Emberto Eko: Həyatın qaydaları

Emberto Eko: Həyatın qaydaları

Mən borsolino-papaqları ilə məşhur olan Alessandroda anadan olmuşam. İtaliya intelektuallar ölkəsidir kimi düşünmək lazım deyil. Mikelancelonun və ya Rafaelin əslən İtaliyadan olması hələ heçnə demək deyil.
Hər bir avropalı küçəyə çıxarkən orta əsr kilsələrini görür, ona görə də onlara orta əsrlər maraqlı deyil. İndianapolis — bu başqa məsələdir. Ən maraqlı məktubları belə yerlərdən alıram.

Başqa insanları qulaqlarından tutub kokos yeməkdən ayıra bilmədiyiniz kimi, məni də qulaqlarımdan tutub orta əsrlərdən ayıra bilməzsiniz.

Düşünürəm ki, əgər orta əsrlərdə yaşamış olsaydım çoxdan ölmüşdüm. Atam mühasib idi, onun atası isə tipoqrof idi. Atam ailədə 13 uşaqdan ən böyüyü idi, mən isə atamın ilk oğlu idim. Mənim də ilk övladım oğlan idi və analoji olaraq oğlumun da ilk övladı oğlan idi. Bunu nəyə gətirirəm? Əgər məlum olsa ki, Eko ailəsi Bizans imperiyasının törəmələridir, onda belə çıxır ki, mənim nəvəm dofindir (dofin- kral ailəsinin varisi).

Atam gəncliyində böyük kitab həvəskarı idi. Atamgil 13 uşaq olduğundan ailə çətinliklə keçinə bilirdi və o kitab almağı özünə rəva bilmirdi. Bu zaman atam küçə köşklərində oxumağa başladı. Yaxınlaşır, bir kitab götürür və köşkün sahibi onu qovana qədər kitabı oxuyurdu. Bu vaxt o növbəti kioska gedir, həmin kitabı qaldığı yerdən açır və oxumağa davam edirdi. Mən bu xatirələri yüksək qiymətləndirirəm — onun israrla kitab arxasından getməyini.

Babam təqaüdə çıxanda kitabları cildləməklə məşğul olmağa başladı. Qədim, gözəl illisturasiyalı olan Höte və Dumanın əsərləri evin hər yerində olardı. Bunlar mənim ilk gördüyüm kitablar idi. 1938-ci ildə babam vəfat edəndə, sifarişçilərin çoxu gəlib kitablarını götürmədi və bu kitabları böyük bir qutuya yığıb valideynlərimin zirzəmisinə yerləşdirdik. Zaman-zaman məni oraya kömür və ya çaxır arxasıyca göndərərdilər. Mən elə bunu da gözləyərdim.

Bəli, mən də şeir yazırdım. Nə vaxtsa demişəm ki, poeziya yeniyetmələrin üzündəki səpkilərə bənzəyir. Bu mərhələni keçməmək mümkünsüzdür. 15 və ya 16 yaşında poeziya masturbasiyadır. Yaxşı şairin pis şairdən fərqi ondadır ki, yaxşı şair ilk vaxtlar yazdığı şeirləri yandırır, pis şair isə onları nəşr etdirir.

Bir neçə ay bundan öncə mən özüm üçün iki min dollara şeypur aldım. Siz yəqin ki, bilirsiniz: şeypurda çala bilmək üçün mütəmadi olaraq məşq etmək lazımdır, mən isə çoxdan lap çoxdandır ki, bunu etmirdim. Beləliklə, mən indi şeypurda yaxşı ifa etmirəm, ancaq on iki yaşımda möhtəşəm ifa edirdim. Ancaq indi mən şeypuru ifa etmək üçün almamışam. Bir zamanlar necə olduğumun şahidi olsun deyə almışam.

Necə bir qəhrəman xəyal etməyindən asılı olmayaraq o sənin zehniyyətinin və təcrübənin məhsulu olacaq.

Əsl qəhrəman — hər zaman səhvə görə qəhrəman olur. Əslində o, bütün ətrafdakı normal insanlar kimi dürüst və qorxaq olmaq arzusundadır.

