Tolstoydan məsləhətlər

Tolstoydan məsləhətlər

Tolstoy 1828-ci ildə böyük torpaq sahibi, əsilzadə bir ailənin övladı olaraq doğulub. Uşaq yaşlarında ata-anası öldüyü üçün onun tərbiyəsi ilə qohumları məşğul olub. 16 yaşında Rusiyadakı Kazan Universitetinə daxil olub, amma bir müddət sonra buradakı rəsmiyyət, sərt təlimatlarla ayaqlaşmadığı üçün universitetdən qovulub.

Bir yandan ona qalan torpaqları idarə edərkən, bir tərəfdən şəxsi inkişafı ilə məşğul olmağa başlayıb. Bu inkişaf prosesində saysız-hesabsız kitab oxuyan Tolstoy bəzi yazarların öz həyatlarını, bəzilərinin yaratdıqları qəhrəmanları örnək alaraq «tərbiyələnib”. Tolstoyun özünüinkişafdan keçmək istəyənlər üçün məsləhət gördüyü yazarları təqdim edirik.

Onore de Balzak – Balzaka fərdi şəkildə nə borclu olduğumu bilmirəm. Ondan birmənalı şəkildə nə öyrəndiyimi deyə bilmirəm. Amma ümumilikdə, onun dünya ədəbiyyatında rolu böyükdür.

Stendal – Əgər mən Stendalın „Parma Monastrı”nı oxumamış olsaydım, “Hərb və sülh”ün müharibə səhnələrini yaza bilməzdim.

Uilyam Tekkerey – Əgər dünya ədəbiyyatı arasında seçim edəsi olsanız, fransızları daha çox oxuyun.

Qustav Flober – Hamının yazmağı öyrəndiyi imzaları dərinliyi ilə kəşf edin – Balzakı, Floberi, Stendalı, Mopassanı oxuyun.

Gi de Mopassan – Necə yazmaq lazım olduğunu yaxşı bilir, qəhrəmanların duyğularını və hekayənin məğzini gücləndirmə qabiliyyəti insanı təəccübləndirəcək qədər inkişaf edib.

Çarlz Dikkens – Bu siyahıya bircə Dikkensi əlavə edə bilərəm. Bəli, o nümunədir, oxunulmalı yazardır.
Top