Narkotikin təsiriylə yaradılmış 10 əsər

Narkotikin təsiriylə yaradılmış 10 əsər

1. Stephen King – 80-ci illərdə yazdığı əsərlər
Belə ki, King, ‘'IT'', ‘'The Dark Tower'' kimi əsərlərini kokain təsiri altında yazıbmış. Hətta bəzilərini yazdığını xatırlamırmış belə.


2. Ken Kesey — One Flew Over the Cuckoo's Nest
Kesey, 1959-cu ildə bir xəstəxanada assistent olaraq işləyirdi. Bu zaman LCD maddəsinin təsirlərini araşdıran bir araşdırmada vəzifə almağa başladı və burada narkotik ilə tanış oldu. Buradakı xatirələrini daha sonra ‘'One Flew Over the Cuckoo's Nest'' romanında istifadə etdi.

3. Jean Paul Sartre
Gəlmiş keçmiş ən yaxşı yazıçılardan olan Sartrenin maraqlı bir diyetası vardı. Gündəlik menyusu belə idi; 2 paket siqaret, 4 şüşə likör(ətirli spirtli içki), 200 milliqram amfetamin, 15 qram aspirin, yuxu dərmanları və 20 Cordran (amfetamin və aspirin qarışığı bir maddə).


4. Vladimir Mayakovski və Sovetlərin ‘'Yeni İqtisadi Siyasətlər'' dövrü
Sovet Rusiyasında kokain tapmaq bir şüşə araq tapmaqdan daha asan idi. Belə ki, kokaini bir paket siqaret ilə birlikdə ala bilərdiniz. Məşhur Rus yazar Vladimir Mayakovski bu dövrləri olduqca ‘'məhsuldar'' keçirmişdir.

5. Charles Dickens və Viktoriya Dövrü
Viktoriya Dövründə tiryək və kokain istifadəsi olduqca məşhur idi. Həkimlərin narkotik maddələri antidepresan olaraq tövsiyə etdikləri sənədlərlə sabitdir. Dövrün şahidləri Charles Dickensin dövrün modasına uyğun olaraq narkotik maddə istifadə etdiyini yazmışlar. Deyilənə görə özü gündəlik həyatında olduqca qəribə davranır və bəzi ‘'şeylər'' görürdü.

6. Lewis Carrol
Bir başqa Viktorya Dövrü yazarı. Özü tiryəki və spirti qarışdırıb içərdi. Lakin bunu həzz verdiyi üçün deyil həkim tövsiyəsi üzərinə, müalicə məqsədli istifadə edərdi. ‘'Alice In Wonderland"ı narkotik təsiri altında olarkən yazmış ola biləcəyi düşünülür.


7. Sigmund Freud və narkotik araşdırmaları

Məşhur nevroloq, kokainə olduqca ilişmişdi. Kokainin insanlara hiss etdirdiklərindən o qədər təsirlənmişdi ki, arvadına və yaxın ətrafına şiddətlə tövsiyə etmişdi. Lakin bir müddət sonra elm adamları kokainin o qədər də günahsız olmadığının fərqinə vardı. Bu vəziyyət Freudu olduqca üzdü, hətta peşman etdi. Asılılıqdan xilas olmaq üçün uzun müddət müalicə aldı.

8. Charles Baudelaire və Xaşxaş Klubu
1844 və 1848-ci illərdə şair bu klubda olduqca çox zaman keçirirdi. Digər üzvlərin izah etdiklərinə görə Baudelaire, xaşxaşı təcrübə məqsədli istifadə edirdi. Özü bir müddət sonra tiryəkə də asılı oldu lakin sonra buraxdı.

9. BBC’nin uşaq proqramları
BBC'nin köhnə yazarlarından olan Xanım Graham, prodüser qrupun yazarlara kokain verdiyini açıqladı. Dediklərinə görə, prodüser qrupu narkotik istifadəsini cəzalandırmaq bir tərəfə, hətda təşviq edirmiş. Bəli, hamımızın sevdiyi Teletabis də bu başlardan çıxıbmış.



10. Mikhail Bulgakov
Yazar sıxlıqla morfin istifadə etmişdir. O, bu maddəni difteriya xəstəliyinin səbəb olduğu ağrıları dindirmək üçün istifadə etdi. Lakin daha sonra asılı oldu. Bulkagov asılılığından özü-özünə 5 il ərzində xilas ola bilmişdir.

XƏBƏRDARLIQ: Buradakı bütün əsərlər narkotikin deyil, qabiliyyətin, bacarığın əsərləridir. Yazarlar narkotiki bir köməkçidən çox özlərini cəzalandırma məqsədiylə istifadə etmişdilər.

kenquru.az
Top