Murakami kimləri oxuyur?

Murakami kimləri oxuyur?

“F. Skott Fitscerald – Möhtəşəm Getsbi” Haruki Murakami
”Möhtəşəm Getsbi mənim sevimli kitabımdır. Bir neçə il əvvəl tərcümə etmişəm. İyirmi yaşımda çevirmək istəmişdim, amma hazır deyildim” (“TİME” jurnalına müsahibəsində “Ən sevdiyiniz kitab” sualına verdiyi cavab, 2008-ci il)

Çovdarlıqda uçurumdan qoruyan” – C.D. Selincer
“Bu, qaranlıq və təsirli hekayədir. 17 yaşımda bu hekayəni oxuyub zövq aldım və tərcümə etməyə qərar verdim. Gülməli olduğu qədər qaranlıq və güclü idi. Cavanlıqda çox təsirləndirmişdi məni. (Kaliforniya Universitetindəki çıxışından, 2008-ci il)

“Karamazov qardaşları” – F. Dostoyevski
“Dostoyevski mənim idealımdır. Yazıçıların çoxsu qocaldıqca güclərini itirib. Amma Dostoyevski yox. O, getdikcə daha böyük və daha möhtəşəm olub. Karamazov qardaşlarını təxminən 50 yaşında yazıb. Fövqəladə romandır”. (“3:AM Magazine”dəki müsahibəsindən, 2009)

“Qəsr”- Frans Kafka
“Kafkanın “Qəsr”ni 15 yaşımda oxumuşam. Böyük, inanılmaz, gözəl kitabdır. Məni şoka saldı…Kafkanın bu kitabda təsəvvür etdiyi dünya elə real və eyni zamanda elə qeyri-real idi ki, elə bilirdim ruhum və qəlbim iki yerə bölünüb”. (Franz Kafka Mükafatını alanda etdiyi çıxışından, 2006)

Murakaminin ən sevdiyi roman qəhrəmanı isə Raymond Çandlerin Filip Marlousudur. Murakamiyə görə Marlou Çandlerin xəyali obrazıdır, ona çox oxşayır. Hətta tələbəlik illərində Marlou kimi yaşamaq istəyirmiş.
Top