Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

25-ci kadr virusu

Komputer monitorları və ya adi televiziya ekranları vasitəsilə insan beyninə lazımi informasiyanı (fikri, ideyanı, baxışı, kodu və s.) yeritməyə qadir olan metodlar içərisində bu gün elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsulu – “25-ci kadr virusu”dur. Hətta min illərdən bəri insan oğluna məlum olan hipnoz da effektliliyinə görə ondan geri qalır. Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə bağlıdır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən bəri elm insanın yalnız 25 kadr/saniyə sürəti ilə verilən video lentləri normal qavrayıb, digər sürətləri isə ekranda zolaqlar axını şəklində müşahidə etdiyini müəyyən edib (Hazırda müasir elmi nailiyyətlər nəticəsində bu sürətin ayrı-ayrı canlılar üçün bir-birindən fərqli olduğu müəyyən edilib. Məsələn, arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçün isə 12 kadra bərabərdir)
Davamı →

“Google”da iş görüşməsi zamanı rast gələ biləcəyiniz 10 sual

“Google” kimi nəhəng şirkətin bir parçası olmaq milyonlarla insanın arzusudur, ancaq burada işləmək üçün 5 ali təhsil, böyük təcrübə kifayət deyil. Qeyri-standard düşüncə tərziniz, məntiqiniz və 6-cı hissiniz güclü olmalıdır.

1. Saatın saat və dəqiqə əqrəbləri 1 gün ərzində neçə dəfə kəsişir?
2. Tennis topunun səthi niyə ipək deyil?

3. Bir ölkədə insanlar ancaq oğlan övladlarının olmasını istəyir. Hər bir ailə oğul övladına sahib olana qədər dünyaya övlad gətirir. Əgər ailədə qız övladı doğularsa, valideynlər yenidən uşaq sahibi olmağa çalışır. Belə bir ölkədə oğlanların və qızların nisbəti nə qədər olacaq?

4. Gecə saatlarında 4 nəfər evinə getmək üçün asılma körpüdən keçməlidir, ancaq onların cəmi 1 fonarı var. Həmin fonarın enerjisi isə 17 dəqiqə sonra bitəcəkdir.
Davamı →

Adam öldürəndə kimlər ehtirasa gəlir?

Məşhur rəssam Endi Uorholun kinorejissor Alfred Hiçkokla müsahibəsini təqdim edirik. Müsahibə 1974-cü ildə ildə yazılıb.
Uorhol: Mən diktofonu qoşmuşam, amma heç bilmirəm nə deyim. (hiçkoka) Danışmaq çətin işdir, elə deyil? Siz nə vaxtsa bu şəhərdə film çəkmisiniz?
Hiçkok: Ancaq bəzi hissələri. “Şimala Şimali-qərbdən” filmi qismən burada çəkilib. Plaza otelin qabağında.
Uorhol: Öz filminizin ən böyük ulduzu kimi baş rola çəkilmək istəmirsiz?
Hiçkok: Az qala belə bir şey olacaqdı. Bir neçə il qabaq.
Uorholl: Doğrudan? Deməli bunu indi etmək lazımdı.
Davamı →

Meymunu insana çevirən müharibədir

Hücumlar, münaqişələr və qrup seçimi sosial təkamülün hərəkətverici qüvvəsidir.
Yer kürəsində indiyədək təxminən yarım milyard növ canlı yaşayıb. Və bu növlərdən yalnız biri insan zəkası və ictimai təşkilat səviyyəsinə çata bilmişdir. Başqa namizəd və ya müsabiqənin davamı olmayacaq. Məşhur bioloq Edvard Wilson “Eusociality” adlı kitabında bu yarışmada aqressiyanın mühüm rol oynadığını sübut edir.
Bəşəriyyətin mənşəyi haqqında bildiklərimizi daha yaxşı başa düşmək üçün filogenetik qardaşlarımıza – şimpanze və bonobolara nəzər salaq. Onların instinktiv davranışı özünəməxsus mədəniyyətə malikdir. Şimpanze və bonoboların yaşadıqları icmalardakı sayı 150-ə qədər olur. Onlar öz ərazilərini qorumaq üçün çox vaxt zorakılığa əl atırlar. Hər bir icma 5-10 şimpanze və ya bonobodan ibarət olan altqruplara bölünür,  üzvləri isə daim dəyişir. Aqressiv davranış həm icmalar arasında, həm də altqruplar arasında baş verə bilər.
Davamı →

Bu ərazilərin sakinləri həm xoşbəxt, həm sağlamdırlar

“Gallup”* (Qallup) and “Healtways”*-in (Helsveys) birgə hesabatına əsasən, sizin bu suala cavabınız, əslində, sağlamlığınız və rifahınıza qarşı nə dərəcədə diqqətli olduğunuzu göstərir. Gallup tədqiqatlarının icraçısı Dan Witters (Den Vitters) bildirir: “Ümumiyyətlə, diş həkiminə mütəmadi olaraq gedən kəslər istər həyat tərzlərinə dəyər vermə baxımından,  istərsə də həkim kontrollarından keçmək baxımından fiziki olaraq daha sağlamdır, nəinki dişləri ilə bağlı şikayətləri olanlar. ”
Davamı →

Yəhudiləri niyə sevməliyik?

