Fantastika janrının böyük qadın yazarı, 20-dən çox mükafatın laureatçısı Andre Norton 1912-ci il fevralın 17-də Klivlenddə, ştat Oqayoda anadan olub. O, məktəbdə tez-tez kitabxanalara baş çəkib, çox oxuyub, məktəbdə divar qəzetinin redaktoru kimi çalışıb və bu qəzet üçün özünün birinci nağıllarını yazıb.
Andre Norton 1930-1932-ci illərdə Vestern universitetində təhsil alıb, 20 il Klivlend ictimai kitabxanasında işləyib. O, 1950-1956-cı illərdə Cırtdanpress nəşriyyatının redaktoru kimi fəaliyyət göstərib.
A.Norton birinci kitabını hərbi roman janrında 1934-cü ildə yazıb və “Şahzadənin əmri” adı ilə çap edib. O, 1947-ci ildə əsərlərini fantastik janrda yazmağa başlayıb. Nortonun yaradıcılığında fantastik janrda yazılmış romanları içərisində ən məşhurları bunlardır: Kraterin insanları, Ulduzlar qapısı, Günəş kraliçası, Cadügərlik dünyası.
Yazıçı cəmi 130 roman yazıb. O, 1984-cü ildə “Jül Vern”, 1997-ci ildə isə “Dünya fantastika” mükafatlarının qalibi olub.
Andre Norton 2005-ci il martın 17-də Amerikanın Tennesi ştatında Merfrisboro şəhərindəki evində vəfat edib. Onun adına ölümündən sonra “Andre Norton mükafatı” təsis ediblər.
azertag.az