Kişilər və qadınlar arasındakı bəzi fərqlər

Kişilər və qadınlar arasındakı bəzi fərqlər

Qadın və kişi arasında olan yaradılış fərqləri çox vaxt onların eyni məsələyə bir-biri ilə müqayisə edilməyəcək dərəcədə fərqli yanaşmalarına səbəb olur.
Ünsiyyət fərqi
Danılmaz faktdır ki, kişilərlə müqayisədə qadınlar danışmağa daha çox meyillidirlər. Buna görə də ünsiyyətin daha çox olduğu peşələrdə qadınar daha yaxşı nəticələr göstərir. Kişilər isə əksinə danışmağa daha az üstünlük verən, əsasən düşüncə, məntiq və fiziki zəhmət tələb edən işlərdə uğur qazanırlar. Məsələn: memarlıq,mühəndislik və s.
Beyin quruluşu
Kişilər beyinlərinin sol yarımkürəsini işlətməyə meyilli olduqları halda qadınlarda beyinin hər iki hissəsi eyni vaxtda işləyə bilir. Bu isə öz növbəsində kişilərin problemlərə daha praktik, qadınların isə daha duyğusal yanaşmasına gətirib çıxardır.
Hissləri ifadə etmək
Qadınlar bədən dilləri və üz ifadələri ilə duyğularını daha asan ifadə edirlər. Kişilər isə bu məsələdə qadınlar qədər bacarıqlı deyil. Buna görə də yenitanışolan iki qadın maksimum yarım saat ərzində heç nə danışmadıqları halda bir-biriləri ilə münasibət qura bilirlər.
Bacarıq
Aparılan araşdırmalar belə deməyə əsas verir ki, qadınlar idrak testləri və duyğusal zəka testlərində daha bacarıqlıdırlar. Kişilər isə əsasən fiziki güc və riyazi biliklər tələb edən məsələlərdə daha bacarıqlıdırlar.
Eşitmə
Keçirilən araşdırmalar belə deməyə əsas verir ki, qadınlarda eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşı inkişaf edib. Onlar səs tonundakı kiçik dəyişiklikləri, o səs tonu ilə sizin ötürmək istədiyiniz mesajları daha rahat şəkildə anlayırlar. Buna görə də qadınlarla danışdığınız zaman daim səs tonunuza, istifadə etdiyiniz sözlərə xüsusi fikir verin.
Yaddaş
Bəzən qarşınızdakı qadın bir neçə il bundan əvvəl baş verən hansısa bir hadisəni bütün xırdalıqları ilə sizə danışa bilər. Bu zaman təccüblənməyinizə ehtiyac yoxdur. Çünki qadınların beyini elə formada qurulub ki, onlar şahidi və ya iştirakçıları olduqları əksər hadisələri uzun müddət xatırlayırlar. Həm də onlar incəliklərə qarşı daha həssas yanaşdıqlarından şahidi olduqları hadisələri bütün təfərrüatı ilə yadda saxlayırlar.
Top