Memarlıq

Memarlıq

Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.

MEMARLIĞIN ƏMƏLƏ GƏLMƏSI
Memarlığın yaranması, son paleolit dövrünə aiddir. Utilitar məsələləri həll edən tikinti fəaliyyəti, tədricən insanın mənəvi tələbatlarının təmin edilməsinə yönəlməyə başladı. Estetik dərk edilmə və tikililərə ideyalı və bədii məzmunun verilməsi memarlığın  yeni təzahürünün gəlişini ifadə etdi.
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü  əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa başlamışdır.
İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür. Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.

PALEOLIT (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2.6-3 milyon il bundan əvvəl başlanmışdır. İlk insanlar təbii mağaralarda və açıq havada yaşamışlar. İlk paltarı dəridən olan insan təbii mağaralarda məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən yurd tikirdilər.
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) dövrü e. ə. XII-VIII  minillikləri əhatə edir. Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ gəldi. Mezolit dövründə ilkin əkinçilik vərdişləri meydana gəldi. Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə danışırdılar.
NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü daş dövrünün son mərhələsini — e.ə. VIII-VI minillikləri əhatə edir. Neolit insana maddi imkanlarını yüksəldən, daşdan əmək alətlərini bəxş edir. Ağac dirəklərə dirənən binaların – daha inkişaf etmiş tipi yaranır. Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır.
İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri — qalalar yaranmağa başladı. Sonralar yaşayış məskənləri, dəfnlə əlaqədar məqbərələr və s. meydana çıxdı.
Tunc dövründə yaranmış metal alətlər, daşı müvəffəqiyyətlə emal etməyə imkan verir. Meqalitik qurğular – iri daş qayalarından, lövhələrindən, şaquli dirəklərindən olan tikililər geniş yayılır. Yunanca meqa — böyük, litos – daş deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər.

Meqalitik qurğular arasında üç əsas tip fərqlənir: menhirlər, dolmenlər, kromlexlər.
Menhirlər – şaquli olaraq yerə basdırılmış daşlara deyilir. Menhir fransız sözü olub, (men-daş,  hir-uzun) uzun daş mənasında işlənir. Bu, ya tək ya da qrup şəklində qoyulan qəbrüstü abidələrdir.  Menhirlərə — üfüqi daş lövhəni saxlayan bir neçə şaquli daşdan  ibarət  olan qurğularla, Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox olur. Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər tunc dövründən sonra öz əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış.
menhir
Dolmenlər-çox vaxt dolmenlər dəfn kameraları kimi və eyni zamanda qəbrüstü abidə kimi xidmət edirdi. Dolmenlər daşların şaquli vəziyyətdə yerə basdırılması
nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men (daş) fransız sözlərinin birləşməsindən alınmışdır. Onların qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə
edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və dəhlizlə birləşən qəbirlər sırası şəklində olur. Belə abidələr tunc və ilk dəmir dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai icma quruluşunun məbədləri kimi də istifadə edilmişdir.
Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona görə də onların ön tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox kiçik bir pəncərə nəzərə çarpır. Ölülərin ruhu guya bu pəncərədənhəm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək verilirmiş. Güman edilir ki, qədim insanlar dolmenlərdən yaşayış
mənzili kimi də istifadə edirmişlər. Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya, Krım, Qafqazın Qara dəniz sahilində və Azərbaycanda rast gəlmək olur.
dolmen

Kromlex – bu meqalitik qurğuların ən mürəkkəb tipidir. Onlardan ən məşhuru – Stounhencdəki (İngiltərə) kromlexdir.   Kromlexlər neolit və başlıca olaraq tunc dövründə yaradılmış çevrə boyu, şaquli şəkildə əzəmətli daşlardan düzəlmiş  abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş) sözlərinin birləşməsindən alınmışdır. Onlar bir çevrə və yaxud bir  neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin hündürlüyü 6-7 metr, diametri isə 100 metrə qədərdir. Bəzən  kromlexlərin ortasında dolmen və yaxud menhir də olur. Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur. Kromlexlərin sahəsi qazılarkən qəbirlər, daş baltalar, gil qablar, əl dəyirmanı daşı və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa və Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər dəfn mərasimlərinin icra edilməsi və yaxud dini ayinlərin keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların günəş kultu ilə əlaqədar olması və günəş məbədi vəzifəsini daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə formasında olması, görünür, onların günəş kultu ilə olan yaxınlığından irəli gəlmişdir.
kromlex

Stouhencdəki kromlex. Stouhencdəki (Fransanın cənubu) kromlex – bu kimi tikililər arasında ən məşhurudur. Stuonhec (tərcümədə: “asma (qalca – rəqs edən) daşlar”) b.e.əvvəl 2000 ci ildən 1600-cü ilə qədər, neolit dövründə və tunc əsrinin əvvəlində tikilirdi. Bu iri daşlardan ibarət mürəkkəb qurğudur. O ozü ilə üfüqi lövhələrlə örtülmüş, şaquli qoyulmuş daşlardan ibarət 30m diametri olan dairə təşkil edir; içərisində — kiçik daşlardan ibarət  iki dairə, onların arasında məkanın mərkəzini yaradan lövhələrlə cüt-cüt qoyulmuş hündür bloklar var. Bu monumental meqalit  ehtimal ki, astronomik rəsədxana idi. Stounhenc üç mərhələdə, müxtəlif xalqlar tərəfindən tikilirdi. Birinci mərhələdə kromlex uindmillxillilər (b.e.əvvəl 2000-ci ildə İngiltərədə məskunlaşmış xalq) tərəfindən ucaldılırdı. Ikinci mərhələdə — bikerlər (onlarla Soleberiyə tunc dövrü gəldi) tərəfindən tikilirdi. Tikintini uesseklər (bikerlərdən törəmələr) tamamladılar. Burada artıq dəqiq kompozisiya planı – simmetriya, ritm və kompleksin elementlərinin tabeliyi görünür.
Stonehenge kromlech

Müəllif: Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsinin memarlıq üzrə fəlsəfə doktoru dosent Abbasova Şəhla Abdüləhəd qızı
Top