Əlbəttə, mən dünyada mütləq həqiqətin olduğuna inanmıram. Elə Eynşteynin zaman anlayışı kimi, mənimçün də həqiqət nisbidir. Lakin mütləq həqiqətə bütün həqiqətlərdən daha yaxın olan bir həqiqət var: bütün bəşər yəhudilərə borcludur.
Ayrı-seçkiliklərin hamısına qarşıyam. Amma söhbət yəhudilərdən gedirsə, mən də bir ayrı-seçkilik edirəm, çünki onları digər bütün xalqlardan daha çox sevirəm. Hamımız gündə yüz yol eşidirik ki, yəhudilər dahidir, yəhudilər elmin, mədəniyyətin tanrılarıdır, dünyaya saysız-hesabsız böyük ixtiralar verib və insanları hər əsrin böyük bəlalarından xilas ediblər. Hansımız dərindən bilirik yəhudilərin bəşər üçün nələr etdiklərini? Bu böyük tarixə kiçik bir nəzər salaq.
Davamı →

Üzümüzdə yaşayan böcəklər, Onlar cütləşir, artır və ölür

Hər bir anda üzünüzdə, yüzlərlə çox kiçik orqanizm yaşayır. Onlar yeyir, cütləşir, yumurta qoyur və ölür.
Araxnid və ya hörümçəkkimilərə aid bu mikroskopik ektoparazitlərin — bədənin səthi və ya xarici orqanlarında yaşayan parazitlər — ölçüsü 0,4 mm keçmir.
Demodex folliculorum (D. folliculorum ) və Demodex brevis (D. brevis) böcəkləri hörümçək və gənələrin cırtdan qohumlarıdır.
Davamı →

Hitlerin əlaltılarının sirləri

Alman faşistlərinin lideri Hitlerin vədlərindən fərqli olaraq III reyx min il yox, cəmi 12 il mövcud oldu. Üstəlik, nasistlər ölkəyə bir sıra misli görünməmiş bədbəxtliklər gətirdilər. Təkcə Drezdenin, Münhenin və digər şəhərlərin amerikalılar və ingilislər, Berlinin ruslar tərəfindən bombardmanları nəticəsində, on minlərlə dinc sakin həlak oldu. Anti-faşist koalisiyasının üzvləri Almaniyanı diz çökdürüb təslim aktı masasına əyləşdirmək üçün Berlində daşı daş üstə qoymadılar, 2,5 milyon alman qadını rus əsgərləri tərəfindən zorlandı. Ümumilikdə, İkinci Dünya müharibəsi Almaniyaya 13,6 milyon insanın həyatı bahasına başa gəldi.
Davamı →

Hitler haqqında bilmədikləriniz

Hitler haqqında çox yazılıb və danışılıb, amma hələ də geniş kütlənin bilmədiyi gizli məqamlar yetərincə çoxdur.
Əvvəlcədən onu qeyd edək ki, Hitler gözəl natiq olub və insanları özünə cəzb etməyi və ideyalarını çox yaxşı aşılamağı bacaran birisi olub. Məhz bu natiqliyi hesabına Hitler milyonlarla insanı öz ideyalarına inandırıb və ölümə yollayıb. Onun gözəl aktyorluq qabliyyəti olduğundan, mitinqöncəsi çıxışını necə quracağını və necə ictimaiyyətə təsir edəcəyini öncədən analiz edib və buna uyğun   tərzdə danışarmış...
Davamı →

KQB-nin qadın casusları

Hərbi dəniz donanmasının zabiti Kleyton Lantri 1980-ci illlərdə ABŞ-ın Moskvadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı idi. Səfirliyin digər əməkdaşları kimi Lantriyə də Sovet qadınları ilə münasibət qurmaq qadağan edilmişdi. Amma KQB casusu Violetta Şeyna gənc amerikalı zabiti ələ keçirməyi bacardı. Münasibətlərin başlamasıyla Lantri Sovet kəşfiyyatının qucağına düşdü.
KQB-nin şantajı ilə üzləşən Lantri səfirliyin bütün gizli planlarını Moskvaya verməyə məcbur oldu.
Ən əhəmiyyətlisi bu idi ki, Amerikanın bütün SSRİ ərazilərindəki casuslarının siyahısı KQB-nin əlinə keçdi.
Davamı →
Top