Bu barədə fikir yürütmək üçün 3 mənbə var.
Bunlardan
birincisi Chekhov haqda ən mötəbər memuarlardan birinin müəllifi Buninin xatirələridir.
Bunin yazır ki, Chekhov qələm yoldaşları ilə söhbətlərdə bir neçə dəfə ölümsüzlük, ölümdən sonrakı həyatın “cəfəngiyyat” olduğunu deyib. Amma Bunin qeyd edir ki, bir neçə dəfə də Chekhov-un bunun tam əksini – “Biz öləndən sonra heç bir halda izsiz-tozsuz yox ola bilmərik. Ölümsüzlük — faktdır” dediyinin şahidi olub.
İkinci mənbə Chekhov-un gündəliyidir. Yazıçının 1897-ci ilin fevralına aid qeydləri: “”Allah var” və “Allah yoxdu” fikirləri arasında nəhəng bir çöllük mövcuddur. Əsl müdriklər həmin yolu böyük əziyyətlər bahasına keçirlər.
Rus insanı isə bu qəti fikirlərin yalnız birini seçir. Bunlar arasında mövcud olan fikirlər onu maraqlandırmır. Buna görə də o ya heç nə bilmir, ya çox az şey bilir”.
İndi bu, Chekhov-un öz fikri kimi qəbul edilir. Amma bu, yazıçının həmin dövrdə yazdığı “
Arxiyerey” hekayəsinin personajına aid ola, amma əsərin son redaktəsində yer almaya bilərdi. Həmin hekayədə qəhrəmanın əsas məziyyəti onun ölüm ayağında azadlıq əldə etməsidir. Çətinliklə keçilən çöllüksə müdriklik rəmzi kimi verilir:
«А он уже не мог выговорить ни слова, ничего не понимал, и представлялось ему, что он, уже простой, обыкновенный человек, идет по полю быстро, весело, постукивая палочкой, а над ним широкое небо, залитое солнцем, и он свободен теперь, как птица, может идти, куда угодно!»* Bu hekayəni belə yozanlar da var ki, əsərin qəhrəmanı allaha, ilahi həqiqətə doğru gedir. Amma əslində o, dini rütbəsindən, məişət qayğılarından imtina edib azadlığa can atır.
Üçüncü mənbə Chekhov-un 1902-ci il dekabrın 30-da Dyagilevə yazdığı məktubdur:
“Sizin, barəsində yazdığınız dini hərəkat ayrıdı, bütün çağdaş mədəniyyət isə ayrı. İkincinin birincidən asılı olduğunu demək olmaz. Müasir mədəniyyət möhtəşəm gələcək uğrunda görülən işin başlanğıcıdır. O iş ki davam edir, bəlkə də on minilliklərlə davam edəcək. Davam edəcək ki, bəşəriyyət heç olmasa, uzaq gələcəkdə əsl ilahi həqiqəti anlasın. Yəni tapmaca kimi tapmasın, Dostoyevsky-də axtarmasın, aydın dərk etsin – iki vur iki kimi. Müasir mədəniyyət – bir işin başlanğıcıdır. Sizin, barəsində danışdığınız dini hərəkat isə köhnəlmiş, artıq dövrünü başa vurmuş, yaxud vurmaqda olan bir prosesin sonudur”.
Bu fikirlər də bundan əvvəlki mənbədə “allaha doğru” yox, “azadlığa doğru” gedən yoldan bəhs edildiyini sübut edir.* Əslində “Allah var” və “Allah yoxdu” qütbləri ənənəvi dini dünyagörüşü ilə o dövrdə ard-arda böyük ixtiraları ilə bəşəriyyəti təəccübləndirən elmin rəmzləridir. Chekhov ağır xəstəliklə mübarizə apardığı qısa həyatı boyu bu qütblərin gah birinə, gah da o birinə meyl edirdi. Amma “çöllükdə gəzmək azadlığı”nı həmişə qoruyub saxlayır, azad insan olaraq qalırdı.
А. ЧУДАКОВ. «МЕЖДУ „ЕСТЬ БОГ“ И „НЕТ БОГА“ ЛЕЖИТ ЦЕЛОЕ ГРОМАДНОЕ ПОЛЕ...»
“Novıy mir” jurnalı