Yaddaşsızlıqdan əziyyət çəkən məşhur yazıçı

Yaddaşsızlıqdan əziyyət çəkən məşhur yazıçı

İvan Serqeyeviç Turgenev maraqlı xarakterləri ilə yadda qalan yazıçılardandır.

O, çox qəribə də olsa, özünü dünyada ən iri başı olan insan hesab edirdi. Doğrudan da, yazıçının beyni 2000 qram həcmində idi, bu, adi insan beyni üçün qat-qat böyük göstəricidir. Yazıçının beynindəki sümük o qədər incə idi ki, bir zərbəyə qırılıb düşə bilərdi və o, həmin dəqiqə yaddaşını itirə bilərdi.

Gənclik illərindən müəyyən yaş dövrünədək Turgenev yaddaşsızlıqdan əziyyət çəkdi. Bəzən o, tanışlarını evinə qonaq çağırır, ertəsi gün isə onları qapıda görəndə təəccübdən yerindəcə donub qalırdı. Əlbəttə ki, tanışlar bundan çox əsəbiləşir və narazılıq edirdilər.

Bir dəfə növbəti belə səhvini düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə qonaq çağırır və nahar üçün şərab alır. Evə gələn qonaqlar yenə də onu tapmırlar.

Belə hallar, yəqin ki, Turgenevin həyatında çox olub.

Gur saçı, qızıl düymələri olan göy frakı, ağ jileti, rəngli qalstuku və dama-dama şalvarı yazıçıya ayrı bir görkəm verirdi. Bu, onun özünəməxsus üslubu  idi.

Tələbəlik illərində Turgenev əyləncələrə üstünlük verirdi, onu daim ziyafətlərdə görmək olardı.

Almaniyada oxuduğu illərdə yazıçının bütün əyləncəsinə xərclənən pulu qohumları göndərirdi. Qohumlar pul göndərməyi kəsən kimi, Turgenev ağıllanmağa və bu işlərə son qoymağa başladı.

Yazıçının musiqi üçün yararlı səsi vardı, amma bu işə girişmək istəmirdi. Bu səbəbdən, bircə notu belə öyrənə bilmədi. 

Hazırladı: Oğuz Ayvaz

Top