədək mövcud oimuşdur. Assuriyada heykəltəraşlıq. Saray inşaatı və şəhərsalma inkişaf etmişdi; tikinti materialı başlıca olaraq çiy kərpic idi. Assuriya memarlığının xarakterik nümunəsi II Sarqonun Dur-Şərrukindəki (indiki Xorcabad) sarayıdır. E.ə. 712-707 illərdə süni plotforma üzərində (binada rütubət olmaması üçün) tikilmiş bu saray divarla əhatə oiunmuşdur. Heynəvada Aşşurbanipalın sarayındakı heyvan təsvirləri e.ə. 7 əsrdə Assuriyada relyef sənətinin yüksək inkişaf etdiyini göstərir. Assuriyada ağacdan, tuncdan, fil sümüyündən və s.-dən düzəldilən məlumatlar da geniş yayılmışdı.
Babilistan incəsənəti e.ə. 4-cü minilliyin əvvəlində yayılmışdır. Şumer incəsənətində memarlıq mühüm rol oynamışdır (e.ə. 27-25 əsrlər). Süni platforma üzərində çiy kərpicdən tikilən iç həyətli binalar, xüsusən əl-Ubeyddəki məbəd xarakterikdir.
Şumer incəsənətində memarlıq mühüm rol oynamışdır (e.ə. 27-25 əsrlər). Süni plotforma üzərində çiy kərpicdən tikilən iç həyətli binalar, xüsusən əl-Ubeyddəki məbəd xarakterikdir. Bu məbəd mozaika və relyefli frizlər, habelə misə tutulmuş heykəllərlə bəzədilmişdir. Burada heykəlciliklər, qızıl və qiymətli daşlardan düzəldilən incə zərgərlik məmulatları da var (Ur sərdabəsi). Padşah Eannatumun və əsgərlərin təsviriolan “Çalağanlar stellası”, döyüş səhnələri çəkilmiş ağac mozaikalı lövhələr Babilistan incəsənətinin maraqlı abidələridir.
Akkad incəsənəti (e.ə. 24-22 əsrlər) dağ sakinlərinə qarşı yürüş səhnəsini əks etdirən mürəkkəb kompozisiya (padşah Naramsinin stelası) və Neynəvadan tapılmış I Sarqonun heykəli (mis) ilə təmsil olunur. E.ə. 23-22 əsrlərdə Laqaş s.-idə Qudeanın hökümranlığı zamanında tikinti və heykəltəraşlıq, e.ə. 22-21 əsrlərdə isə Şumer şəhəri Urda memarlıq (istehkam, və s.) və qliptika inkişaf etmişdi. Hamurapi qanunlarının mətni yazılmış relyefli daş lövhə Babilistan incəsənətinin birinci yüksək dövrünə aid (e.ə. 19-18 əsrlər) görkəmli abidəsidir.
Dur-Şərrukindəki. II Sarqonun sarayı. Əzəmətli məbədlərlə yanaşı saray tikintisi dəsti də yaradılırdı. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli ön salonları olurdu. Qəbir memarlığı hökmdar məqbərələrindən ibarət idi.
II Sarqonun sarayı 200 artıq müxtəlif salonlardan və 30 açıq həyətdən ibarət idi. Əsas girişin dərhal arxasında yerləşən ən böyük ön həyət mərkəzi zikkurat olan, şahın otaqlarını, rəsmi salonları, xidmət otaqlarını və dini tikililəri birləşdirirdi. Bütün kompleks, hündürlüyü 14 m olan divarlarla əhatələnmiş, hündür qildən hazırlanmış (möhrəgil platforma) platforma üzərində tikilmişdi.