Avtoportret – yunan sözü olub, “öz” mənasını verir. Bəzən rəssamlar öz portretlərini qələmə alırlar ki, belə əsərlərə avtoportret deyilir.
Anatomiya – yunan sözü olub “hisslərə ayırmaq” deməkdir. Canlı orqanizmi bitki, heyvan, insan quruluşunu öyrənən elmdir.
Animalistik janr – “animal” heyvan deməkdir. Boyakarlıqda,qrafikada heyvanlar aləminin təsviri deməkdir. İlk dəfə Çində yaranmışdır.
Bafta – güləbətin və ya ipək saplardan toxunmuş qaytan, ağ, çəhrayi, qırmızı və s. rənglərdə olur. Paqon hazırlamaq, geyimlərə xüsusi bəzək vurmaq üçün istifadə olunur. Orta əsrdə qadın arxalıqlarından istifadə olunurdu.
Buta – badama bənzər naxış, qönçə deməkdir. Azərbaycan ornament sənətində ən geniş yayılmış növlərindən biridir. Bakı, Ərdəbil, Muğan xalçalarında butadan geniş istifadə olunur. Butalar forma etibarilə 4 qrupa bölünür: 1) Xalça bəzəyində istifadə edilən butalar; 2) Ailə həyatını təmsil edən butalar ( enli buta, balalı buta, qoşa arvadlı buta və s.); 3) Rəmzi məna daşıyan butalar (küsülü buta, qoşalı buta, yazılı buta və s.); 4) Bu qrupa müxtəlif formalı butalar daxildir Məsələn, zərxara buta, qıvrım buta, çiçəkli buta, yanar buta və s.
Bədii oyma: - dekorativ sənətin ən qədim və ən geniş yayılmış növlərindən biridir. Daş, ağac, sümük və başqa materilallar üzərində işlənir. Müxtəlif növləri var. Hündür relyefli oyma, yastı relyefli oyma, şəbəkəli oyma və s.
Vitraj – vitrium, yəni, “şüşə” sözündən götürülmüş, şəffaf materialdan götürülmüş ornamenti və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur.
Emblem – yunan sözü olub, “nişan”, yaxud. “qabarıq bəzək” deməkdir. Müəyyən ideyanı və anlayışı ifadə edən şərti simvolik təsvirdir. Məsələn, Bakının emblemi 3 simvolik alov şöləsi və qağayı təsvirindən ibarətdir. Ağ göyərçin sülh rəmzidir. Burada dəniz dalğası ifadə olunur.
Janr – bədii yaradıcılığın tarixən formalaşmış həyatın müxtəlif cəhətlərini əks etdirməsi ilə əlaqədar ədəbiyyat və incəsənətdə müxtəlif janrlar yaradılmışdır. Ədəbiyyatda - hər ədəbi növ janra ayrılır. Məsələn, dastan, roman, povest, hekayə, komediya və s. Təsviri sənətdə isə - məsələn, bakal, portret, mənzərə, natura və s. Musiqidə - isə simfoniya, üvertüra və s. janrları geniş yayılmışdır.