Xalid Hüseyninin ən çox sevdiyi kitablar

Xalid Hüseyninin ən çox sevdiyi kitablar

Uşaq kitabı Khaled Hosseini

Şel Silverteindən “Səxavətli ağac” 

Bu kitabı sevirəm, çünki sadə və hüznlüdür. Oğlanın yaşlı bir kişi, ağacın da quru bir kötük olduğu son bölüm məni hər dəfə təsirləndirir. Bu, şərtsiz sevgi və sədaqətin nağılıdır. Digər tərəfdən ağac sonsuz səxavəti və fədakarlığı ilə mənə “Çərpələng uçuran”dakı Həsəni xatırladır.

Klassik

Hafizin “Divan”ı

Hafizə fars dilli ölkələrdə böyük ehtiram var. O, yəqin ən böyük fars şairidir. Onun fəlsəfə, mistik eşq və igidlik səhnələri ilə doldur. Qabildə bir məktəb şagirdi kimi oxuduğum vaxtlardakı kimi, indi də bədahətən deyilmiş qəzəlləri məni təsirləndirir.

Modern ədəbiyyat

Con Steynbekin “Qəzəb üzümləri” 

Coad ailəsinin və əzilən köçkün işçilərin 1930-cu illərdə çəkdikləri çətinliklər bu gün də məni məktəbdə oxuduğum vaxtlardakı kimi ağrıdır. Mülksüz insanların istismarı, son səhnədəki fədakarlığın, Rouz Şeronun ölməkdə olan adamı anbarda əmizdirməyi indiyə qədər oxuduğum ən unudulmaz və təsirli final səhnəsidir.

İlk onluq

1. Qəzəb üzümləri (Grapes of Wrath) – Con Steynbek
2. Balaca şeylərin Tanrısı (God of Small Things) — Arundati Roy
3. Pinin həyatı (Life of Pi) — Yann Martel
4. Elis Manronun istənilən əsəri
5. Divan — Hafiz
6. Dördlüklər – Ömər Xəyyam
7. Frankenşteyn — Meri Şelli 
8. Səfillər (Les Misérables) – Viktor Hüqo
9. Mövlanənin əsərləri
10. Nə nədir (What is the What: The Autobiography of Valentino Achak Deng) — Deyv Eggers

Mənbə: kulis.az
Top