XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
• iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
• soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı;
• dünya iqtisadiyyatının transformasiyası;
• qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nətijəsində amerikan dəyər sisteminin üstünlük təşkil etməsi;
• ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
• texnoloci inqilab;
• milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları və nüvə silahının yayılmasının qarşısının alınması) həlli qarşısında ajizliyi.
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər: -
Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir:
• xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloci qeyribərabərlik;
• dini və bazar fundamentalizmi;
• irqi və etnik müstəsnalığa iddialılıq;
• ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin genişləndirilməsi; • tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə;
• kütləvi qırğın silahının yayılması.
Mədəni assimilyasiya. Məlum olduğu kimi, XX əsrin son 20 ilində qərb liberalizm ideyaları qələbə çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ijtimaiyyət razılaşmışdır. Həmin tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən sistemləri vasitəsilə qərb dəyərlərinə və qərb həyat tərzinə ardıjıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ yoxdur. Fukuyamanın fikrinjə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və qaydaların formalaşması prosesi gedir.
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni keyfiyyətlər əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik ijmaların yaranmasına səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor mədəniyyətlərin formalaşmasını şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular. Kommunikasiyanın və mədəniyyətlərarası əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının inkişafı bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədrijən bir-birlərilə sıx təmasda olan translokal mədəniyyətlərin gəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər şəbəkə strukturuna malik olaraq, yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya şəbəkələrinin artması nətijəsində yeni professional dünyaların yaranmasını göstərmək olar.
Mədəni izolyasiya (təcrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xariji və daxili düşmənlərlə mübarizə üçün sosial sistemlərin konsolidasiyası məqsədilə əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların mənbəsi - mədəni və dini fundamentalizm, ekoloci, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar recimlərin hakimiyyətə gəlməsi ola bilər. XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir:
1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru istiqamətləndirilmişdir.
2) ikinci, «cəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı cəmiyyətdən açıq tipli cəmiyyətə doğru gedir. Qloballaşma prosesinin dinamikasını şərtləndirən sivilizasion və əsas mədəni arxetiplərin inkişaf xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya mədəniyyətinə təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması, ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya formasiyalar çərçivəsində həyata keçir. Həmin arxetipin əsas etik dəyəri - sosial ədalətdir ki, onun ölçüsünü dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloci prisip kimi isə kollektivizm çıxış edir.
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər əsasında birgə individual fəaliyyət duran sahibkarlıq mədəniyyəti mənsubdur. Rəqabət mədəniyyətinin əsas etik dəyəri - uğurun qarantı kimi şəxsi azadlıq, baza əxlaqi-psixoloci prinsip isə - individualizmdir.
Konfrontasiya mədəniyyətinə bürokratik idarəetmə formaları və bürokratik təşkilati mədəniyyət məxsus olan qapalı, iyerarxik təşkilat sistemləri aiddir. Kofnrontasiya mədəniyyəti çərçivəsində davamlı birgə fəaliyyətin təşkili formaları üstünlük təşkil edir. Təşkilati iyerarxiyanın hər yuxarıda duran instansiyası aşağıda duran təbəqənin konfliktli situasiyalarını həll etməlidir. Buna görə də, bu mədəniyyətin məqsədələrinin müəyyən edilməsində «yuxarıların» maraqları əsas tutulur.
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir. Bu mədəniyyət çərçivəsində birgə yaradıjı fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir. Fraqmerqasiya - amerika politoloqu Dc.Rozenau tərəfindən elmi dövriyyəyə gətirlən termindir ki, inteqrasiya və fraqmentasiya proseslərini bildirir. Fraqmeqrasiya dedikdə, «milli dövlətlərin» blok və ittifaqların formalaşması və möhkəmlənməsi (inteqrasiyası) nəzərdə tutulur.
Lokalizasiya - sosial və mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion hadisələrin konsolidasiyasıdır.
Qlokalizasiya - mədəni hibridləşdirmə nətijəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri əsasında lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı mədəni assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür. Qloballaşma probleminə dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı təsiri aspektindən baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif mədəniyyətlərə mənsub insanların bir-birlərini daha dolğun anlaması məsələsi böyük əhəmiyyət kəsb edir. Kross - mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin nümayəndələrinin ünsiyyəti nətijəsində məna və dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif - dini, milli, professional və ya təşkilat mədəniyyətləri arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur. Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının xüsusiyyətləri, dəyər sistemlərinin mütənasibliyi əsas şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı şərtləndirən digər amil qlobal ictimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər şüurlü şəkildə insanlar tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir. Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli ijmalar arasında ziddiyyət və gərginlikləri çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə dəqiq və obyektiv biliklərin əldə edilməsi olduqca vacibdir. Bununla əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət, qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər.
«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi jəhətdən geridə qalmış Jənub üzərində mədəni sənayə jəhətdən inkişaf etmiş Şimalın hökmranlığını bildirən anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ji ildə amerika alimi İmmanuil Vallerstaynın «Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş şəkildə yayıldı. Vallerstayna görə, «geomədəniyyət» XVI əsrin əvvəllərində yaranmış və tarixdə sosialist eksperimentinin məğlubiyyətindən sonra ən böyük böhran keçirən kapitalist dünyadüzəmi sisteminin mədəni əsasıdır. Onun fikrincə, geomədəniyyət təliminin əsası üç konsept üzərində qurulur:
• BMT - nin üzvləri olan və gələjəkdə üzvlüyə daxil olajaq dövlətlər siyasi jəhətdən müstəqil və iqtisadi jəhətdən avtonomdurlar;
• Bu dövlətlərin hər-biri faktiki olaraq üstünlük təşkil edən və tarixən mövjud olan ən azı bir milli mədəniyyətə malikdir;
• Zaman ötdükcə bu dövlətlərin hər biri müstəqil olaraq inkişaf etmək qüvvəsinə malikdirlər. Məlum olduğu kimi, XX əsr boyu dünyadüzəmin quruluşunda zəngin mərkəz və yoxsul perefiriyanın arasında qeyri-bərabərliyi doğruldan, ideya jəhətdən əsaslandıran liberalizm idi. Hamı ümidvar idi ki, siyasi cəhətdən azad olan millət düzgün (kapitalist və ya sosialist) iqtisadi inkişaf yolu seçərək mütləq uğur əldə edəjək və qüvvətli dövlətə çevriləjəkdir. Bu gün bəşəriyyətin bu qədildən olan liberal ümidləri boşa çıxıb. Alimlərin proqnozuna görə dünyadüzəmin «geomədəniyyəti» yaxın bir zamanlarda böyük dəyişikliklərə məruz qalacaqdır.