"Tanrı qadınları gözəl yaradıb ki, kişilər onları sevsin və axmaq edib ki, onlar kişiləri sevə bilsinlər" (Faina Ranevskaya)
"Qadın Aristotel deyil", - bunu qadınların intellektinə inanmayan, amma xislətən zəif kişi söyləyəcək.
Biliyini irəli verib, ağıllı olduğunu göstərmək istəyən kişi isə qədim hindusların deyimini xatırlayacaq: "Gərəksiz gərəkli, mümkünsüz mümkün, yeyilməyən dadlı təsiri bağışlayır. Qadın sözləri ilə oturub-duran kişi belədir".
ABŞ-ın Psixoloqlar Assosiasiyası belə kişiləri şərti olaraq 4 tipə bölür: 2. Bir qədər yumşaq liberallar - 30 faiz. Qadınların ağıllı olduqları ilə candərdi razılaşsalar da, zərif cinsin dərrakəli olduğuna inanmırlar. Onlar qadınların istisnasız olaraq hamısının emosional məxluq olduqlarına əsla şübhə etmirlər. Belə kişilərin fikrincə, qadınlar arasında ən ağıllısı, ən yaxşı halda, yumşaq cildli ucuz roman oxuyur, seriallara baxır. Qadın onun bilmədiyi məsələlərdən danışan qadın görəndə qıcııqlanır. Bəhs etdiyimiz kişilərin həyat prinsipi belədir: "Qadını dinlə, tərsini et!" 3. Ağıllılar - 19 faiz. Belə kişilər qadınların intellektual baxımdan onlardan əsla geri qalmadıqlarını etiraf edirlər. Onlar ağıllı qadınlarla həvəslə danışırlar, çünki qadının ondan ağıllı olması faktı həmin kişini alçaltmır. I və II tipli kişilərlə oturub-durandan sonra evə qayıdan bu kişi qadının üstə qışqıra da bilər. Lakin qadın danışanda onlar diqqətlə dinləyirlər. 4. İntellektual vampirlər - 1 faiz. Belə kişilər üçün qadın ağlı və intellekti "Viaqra"dan da üstündür. Qadının elmi dərəcəsi, yüksək vəzifəsi və ya məşhurluğu həmin kişini həddən ziyadə ruhlandırır. Bəhs etdiyimiz kişi tipi könüllü olaraq qadının əlində marionetkaya çevrilməyə həvəslə razılıq verirlər. Kişilər arasında yayılmış bir para təsəvvürlərə görə, tənhalığa ağılsız, hətta “sarışın” qadınlar məhkumdur, çünki bu cür qadınlarla ağıllı kişilər danışmaq üçün mövzu tapmırlar. Lakin bu gün tənhalıqdan ağıllı, karyera həyatında uğurlu, bir çox kişinin bəyəndiyi, bir sözlə, ideal xanımlar əziyyət çəkirlər. Bu ideal qadınlar öz həyatlarını planlaşdırmış, özlərinə məxsus tabularla yaşayırlar. Bu cür qadınları kişilər xəyal etsələr də, onlara yaxınlaşmağa belə qorxurlar. Çünki belə qadına baxanda onun mükəmməl olduğunu başa düşdüyün kimi, əlçatmaz olduğunu da başa düşürsən. Ciddi kişi heç bir şansı olmadığını anlayıb, bu qadının yanından ötüb keçir. Psixoloq Dəyanət Rzayev deyir ki, qadının ağıllı olması kişiləri bir çox hallarda qorxudur. Çünki qadının ağıllı olması kişiləri idarə etmək bacarığına sahib olması deməkdir: “Bu, çox yanlış bir fikirdir ki, guya qadın bisavaddırsa, onu aldatmaq bir o qədər asandır. Qadının savadsız olması intellektual bir kişi üçün çətinliklər yaradır. Ağıllı, savadlı, mədəniyyət sahibi olan qadınsa, kişini hər zaman başa düşüb, ona dayaq olmağa çalışar”. Psixoloqlar, ekspertlər və elə kişilərin əksəriyyəti də düşünür ki, intellektual xanım gülməli vəziyyətə düşməkdən qorxur, bir dəqiqə də olsun, özünü sərbəst apara bilmir. Bununsa nəticəsi - həmini qadın cansıxıcıdır. Və ona görə yox ki, o bir insan kimi maraqsızdır. Bu cür qadınlar yeriyən vikipediya belə ola bilərlər, lakin yenə də heç kəsdə maraq oyatmazlar. Fransız psixoloqu Anri Delamer məşhur "Qadın və Kişi" essesində yazır: "Kişilər özünü olduğunan artıq düşünən, hər hərəkətini ölçüb-biçən qadınla birlikdə yaşamağı cəhənnəm əzabı sayırlar. Axı belə həyat kişi üçün əbədi imtahan, etiket sınağıdır. Ütülənmiş, nişastalanmış köynək yaxşıdır. Amma belə köynəyi işdən evə gələndə çıxarmaq, rahat paltarda dolaşmaq istəyirsən. Cansıxıcı, quru, çərçivə davranışlı qadın da kişilər üçün izafi yükdür. Kişi qadının ifrat ağlının təzahürünü mətbəxdə görmək istəmir. Ona görə də ən müdrik qadınlar evdə sadəcə, Qadın olurlar". Pakistanın mərhum baş naziri Benəzir Bhutto "mən evimdə sadəcə, ərimin arvadı, uşaqlarımın anasıyam" deyirdisə, əfsanəvi siyasətçi Marqaret Tetçer indi də "Ailəm üçün həyatım ictimai və siyasi fəaliyyətimdən tam fərqlidir" söyləyir. Dünyanın ən erotik, gözəl supermodellərindən biri sayılan braziliyalı Adriana Lima isə "Vogue" jurnalının reportyoru ilə söhbətində demişdi: "Özümü hamıdan gözəl, seksual, cazibədar sayaraq "Kişi üçün niyə nəyisə etmək üçün çalışmalıyam?" demirəm. Podiumda milyonların sevimlisi ola bilərəm. Amma evdə ərimə xoş gəlməyə, onun istəklərini anlamağa çalışıram. Bunu etməsəm, qadın olmaram..." Səhər ailə üzvlərindən tez oyanan, evi həyəti təmizləyən, paltarları yuyan, naharı hazırlayıb həyat yoldaşı oyananda isə qulluğunda duran, uşaqları məktəbə yola salıb eyni işlərini davam edən qadın. Bu səhnə demək olar ki, hər gün təkrarlanır. Bəlkə də keçmişdən qalan ənənələrimiz, adətlərimizdir ki, bəzi kişilər qadının onlarla bərabər hüquqlar daşımalarını qəbul etmirlər. “Qadın işləyə bilər, bu, çox normaldır. Lakin əgər mənim həyat yoldaşım, evə məndən çox pul gətirirsə - bu, artıq problemə çevrilir. Axı evin kişisi mən olduğumdan, pulu da mən qazanmalıyam”, - 26 yaşlı Fərid Musayev deyir. Nədənsə, bəzi kişilər qadının onlardan çox qazanmasına pis baxırlar. Səbəb isə müxtəlifdir. Psixoloq Dəyanət Rzayevin dediyinə görə, kişilərin əksəriyətinin fikrincə, əgər qadın evə ondan çox pul gətirirsə, artıq qadının sözü keçəcək. Və kişidən də heç bir "asılacağı" olmayacaq. “İkinci ali təhsili alıram, eyni zamanda da işləyirəm. Ətrafımdakılar hər zaman məni bəyəndiklərini deyirlər. Eyni zamanda tənhalığımı heç kəslə bölüşə bilmirəm. Çünki hamının ağlında mən gözəl və güclü biriyəm. Çox istəmişəm özümü dəyişəm, lakin bunun mümkünsüz olduğunu sonradan başa düşmüşəm”, - 25 yaşında olan Aygün Həşimova dedi. Bu cür xanımlar kişilər üçün əlçatmaz bir arzu olaraq qalır. Sanki bahalı, hər zaman xəyal etdiyi maşın kimi. Əslində bu cür maşına hər bir kişi sahib olmaq istəyir - lakin sonradan ona baxaraq, çəkəcəyi xərcləri başa düşəndə yanından ötüb gedir. Çünki bunun ona baha başa gələcəyini anlayır. Deyirsiniz xanım hara, maşın hara?! Lakin müqaisə etməyə çox şey var. İdeal xanımı da bu cür arzulayırlar, amma ki, onun