Ola bilsin ki, sizin üçün maraqlı olacaq ki, mən nə vaxtsa Yan Fleminqin tipik sujetinin struktur təhlilini nəşr etdirmişəm. (Ceyms Bond kitablarının müəllifi) Detektiv ədəbiyyatı məni ona görə özünə cəlb edir ki, burada fəlsəfənin mərkəzi sualı verilir — Bütün bunları kim etdi?

“Gülün adı” əsərini yazmağa başlayanda həqiqətən bilməzdim ki, Aristotelin itirilmiş “Poetika” cildində nələr vardır. (araşdırmalar nəticəsində bəlli olub ki, günümüzə yalnız iki kitabdan birincisi-faciəyə həsr olunmuş — gəlib çıxmışdır). — özlüyündə isə bütünlükdə komediyaya həsr olunmuşdur. Ancaq kitabın yazılış dövründə mən bütün bunları anlamağa başladım.

Hər dəfə yeni kitab yazmağa başlayanda özümü iki illik həbsdə hesab edirəm, çünki kitab uşağa bənzəyir. Əvvəlcə sən ona həyat verməlisən, sonra qayğısına qalmalısan və bütün bunlardan sonra o, nəhayət yeriməyə və danışmağa başlayır.

Yaxşı kitab hər zaman müəllifindən daha ağıllıdır. Tez-tez o elə hadisələrdən bəhs edir ki, heç müəllif onları təxmin belə etmir.

Mədəniyyət insanının ilkin öhdəliyi hər zaman ensiklopediya yazmağa hazır olmağıdır.

Mən televiziyanı sevirəm və hesab edirəm ki, dünyada elə bir ciddi insan olmasın ki, televiziyaya baxmağı sevməsin. Ola bilsin ki, yeganə insanam ki, bunu etiraf edə bilirəm.

Məni sosial şəbəkələrdən istifadələrin sayı çox az narahat edir. Onların gördükləri bütün iş kabuslarla söhbət etməkdən ibarətdir.

Bilmirəm ki, düzgünlük nə deməkdir. Ancaq bilirəm ki, bunda haqlıyam.

Ola bilsin ki, mən fikirləşdiyim qədər ağıllı deyiləm. Bəlkə də elə insanların fikirləşdikləri qədər də ağıllı deyiləm.

Guya insanların yüngül ədəbiyyat oxumaq meylləri nəşriyyatlar tərəfindən yayılmış mifdir.

İnsanlar sadə hadisələrdən tez yorulurlar.

Hadisələr arasında paralellər tapmaq çox asandır. Siz mənə 50 dollar verin və mən sizə elə bir esse yazım ki, orada bu günkü gün və dünya ilə paralel neandertallar yaşayır.

Heç bir zaman Orta əsrləri qaranlıq dövr hesab etməmişəm. Bu münbit torpaq idi hansı ki, burada Dirçəliş meydana gəldi.

Bütün dünya mədəniyyəti bir şeyi istəyir — sonsuzluğu əlçatan etmək.

Mən tamamilə əminəm ki, istənilən oxunmuş kitab insanı digərini oxumağa vadar edir.

Əgər sən kitab yazmaq istəyirsənsə bunun üçün heç bir qayda-qanun və düzgün iş rejimi yoxdur. Bəzən mən bir səhifəni 13 dəfə yazıram, əgər bu kömək etmirsə, bu zaman səsli oxuyuram və nəyin düzgün olmadığını başa düşməyə çalışıram.

Kitab yazmaq hər zaman sözləri kağız üzərinə köçürmək demək deyil. Siz səhər yeməyi yeyərkən və ya gəzərkən, beyninizdə bütün bir fəsli də yaza bilərsiniz.

Yalan danışmaq bacarığı insanı heyvanlardan fərqləndirən az hallardan biridir.

İnsan imkanlarının həddi fövqaladə darıxdırıcı və məyus edicidir — ölüm.

Başqasının ağılsızlığı heç vaxt sənin ağılsızlığını azaltmaz.

Tərcümə: Asya Cəlilova
esquire.ru
Top