Aksel Erlandson (Axel Erlandson, 1884-1964) qeyri-adi fermer idi. O, ağacları özünün xüsusi dizayn üzrə inkşaf etdirirdi. Müxtəlif əcaib formalı ağaclar «dünyanın ən qəribə» ağacları kimi tanındı. Özü isə buna “Ağacların Sirki” adı vermişdi. Qeyri-real hörmə formalı ağaclar daha çox dekorativ heykəlləri xatırladır. Təəssüf ki, Aksel öz sirrini heç kimə demədən dünyasını dəyişdi.