Amerikada 57 yaşlı Kloe Cenninq Uaytın ən böyük arzusu şikəst qalaraq əlil arabasından istifadə etməkdir. Məlumata görə, Cenninq 9 yaşında ikən xalası ilə birlikdə qəzaya düşüb və iflic olan xalasının əlil arabası sürməsi ona maraqlı gəlib. Kiçik qız velosipedini ağaca çırparaq özünü şikləst etmək istəyib, xəsarət alsa da ona heç nə olmayıb. Bu fikri heç cür özündən uzaqlaşdıra bilməyən Uayt vaxtaşırı gizlicə əlil arabası sürməyə başlayıb.
Kloe Cenninq Uayt böyüyüb universitet təhsili alsa da, yaxasından əl çəkməyən bu fikir onu bəzən özünə qarşı qəzalar törətməyə sövq edib. 2006-cı ildə kieçirdiyi xizək qəzasında isə qadın sol baldırında hissetməni itirib. 2008-ci ildə həkim heyəti onun tam sağlam olması barədə arayış versə də, Uayt özünü ömürlük əlil arabasına məhkum etdi. Beləliklə, onurğa sütununa ziyan vurmağı ümid edən Cenninq Uayt 4 ildir günün 12 saatını əili arabasında keçirir.