nələrə başa gələcəyini başa düşüb, yanından ötüb keçirlər. Ya da bu cür xanıma baxıb, “Yəqin ki, artıq həyatında kimsə var - hər halda, bu cür xanım tək olmaz ki” deyərək üz döndərirlər. Bu isə qadının əlçatmaz olmasına gətirib çıxarır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, güclü qadınlardan kişilər müəyyən qədər çəkinirlər: “Kişi özünü hər zaman güclü göstərmək istəyir. Qadın güclü olanda isə, kişi özünü zəif hiss edir. Bu, bizdə formalaşmış stereotiplərdir - qadın əgər ağıllıdırsa, kişi daha aciz görünəcək. Lakin kişilər də anlamırlar ki, əgər onun yanında ağıllı qadın varsa, bu, onun xeyrinədir. Kənardan da daha yaxşı qəbul olanacaq. Amma bizdə elə məqamlar olur ki, qadınlarımız da bəylərimizlə düzgün rəftar etmirlər. Məsələn, elə yer var ki, kişi danışmalıdır, görürsən qadın danışır. Bu isə düzgün deyil. Bunun zamana ehtiyacı var. Qarşılıqlı hörmət olmalıdır. Bu olmadığı müddətdə kişilərimizin ağıllı qadınlardan qaçdıqları kimi, eyni zamanda da özlərini ideal hesab edən qadınlar kişilərdən uzaq duracaqlar. İnsanı olduğu kimi qəbul etmək lazımdır”. Kişilərin qadına olan sevgiləri analarından başlayır. Çünki onların tanıdığı, gözlərini açanda ilk gördüyü qadın anaları olur. Elə bu səbəbdən də bir çox hallarda kişilər analarına oxşar qadınların axtarışında olurlar. Yəni nümunə olaraq öz analarını görürlər. Bu da təbii bir haldır. “Mənim anam hər zaman qayğıma qalıb, yeməyimdən tutmuş, geyimimə belə, təsirini göstərib. Hər hansı bir işimi onunla məsləhətləşərək etmişəm. İndi isə artıq iki ildir ki, evliyəm. Həyat yoldaşım da anam kimi qayğıma çox qalır. Bəlkə də bu təsadüfdür ki, belə qadına rast gəlmişəm” - Fərid Musayev dedi. Əslində isə bu təsadüf deyil. Çünki kişilər özləri də bilmədən analarına bənzər qadınla ailə qurmağa çalışırlar. Bu səbəbdən də çox hallarda kişidən “anam bu cür bişirirdi, anam paltarlarımı daha yaxşı ütüləyrdi və s.” kimi ifadələri eşidəndə qadınlar bir az təmkinli olmalıdırlar. Çünki kişinin həyatındakı ilk qadın anası olub. Bu səbəbdən də ideal xanımlara, tənha qalmamaq üçün bir az özlərini dəyişməyi məsləhət görürük. Ən azı, kişilərə olan münasibətinizi dəyişməyə çalışın... Müəllif: Türkan Nadirqızı
Lakin onu da unutmayaq ki, qədim romalılar deyərdilər: "Qadınlar təbiətdən, kişilər isə kitabələrdən ağıllıdır".
Gerçəkdən də, qadınların intellektual qabiliyyətinə münasibət baxımından kişilərin mövqeləri çox fərqlidir.
1. Xurafatçılar - 50 faiz. Eqosentrizm, təşəxxüs və müştəbehliyi həyat fəlsəfəsi etmiş şəxslər. Onlar qadınların yalnız ev işləri üçün yararlı olduqlarını düşünür, ağıllı qadınla evlənməyi Britannika Ensiklopediyası ilə nişanlanmaq təki eybəcərlik sayırlar. Qadının "antropoloji paradiqma" ifadəsinin mənasını bilməsi, özünün isə bu sözlərin nə demək olduğundan bixəbər qalması həmin kişini əqli iflic vəziyyətinə salır.Adı üstündə ağıllı qadın
Əsl qadın necə olmalıdır?
İdeal qadın əlçatmaz arzudur?
“Hər bir kişinin həyatındakı ilk qadın obrazı...”
Mənbə: http://www.milli.az/news/society/79055.html